Rəbbimiz Allahdır!

 
Rəbbimiz Allahdır!



Rəbb sözü ərəb dilində hökmdar, itaət
olunması gərəkən rəhbər, islah edən
mənalarını daşıyır. Allah gördüyü işlərdə tək
olan Hökmdardır. Bu işlərə yaratmaq, ruzi
vermək, hökmranlıq etmək, nemət vermək,
mülk sahibi olmaq və hökm verməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki
yoxdur. Odur ki, hər bir bəndə bunlara iman
gətirməlidir. Uca Allah buyurur: "O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər" (Loğman, 10-11). Ağıllı insan Allahın möcüzələrinə baxıb onlar
haqda düşündükdə Allahın varlığına, Onun kamil
qüdrət sahibi olan tək Hökmdar olmasına və
bütün məxluqlarına nəzarət etməsinə iman
gətirir.
İnsan Allahın ən böyük möcüzələrindən biridir. İnsanın varlığı Allahın tək və şəriksiz olmasına
dəlil olaraq kifayət edir. Uca Allah buyurur: "Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də. Məgər görmürsünüz?" (əz-Zariyat, 20-21). Əgər insan özü haqda, habelə Allahın onu
qəribə biçimdə yaratdığı barədə dərindən
düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik
və hər şeydən Xəbərdar olan Rəbbi var. Axı
insan özünün yaranmış olduğu nütfəni yarada
bilməz, yaxud bu nütfəni laxtalanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti
sümüklərə çevirə bilməz, yaxud bu sümükləri
ət ilə örtə bilməz.
Hər kim kainata, yerə, göyə, ulduzlara və
planetlərə, günəşə və aya, yer üzərindəki
dağlara, ağaclara, dənizlərə və çaylara, gecə ilə gündüzün bir-birini əvəz etməsinə, kainatın
tam dəqiqliklə hərəkət etməsinə nəzər
salarsa, bütün bunları yaradan, yoxdan var edən
və sahmana salan bir varlığın olmasına əmin
olar. Ağıllı adam hər dəfə bu məxluqatlar
barədə düşündükdə, kainatın bu ecazkarlığına nəzər saldıqda, onların həqiqətən haqq üçün
və haqq ilə yaradıldığını, habelə bu kainatın,
Allahın Özü haqda verdiyi xəbərləri təsdiq
edən möcüzələrlə dolu səhifələr və dəlil-
sübutla dolu kitablar, həmçinin Onun Təkliyini
sübut edən dəlillər olduğunu dərk edir. Uca Allah buyurur: "Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?" (Fussilət, 53). Rəvayət olunur ki, bir dəfə bir qrup şəxs Allah
barəsində məşhur İslam alimi imam Əbu Hənifə
ilə mübahisə etmək istəyir. İmam da onlara
belə deyir: "Söhbətimizə başlamazdan əvvəl,
bir mənə deyin görüm, Dəclə çayında öz-özünə
gedib göyərtəsini ərzaq və sairə ilə dolduran, öz-özünə gedib-gələn, heç kəsin idarə
etmədiyi bir gəmi haqda nə düşünürsüz?" Onlar
dedilər: "Belə bir şeyin olması əsla mümkün
deyil." İmam dedi: "Əgər bunun gəmiyə aid
edilməsi mümkün deyilsə, bu aləmdə – göydə
və yerdə baş verməsi necə mümkün ola bilər?" Bununla da o bildirmişdir ki, bu aləmdə olanlar
arasındakı bağlılıq, habelə bu aləmin dəqiq və
kamil biçimdə yaradılması, onun tək olan Xaliq
tərəfindən yaradıldığına dəlalət edir.
Odur ki, Allahı tək Rəbb olmasını qəbul
etmədikcə heç kəsin imanı kamil ola bilməz. Allahın elçilərinin göndərilməsinin məqsədi
sadəcə bu olmamışdır. İnsan Allahı ibadətdə
təkləşdirmədikcə Allahın əzabından yaxa
qurtara bilməz. Uca Allah buyurur: "Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir" (Yusuf, 106). Yəni insanların çoxu Allahın Rəbb, yaradan, ruzi
verən və idarə edən olmasına inandıqları halda
Allahdan qeyrilərinə, heç bir faydası və ya
zərəri olmayan bütlərə ibadət edərək Ona
şərik qoşurlar. Uca Allah buyurur: "De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs belə olduğu halda Allahdan qorxmursunuz?" (Yunus, 31).
Bu ayədən göründüyü kimi Allahın varlığını
inkar edən ateistlərdən fərqli olaraq Məkkə
müşrikləri Allaha iman gətirir, üstəlik bilirdilər
ki, onların Rəbbi, onları yaradan və onlara ruzi
verən Allahdır. Lakin bununla yanaşı onlar Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır,
onlara dua edir, onlardan yardım diləyir və öz
istəklərinə nail olmaq üçün onlara üz tuturdular.
Qurani Kərim bir çox yerdə müşriklərin Allahın
Rəbb olduğuna etiqad etdikləri halda, ibadətdə
Ona şərik qoşduqlarını xəbər verir. Uca Allah buyurur: "Əgər sən onlardan: "Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?"– deyə soruşsan, onlar mütləq: "Allahdır!"– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!" (əlƏnkəbut, 61). "Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: "Allah!"– deyərlər. Gör necə də haqdan döndərilirlər!" (əz-Zuxruf, 87). "De: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?" Onlar: "Allahındır!"– deyəcəklər. De: "Bəs düşünüb ibrət almayacaqsınız?" De: "Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?" Onlar: "Allahdır!"– deyəcəklər. De: "Bəs qorxmursunuz?" De: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin hokum əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?" Onlar: "Allahdır!"– deyəcəklər. De: "Bəs necə
olur ki, aldanırsınız?" (əl-Muminun, 84-89).
Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu
aləmə ruzi verdiklərini və işləri səhmana
saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad
edirdilər ki, bütün bunları edən Uca Allahdır. Onu
da etiqad edirdilər ki, Allahdan başqa tapındıqları bütlər məxluqdurlar, nə özlərinə, nə də onlara
ibadət edənlərə müstəqil şəkildə xeyir və ya
ziyan toxundura bilməzlər. Onlar nə
öldürməyə, nə həyat verməyə, nə də ki
öləndən sonra diriltməyə qadirdirlər, nə
eşitmir, nə də görmürlər. Müşriklər yəqin bilirdilər ki, bütün bunlar yalnız Allaha məxsus
vəsflərdir və Onun heç bir şəriki yoxdur. Nə
onlar, nə də ibadət etdikləri bütlər bunları
etməyə qadir deyillər. Onlar bilirdilər ki,
yaradan yalnız Allahdır və Ondan savayı hər şey
məxluqdur. Lakin onlar həmin bütləri Allahla özləri arasında vasitə qəbul edir və bu bütlərin
onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar. Bu
barədə Uca Allah buyurur: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz" (əz-Zumər, 3). Yəni bütləri Allah yanında şəfaətçi edirdilər ki,
Allah onlara yardım etsin, onlara ruzi versin və
onların dünyadakı işlərini səhmana salsın.
Müşriklərin Allahın Rəbb olduğunu etiqad
etmələri onları İslama daxil etməmişdir. Əksinə,
Uca Allah onların müşrik və kafir olduqlarını bildirmiş, onlara Cəhənnəm odunu və orada
əbədi qalacaqlarını vəd etmişdir. Çünki, onlar
tövhidin tələblərini lazımınca yerinə
yetirməmişlər – tək Allaha ibadət etməmişlər.
Bununla da aydın olur ki, Allahı təkcə Rəbb kimi
qəbul etməklə tək Allaha ibadət etməyi tərk etmək insanı Allahın əzabından xilas edə
bilməz.


