Üzünüz gülsün

 
Üzünüz gülsün


Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür.

Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.

Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.

Halbuki insan özünə əhvali-ruhiyyə aşılamağı, ailə üzvlərinin ovqatını yaxşılaşdırmağı bacarmalıdır. Əmin olun ki, özünütəlqin yolu ilə sizin də əhvalınız yaxşı olar, ətrafdakıların da.

Özünü inandıra bilmək,
həmişə gülərüz olmaq sağlamlıq, eləcə də ətrafdakıların ovqatını yaxşılaşdırmaq üçün çox vacibdir. Bu cür insanlar cəmiyyətdə ümid müjdəsi kimi dolaşırlar. Hələ ailədə sizin körpəniz xəstələnibsə, əmin olun ki, üzünüzdəki təbəssümə, ümid dolu sözlərinizə onun çox böyük ehtiyacı var.

Özünü inandıra bilənlər başqalarını da inandırırlar. Ona görə də, ailə başçısı bu məsələyə həmişə xüsusi diqqət ayırmalıdır. İnanmalı və inandırmalıdır ki, hər şey qaydasındadır, ailənin xoşbəxtliyi üçün hər hansı ciddi maneə yoxdur. Bütün bunların ən gözəl ifadəsi isə, heç şübhəsiz, təbəssümdür. Çöhrənizdən təbəssümü əskik etməyin.

Deyirlər ki,
insanın üzü onun daxili aləmini əks etdirir. Ancaq ona da əmin olun ki, insan öz çöhrəsini həmişə təbəssümlə bəzəsə, bu, onun daxilinə də əks edər, hisslərinə də, düşüncələrinə də.

Uca Peyğəmbərimiz (s.ə.s.) buyurur ki
, təbəssüm də sədəqədir. Əgər sən, öz əhvalın o qədər də yaxşı olmasa belə, qarşı tərəfin könlünü almaq, üzünü güldürmək, ona dəyər verdiyini ifadə etmək üçün təbəssüm edirsənsə, əmin ol ki, sənin bu niyyətin boşa getməz. Çünki sən Allahın bir qulunu sevindirsən, Allah da səni sevindirər.

Üzünüz gülsün, çöhrənizdən təbəssüm əskik olmasın.
Əmin olun ki, sizin bu əhvalınız evdə hər kəsin əhvalına təsir edəcək, üzünü güldürəcək. Uşaqlarınıza sevinməyi, gülməyi, təbəssümlə yaşamağı öyrədin. Bu da tərbiyənin bir yoludur...


Geri dön

GuNaY_83

  • 4 fevral 2014 22:36
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkur.........

--------------------

SlaDkaya Deliwka

  • 3 fevral 2014 10:23
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

melek_19

  • 16 yanvar 2014 02:55
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun ...

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 15 yanvar 2014 21:45
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Cox sagolun tesekkurler))))

Y.R(M)

  • 15 yanvar 2014 20:09
  • Məqalə: 0
  • Şərh: 283
  • Bal:
{awards}
Uca Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, təbəssüm də sədəqədir. Əgər sən, öz əhvalın o qədər də yaxşı olmasa belə, qarşı tərəfin könlünü almaq, üzünü güldürmək, ona dəyər verdiyini ifadə etmək üçün təbəssüm edirsənsə, əmin ol ki, sənin bu niyyətin boşa getməz. Çünki sən Allahın bir qulunu sevindirsən, Allah da səni sevindirər.
dogrudur.. icim aglasada uzum gulur hemishe..)) ozudeki gulmeyi cox sevireem..)) ve qarshimdakini guldururem, sevindirireem:)).. ALLAH her kese sevgi dolu tebessum bexw etsin:))

--------------------
MəN AtamıN Şəhzadəsİ OlaraQ BöyümüşəM.. KiminsƏ OğlU GəliB Mənİ AğladA BilməZ..!!!!!

BaNTiKLi_CiCiWKa:)

  • 15 yanvar 2014 19:37
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Üzünüz gülsün, çöhrənizdən təbəssüm əskik olmasın.

--------------------

Banned549678

  • 15 yanvar 2014 19:22
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagolunnnnnnnnnnn

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 15 yanvar 2014 18:13
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkur teki hemiwe hami bele olsun * *

--------------------
(^_*)

ღKiRaZ MeVsİmCiღ

  • 15 yanvar 2014 18:01
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler

Qaska_Quli

  • 15 yanvar 2014 17:40
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}