İqtidardakı üç qarğa

 
İqtidardakı üç qarğa

Siyasətlə qarğalar arasındakı əlaqələrin nədən ibarət olduğunu Makiavelli anlamağa çalışsa da, Əfzələddin Xəqani bu anlamı "gördüklərini ölü təsəvvür edənlərin mənhus istəkləri" kimi görmüşdü.

Ermənistanın hakimiyyət dairələrindəki adamlar da, deyəsən, arzularını öldürərək ümidlərini puç etdikləri insanları yalnız qarət ediləsi, əzab veriləsi fərdlər sayaraq hakimiyyətlərinin ömrünün mümkün qədər uzun olmasına çalışırlar. Yəni zəiflərin başlarını əzərək özlərini yuxarıda tutmağı ən ümdə vasitə sayırlar.

Serj Sarkisyan iqtidarının mahiyyəti cinayətlər və xalqına xəyanətdən ibarət olduğundan qanunu pozanlar, cəmiyyətin tələblərini heçə sayanlar ölkədə özlərini daha rahat hiss edirlər.

Ermənistanın Sünik vilayətinin sabiq marzpeti, yəni icra hakimiyyətinin başçısı, "Liska" ləqəbi ilə tanınan Suren Xaçatryan ailəsini ölkədən çıxarıb. Onun özü bəzi işlərini bitirmək üçün hələ ölkədədir.

Ermənistanın yüksək mənsəbli məmurları və kriminal-oliqarxik dairələrinin mənsubları barədə belə məlumatlar tez-tez səslənir.

Bu adamlar ailələrini və kapitallarını Qərbə aparırlar.

Benynəlxalq "Global Financial Integrity" təşkilatının hesablamalarına görə, son illərdə Ermənistandan qanunsuz yollarla 6 milyard dollardan artıq vəsait və kapital çıxarılıb. Bu isə qonşu, düşmən ölkənin 2 illik dövlət büdcəsinə bərabər məbləğdir.

Ermənistanda belə kapitala, üstəlik də qanunsuz yollarla əldə edilmiş pullara yalnız prezident Serj Sarkisyan və onun ailəsi, habelə dövlət başçısının yaxın ətrafındakı insanlar malikdir.

Artıq 20 ildir ki, Ermənistanda "kapitalın ilkin yığımı" prosesi davam edir. Proses bitmək bilmir. Səbəb çox sadədir: Yerevanda ən adi, trivial siyasi və iqtisadi qanunauyğunluqlar işlək deyil. İqtisadiyyatda rəqabət, bazar münasibətləri və s. kimi ünsürlər məhv olmuş vəziyyətdədir. Ermənistanda kommersiya, bank fəaliyyəti və istehsalatdan tutmuş, iqtisadiyyatın istisnasız olaraq bütün sahələri süni inhisarların nəzarətindədir.

Serj Sarkisyanın nominal prezidentlik etdiyi ölkədə süni inhisarlar güclənir, qanunsuz imtiyazlar və güzəştlər "paylanır", rüşvətxorluqla korrupsiya olduğu səviyyədən aşağı düşmür. Siyasi hakimiyyəti ələ almış qruplaşmalar kvotalar, inhisarlar və reket rejimi quraraq ölkəni total qarət etməklə məşğuldur. Belə şəraitdə "hüquq və imtiyazlar" yalnız sistemin problemsiz fəaliyyətini təmin edən ünsürlərə - məmurlara, siyasi partiyalara, kriminal elementlərə və s. məxsusdur.

Bütün bunlarla paralel olaraq qanunsuz yığılmış kapitalla əmlaka təhlükələr artır. Sarkisyan rejiminin daxilindəki dəstələr arasında qarşıdurmalar sərtləşir, kuluar toqquşmaları daha sərt və aqressiv forma alır. Hakimiyyət daxilindəki problemlərlə yanaşı, ölkənin xarici siyasətində də bir sıra ciddi amillər gündəmə gəlməyə başlayıb.

Yerevandakı iqtidar siyasi elitaların yenilənmə istəyi, əmlak və varidat bölgüsü ilə yanaşı, iqtisadiyyatın ən gəlirli sahələrinə nəzarət rıçaqları uğrunda boğuşmalarla qarşılaşmaqla yanaşı, Rusiya ilə imzalanmış məğlubiyyətçi, kölə anlaşmalarının fəsadları ilə üzləşməkdədir.

Sarkisyanın hakimiyəti xilas və ən başlıcası, "təhlükəsizlik təminatı" axtarışlarında Rusiyaya bel bağlayaraq Ermənistanın xarici siyasətində önəmli qərarların qəbul edilməsini Moskvanın nəzarətinə verməklə yanaşı, daxili siyasətin ən önəmli yönlərinin müəyyənləşdirilməsi hüququnu da "şimal hami"yə bağışlayıb.

Bütün bunlara rəğmən Yerevandakı iqtidarın mənsubları kapitallarını "nədənsə" Rusiyaya yox, Qərbə çıxarırlar. Görünür, onlar "təhlükəsizlik qarantı" qismində Rusiyanı görmürlər.

Bəs Qərbdə belə təminat varmı? Ən pis halda həmin milyardlar Qərb iqtisadiyyatında dövr edəcək, Yerevandakı kriminal oliqarxiyanın xilası üçün ABŞ ilə Avropa Birliyinə ödənən hesabdır.

Ermənilərin qarəti hesabına yığılmış o pulları Yerevana qaytarmaq olar. Bir şərtlə ki, ermənilər bunu tələb etsinlər.

