Əgər...

 
Əgər...

O qədər də əhəmiyyətli deyil buraxıb getmələr,
arxalarında doldurulması
mümkün olmayan boşluqlar buraxılmasaydı əgər.

Dözülməsi o qədər də çətin deyil, böyük ayrılıqlar belə,
ən gözəl yerdə başladılsaydı əgər.

Utanılacaq bir şey deyil ağlamaq,
ürəkdən süzülüb gəlirsə gözyaşı əgər

Üz qızardan bir günah deyil oğurluq,
oğurlanan birinin ürəyidirsə əgər.


Əgər...


O qədər də ürək burxmazdı alışılmış bir səs,
heç bir zaman eşidilməsəydi əgər.

Naməlumluğa yelkən açardı iri ala gözlər zamanla,
elə dəli tərəfindən baxmasaydılar əgər.

Yerini başqa şeylər ala bilərdi uzun gecə söhbətlərinin,
son siqaret qurtum qurtum paylaşılmasaydı əgər.

Xülyalara belə qar yağmazdı heç bir zaman,
meydan döyüşlərində qorxular, eşqi ağır yaralamasaydı əgər.


Əgər...


Su kimi axıb keçərdi heç keçməyəcəkmiş kimi dayanan zaman,
gözləməyə dəyəcək olan gələcəksə sonunda əgər.

Rəngi belə solardı xülyalardakı saçların zamanla,
tərifsiz qoxuları yastıqlara yapışıb qalmasaydı əgər.

O böyük, o görkəmli son, ölüm belə mənasını itirərdi,
yaşanılası hər şey yaşanmış olsaydı əgər.

O qədər də çəkilməz olmazdı təkliklər,
son ümid işığı da sönməmiş olsaydı əgər.


Əgər...


Bu qədər də istilətməzdi bəlkə də bahar günəşləri,
hər itirilənin ardından həyat yenidən başlamasaydı əgər.

Nahardan da əvvəl siqaretə sarılmaq şərt olmazdı bəlkə də,
nəhəng bir həsrət dalğası meydan oxumasaydı əgər.

Kimsəsiz bir yuva belə cənnətə çevrilə bilərdi bəlkə də,
isti bir gülüşlə isidilsəydi əgər.

Yoxsul düşməzdi köhnəlmiş şərab dadındakı şeirlər beləsinə,
qulağına oxunacaq biri olsaydı əgər.


Əgər...


Həqiqətən boyunu bükməzdi çobanyastığılar,
xəyanətindən onlar da payını almasaydı əgər.

Tənhalığa təslim olmazdı sahillər,
Öz naməlum sahillərində məqsədsiz gəzintilərlə ovunmağa qalxmamış olsaydın əgər.

Sən getdikdən sonra tək qalacağam.
Tək qalmaqdan qorxmuram da,
ya canım əllərini tutmaq istəsə...

Bəli Sevgili,
Kim darıxardı ovuc içlərinin tər qoxusunu,
kim uzanmaq istəyərdi incə barmaqlarına,
keçmişlərində görkəmli bir yaşanmışlığa şahidlik etmiş olmasadılar əgər!!


Geri dön

CandyGirl

  • 12 iyul 2011 14:57
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
eladi thanks

--------------------

nilayka

  • 20 fevral 2011 15:42
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thanks

--------------------

Jackson_fanatı

  • 2 iyul 2010 08:55
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
cry

nina

  • 16 iyun 2010 03:00
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
cox gozel serlerdi

Ulya

  • 13 iyun 2010 13:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
centleman

her_sey_bowdur

  • 13 iyun 2010 09:54
  • Məqalə: 4
  • Şərh: 28
  • Bal:
{awards}
tsk,qeseng sozleri var chapping

--------------------
Ya heyati oyun bilib oyna,ya da qoy heyat oz oyununu oynasin...

VESNA

  • 13 iyun 2010 06:10
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
THNKS ELADIR

Mr_Unlimited

  • 12 iyun 2010 14:52
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Sən getdikdən sonra tək qalacağam.
Tək qalmaqdan qorxmuram da,
ya canım əllərini tutmaq istəsə...


tewekkurler. super sozlerdi

FERID

  • 12 iyun 2010 14:14
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
superrr werlerdi twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}