Geri dön

B_L_A_T_N_O_Y

  • 7 fevral 2014 01:24
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
tesekkurler

GuNaY_83

  • 5 fevral 2014 23:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun.....

--------------------

Roya_____

  • 5 fevral 2014 13:47
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsn

SlaDkaya Deliwka

  • 3 fevral 2014 15:08
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

melek_19

  • 18 yanvar 2014 16:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun..............

--------------------

^_^

  • 17 yanvar 2014 19:50
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Rəbb sözü ərəb dilində hökmdar, itaət
olunması gərəkən rəhbər, islah edən
mənalarını daşıyır. Allah gördüyü işlərdə tək
olan Hökmdardır. Bu işlərə yaratmaq, ruzi
vermək, hökmranlıq etmək, nemət vermək,
mülk sahibi olmaq və hökm verməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki
yoxdur. Odur ki, hər bir bəndə bunlara iman
gətirməlidir. Uca Allah buyurur: "O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər" (Loğman, 10-11). Ağıllı insan Allahın möcüzələrinə baxıb onlar
haqda düşündükdə Allahın varlığına, Onun kamil
qüdrət sahibi olan tək Hökmdar olmasına və
bütün məxluqlarına nəzarət etməsinə iman
gətirir.

✵Дорогой✵

  • 17 yanvar 2014 13:23
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH razi olsun

aska rico

  • 17 yanvar 2014 11:02
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

Favorit Girl )

  • 17 yanvar 2014 00:33
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

asknur

  • 16 yanvar 2014 22:54
  • Məqalə: 0
  • Şərh: 235
  • Bal:
{awards}
Allah Razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 yanvar 2014 22:15
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Rəbb sözü ərəb dilində hökmdar, itaət
olunması gərəkən rəhbər, islah edən
mənalarını daşıyır. Allah gördüyü işlərdə tək
olan

PSIXOPATKA

  • 16 yanvar 2014 21:23
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Qaska_Quli

  • 16 yanvar 2014 21:16
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkk

--------------------

ღNəmLi kiprikღ

  • 16 yanvar 2014 21:12
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun canim:)

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 16 yanvar 2014 20:49
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Ãlláh Rážî Olsun

--------------------
(^_*)

sonzeng2015

  • 16 yanvar 2014 20:45
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}