"Liska"nın ailəsini ölkədən çıxarması isə çox maraqlı presedentdir. Bu olay aşkar şəkildə göstərir ki, Ermənistanda qətl törətmək, sonra da qanunlara tüpürərək ölkəni tərk etmək, müxtəlif cinayətlər yolu ilə yığılmış pulları xərcləyərək normal həyat sürmək, yaşamdan həzz almaq mümkündür.

Baş verənlər Ermənistandakı qanunsuzluq, özbaşınalıq və korrupsiyanın yeni formasıdır. Bu ölkədə istədiyini etmək, istədiyin adamı öldürmək, sonra da cinayət işinin bağlanmasına nail olaraq ölkəni tərk etmək olar.

İlk baxışdan "Liska"lar və belələrinin ailələrinin Ermənistanı tərk etməsi ölkə, cəmiyyət üçün yaxşıdır. Lakin yanlış anlayışdır, çünki ortada ictimai yalan effekti var. "Liska"lar ölkəni tərk etsələr də, Ermənistan onlar üçün şəxsi təhlükəsizlik və yaşamın təminatı baxımından strateji əhəmiyyət kəsb edən məkan olaraq qalır.

Axı cinayətlər hesabına əldə edilmiş pullardan Qərbdə yararlanaraq lüks həyat sürməyin təminatı Ermənistanda kriminal və oliqarxik prinsiplər əsasında qurulmuş hakimiyyət sisteminin müdafiəsi, yaşamı, varlığıdır. Belə ki, Sarkisyanın dəstəsi hakimiyyətdən kənarlaşdırılarsa, iqtidara normal və demokratik qüvvə gələrsə, gec-tez xaricdəki cinayətkar vətəndaşların aranmasına başlayacaq. Ölkədə hakimiyyətin uzurpasiyası, insanların səfilləşməsi və cəmiyyətin dilənçi kökünə salınmasına cavabdeh olan adamlar tapılacaq, onların Ermənistana ekstradisiyası və hüquqi məsuliyyətə cəlb olunmaları üçün gərəkli addımlar atılacaq.

Hətta Ermənistanı birdəfəlik, geri qayıtmamaq şərtilə tərk edən "Liska"lar üçün Yerevandakı iqtidarın kriminal və oliqarxik prinsiplərinin müdafiəsi ən mühüm məsələdir. Belələri xaricə könüllü və ya məcburi sürgünə yollanaraq qarət etdikləri pulların ləzzətini dadmağa başlasalar belə.

Bütün bunlara görə də Serj Sarkisyan iqtidarında təmsil olunmuş müxtəlif cinayətkarların, rüşvətxor və qatil məmurların ölkəni tərk edərək harasa yollanmaları, ya da ailələrini aparmaları cəmiyyətin həmin yaramazlardan qurtulması deyil.

O adamlar yenə də Ermənistandakı proseslərə müdaxilə edir, özləri ilə yanaşı, Sarkisyan rejimini də var qüvvələri ilə qoruyurlar.

Ermənistan indi çox təhlükəli, yeni proseslə qarşılaşıb: iqtidar özünü qorumağın və hakimiyyətinin uzunömürlülüyünün təminatı üçün fərqli model seçib.

"Liska"nın gedişi ilə bağlı ilk təcrübə uğurla başa çatarsa, cəmiyyətlə dövlətə qarşı mübarizədə kriminal-oliqarxik elementlərin yeni metodundan yararlanmaq istəyənlərin sayı artacaq.


Geri dön

GuNaY_83

  • 5 fevral 2014 23:47
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Ermənistanın yüksək mənsəbli məmurları və kriminal-oliqarxik dairələrinin mənsubları barədə belə məlumatlar tez-tez səslənir.

--------------------

SlaDkaya Deliwka

  • 3 fevral 2014 18:20
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

melek_19

  • 18 yanvar 2014 16:11
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.....

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 17 yanvar 2014 20:48
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler cox sagol))

^_^

  • 17 yanvar 2014 19:35
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Siyasətlə qarğalar arasındakı əlaqələrin nədən ibarət olduğunu Makiavelli anlamağa çalışsa da, Əfzələddin Xəqani bu anlamı "gördüklərini ölü təsəvvür edənlərin mənhus istəkləri" kimi görmüşdü.

PSIXOPATKA

  • 17 yanvar 2014 17:53
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKKUUUURRR

--------------------

Zayn_Malik_fan

  • 17 yanvar 2014 13:04
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 17 yanvar 2014 12:38
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Sonra oxuyacam tewekkür

--------------------
(^_*)

seninle_men

  • 17 yanvar 2014 12:15
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
Siyasətlə qarğalar arasındakı əlaqələrin nədən ibarət olduğunu Makiavelli anlamağa çalışsa da, Əfzələddin Xəqani bu anlamı "gördüklərini ölü təsəvvür edənlərin mənhus istəkləri" kimi görmüşdü.

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

Allahi_Unutma

  • 17 yanvar 2014 12:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Liska"nın gedişi ilə bağlı ilk təcrübə uğurla başa çatarsa, cəmiyyətlə dövlətə qarşı mübarizədə kriminal-oliqarxik elementlərin yeni metodundan yararlanmaq istəyənlərin sayı artacaq.

Qaska_Quli

  • 17 yanvar 2014 11:47
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkk

--------------------

aska rico

  • 17 yanvar 2014 10:21
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}