Azərbaycanda banklardan kredit almaq çətinləşəcək

 
Azərbaycanda banklardan kredit almaq çətinləşəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib.

Ölkənin bank sektorundakı mənbələrin məlumatina görə AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsinin dayandırılması barədə göstərişlə bağlı məktub göndərib.

Keçirilən monitorinqlərdə banklar tərəfindən fiziki şəxslərə təminatsız kreditlərin verilməsi zamanı bir sıra hallarda müştərinin risklərinin dəqiq qiymətləndirilməməsi və gəlirlərini təsdiq edən rəsmi sənədlərin tələb edilmədiyi müəyyən edilib.

Mərkəzi Bank qeyd edir ki, belə hallar "Banklarda kreditlərin verilməsi Qaydaları"nın 4.1.7 və 4.1.8-ci bəndlərinin tələblərini pozur və müştərilərin maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməməsi bankların kredit portfelində riskli müştəri bazasının artmasına və sistem risklərinin akkumulyasiyasına səbəb ola bilər.

AMB vurğulayır ki, tənzimləyicinin tələblərinin yerinə yetirilməməsi qanunvericiliyə uyğun tədbirlərin tətbiqinə gətirib çıxara bilər.

Mənbə bildirib ki, bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirdir: "Əhaliyə kreditlərin verilməsi üzrə təsdiqlənmiş prosedur mövcuddur, orada iş yerindən arayışın təqdim edilməsinin vacibliyi göstərilib. Bu bənd pozulmayıb, lakin Mərkəzi Bankın fikrincə, onun yerinə yetirilməsinə nəzarət kifayət qədər deyil və banklara qaydaların yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb".

Qeyd olunur ki, AMB-nin tələbləri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, yaxud problemli kreditlərin artımı ilə bağlı deyil: "Ölkənin iri banklarının portfellərinin keyfiyyəti yüksək səviyyədədir. Eyni zamanda, borc yükü artır və bu, AMB-də xəbərdarlıq tədbirləri ilə bağlı tənzimləmə istəyi yaradır. Baxmayaraq ki, Azərbaycanda bu göstərici qonşu ölkələrlə, o cümlədən Rusiya ilə müqayisədə xeyli aşağıdır".

Azərbaycanda 43 bank fəaliyyət göstərir.


Geri dön

GuNaY_83

  • 6 fevral 2014 00:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
AMB vurğulayır ki, tənzimləyicinin tələblərinin yerinə yetirilməməsi qanunvericiliyə uyğun tədbirlərin tətbiqinə gətirib çıxara bilər.

--------------------

SlaDkaya Deliwka

  • 3 fevral 2014 18:47
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

AyliN BunyaminovA

  • 21 yanvar 2014 15:53
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
MeQaLeYe GoRe CoX SaGoLuN

--------------------
ܨܓܓܨܓܓ✍

Banned549678

  • 19 yanvar 2014 00:38
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
๑ TəşəккϋrLər ๑

melek_19

  • 18 yanvar 2014 15:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun xeber ucun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 17 yanvar 2014 22:38
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkur alanlara Allah sebr versin

--------------------
(^_*)

вคɴค iкiмizi คɴlคт ❤

  • 17 yanvar 2014 20:09
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Azərbaycanda 43 bank fəaliyyət göstərir.

ღNəmLi kiprikღ

  • 17 yanvar 2014 19:19
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler.........

XeYaLPeReSt men

  • 17 yanvar 2014 19:08
  • Məqalə: 52
  • Şərh: 2093
  • Bal:
{awards}
Meqale ucun tewekkurler...

--------------------

^_^

  • 17 yanvar 2014 18:54
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib.

^^Nazlı Şeytan^^

  • 17 yanvar 2014 18:17
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
saolun......

Qaska_Quli

  • 17 yanvar 2014 18:06
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkk

--------------------

PSIXOPATKA

  • 17 yanvar 2014 18:04
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKUUUR

ILK SERH tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}