
“Bu şəhərdə” komandasının aktyorları mart ayında təqdim olunacaq “Qızıl gül” adlı konsertdə bir çox məşhur simaları parodiya edəcək.
Onlardan biri də ATV telekanalının “Özünə bax” layihəsinin siması Ruhi Əliyeva olacaq. Aktyor Coşqun Rəhimov “ATV maqazin” verilişinə açıqlamasında konsertlə bağlı məlumatlar verib:
“Ötən konsertdə şou-biznes nümayəndələrinə səsləndik ki, çox passivdirlər. Heç nə etmirlər, bir iş görmürlər. Sözümüzə qulaq asdilar, işləməyə başlayıblar. Aralarında təqlid edəcəklərimiz var. Bir də “Özünə bax” layihəsi və Ruhi Əliyevanı parodiya etməyi düşünürük. Onlar həmin gün səhnədə özlərini görə biləcəklər”.
Coşqun “Bu şəhərdə” komandasının ayrılma xəbərlərinə də son qoyub:
“Biz insanıq, dəmir deyilik. Hər bir insan arasında söz-söhbət olur. Bəzən fikirlərimiz uyğun gəlməyə bilər. Amma bu o demək deyil ki, ayrılmışıq. Heç vaxt belə olmaz. Biz dostuq, hər xasiyyətimizə bələdik. Ayrılmağımız mümkün deyil. Bizim övladlarımız da dostluq edirlər”.