Sağlıq olsun

 
Sağlıq olsun

Xoşbəxt və uzun ömür sürmək istəyirsiniz? Həkimlər gündəlik həyatınıza bəzi dəyişikliklər etməyi və hər dəfə yeməkdən əvvəl əlləri yumaq kimi başqa ayinləri də yerinə yetirməyi məsləhət görürlər.

Hər gün
Pleyerə bir saatdan çox qulaq asmayın. Metroda musiqi dinləyərək getmək və iş masası arxasında pleyerlə oturmaq qəbul olunsa da, nəzərə almaq lazımdır ki, qulaqcıqların istifadəsi ağır eşitməyə səbəb olur. Belədə eşitmə nəinki pisləşir, hətta bir daha bərpa olunmur. Odur ki, sırğa-qulaqcıqların istifadəsini minimuma endirin və ya onları böyük studiya qulaqcıqları ilə əvəzləyin. Belə ki, bu qulaqcıqlar eşitmə keçidinə kip oturmur və hava sirkulyasiyasına mane olmur. Bu da çox önəmlidir.

Mobil telefonu kənarda saxlayın. Telefonu qulağınıza yalnız əlaqə qurulan zaman aparın və onu şalvarın, pencəyin və ya köynəyin cibində gəzdirməyin. Telefon beyin, ürək, qaraciyər, böyrək kimi önəmli orqanlardan kənarda olsa, elektromaqnit şüalanmaya az məruz qalar və onların fəaliyyətini pozmaq riski az olar.

8 saatdan az yatmayın. Sağdam yuxu rejimi bioloji ritmlərin nizamlayıcısı olan melatonin hormonunun ixracını tənzimləyir. Yuxu qocalma prosesini ləngidir, ona görə əminliklə deyə bilərik ki, 8 saatlıq istirahət insan həyatını minimum 5 ilə qədər uzadır.

10 min addım
Ürək-damar xəstəliklərinin profilaktikası və fiziki formanı yaxşı saxlamaq üçün çox piyada gəzmək məsləhətdir. İdeal gəzinti 3-5 kilometr, yəni 10 min addımdır.

Hər həftə
Şpilkanı baletka ilə əvəz edin. Şpilka ayaqqabı ayağın alt pəncəsi üçün çox ziyandır və bu, yastıpəncəliyin inkişafına, hətta oynaqların deformasiyasına səbəb ola bilər. Ona görə də hər gün hündürdaban ayaqqabı geyinmək məsləhət deyil, heç olmasa, yeddi gündən 3-də şpilkalardan imtina edin. Əgər hündürdaban ayaqqabı geyinmək iş yerinizdə mütləqdirsə, onda masanızın altında masaj üçün yastıq saxlayın və arabir pəncələrinizi masaj edin. Uzun müddət şpilka ayaqqabıda qalırsınızsa, qan dövranını bərpa etməkdən ötrü axşamlar 10 dəqiqə ayaqlarınıza mütləq isti vanna edin, bundan sonra isə əlinizlə pəncələrinizi 5 dəqiqə masaj edin.

Mağazaya bel çantası ilə gedin. Gündəlik alış-veriş zamanı onurğa sütununa ağırlıq düşməsin deyə, çəkinin bərabər bölünməsi üçün hətta yüngül çantanı belə hər iki əlinizdə tutmaq məsləhətdir. Odur ki, ideal variant hazırda dəbdə olan bel çantasıdır.

Üzün və rəqs edin. Üzgüçülük, qaçış, sayklinq və rəqs - məhz bu fiziki yüklər uzunömürlülüyün açarıdır. Nəzərə alın ki, uzun müddət dəyişmədiyiniz hərəkət kompleksi vaxtaşırı yerinə yetirilən ağır proqramdan daha faydalıdır. İdmanın sizə fayda verməsini istəyirsinizsə, özünüzdən çox şey tələb etməyin və pulsometrə baxmağı unutmayın - nəbziniz dəqiqədə 135 dəfədən çox vurmamalıdır.

Hər ay
İş yerinizdə kağızları səliqəyə salın. Klaviaturanıza baxıb düşünürsünüz ki, hələ təmizdir, silməyə ehtiyac yoxdur? Amma yadınıza salın ki, hər bir klavişdə orta hesabla 1650 mikrob var. Daha dəqiq desək, klavişdə olan mikroblar ictimai tualetin 1 sm2-də olan mikroblardan 70 dəfə çoxdur. Bir qayda olaraq qəbul edin ki, ayda bir dəfə iş masanızı və onun üstündəkiləri təmizləmək lazımdır.

Yüngülləşdirilmiş qida günü təyin edin. Qeyri-infeksiyalı, o cümlədən onkoloji xəstəliklərin profilaktikası düzgün qidalanmadır. Balanslaşdırılmış qidalanmaya riayət edilməlidir, yəni meyvə-tərəvəz çox, heyvan mənşəli yağlar və karbohidrat az qəbul edilməlidir. Ayda bir dəfə yüngülləşdirilmiş qidalanmaya keçmək lazımdır. Yaxşı olar ki, məhz sizə nə qədər yağ, zülal və karbohidratın lazım olmasını bilmək üçün analiz verəsiniz.

Təzyiqinizi ölçün. Tonometrdən tez-tez yox, ayda bir dəfə istifadə edin ki, təzyiqinizin normal olub-olmadığını biləsiniz. Çünki təzyiq nə qədər yüksək olarsa, ürək-damar xəstəlikləri riski bir o qədər artar. Əgər tonometr hər dəfə fərqli rəqəmlər göstərərsə, ondan üç aydanbir istifadə edin.

Hər il
Görmə qabiliyyətinizi yoxladın. Əvvəlki kimi itigördüyünüzdən əmin olmaq üçün oftalmoloqa getməyi unutmayın. 40 yaşından sonra isə göz təzyiqinizi də yoxladın.

Analiz verin. Əgər artıq çəkidən əziyyət çəkirsinizsə və ya yaxın qohumlarınız arasında diabetlər varsa, hər il qanda şəkərin miqdarını müəyyənləşdirmək üçün analiz verin. Əgər ailənizdə kimsə cavan yaşlarından ürək-damar xəstəliyindən əziyyət çəkirsə, 3-5 ildənbir xolesterinin səviyyəsini müəyyənləşdirin.

Dermatoloqun qəbuluna yazılın. Yeni xalların əmələgəlmə, köhnələrinin inkişafı, piqment ləkələrinin yaranma səbəblərini öyrənmək üçün hər il dermatoloqun qəbuluna yazılın. Bütün bunlar son zamanlar gənc xanımlarda müşahidə olunan melanomun əmələgəlmə riskini minimuma endirmək üçün önəmlidir.

Məzuniyyət götürün. Paradoks ondadır ki, sevgilinin valideynləri ilə tanışlıq ərəfəsində keçirilən qısamüddətli və önəmsiz stress orqanizmin gücünü artırır, amma işdəki narahatlıq kimi mütəmadi stress insan ömrünü minimum üç il qısaldır. Ona görə də ildə bir dəfə iki həftəlik məzuniyyət götürüb tam istirahət edin.


Geri dön

Ulya

  • 2 fevral 2011 13:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

LOVE IS DEAD

  • 2 fevral 2011 00:44
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Made_In_Bakinka

  • 2 fevral 2011 00:36
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
hmm twkler.....................

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 19
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}