Həcc

 
Həcc

Həcc və ümrə etməyin fəziləti
Peyğəmbərimiz – ona və ailəsinə Allahın
salavatı və salamı olsun - həcc və ümrə
ibadətlərinin fəziləti haqqında demişdir:
“Ümrə ziyarəti, növbəti ümrəyədək arada
olan kiçik günahlar üçün kəffarədir. (Səhih əl- Buxari, 1773).
“Qəbul olunmuş həccin mükafatı isə ancaq
Cənnətdir.”
“Möminlərin anası Aişə demişdir: “Bir dəfə
mən: “Ya Rəsulullah, biz cihadın ən fəzilətli
əməl olduğunu güman edirik. Elə isə biz də cihadda iştirak edə bilərik?”– deyə soruşdum.
Peyğəmbər dedi: “Xeyr! Siz qadınlar üçün ən
fəzilətli cihad qəbul olunmuş həcdir!” (Səhih əl-
Buxari, 1520).
“Peyğəmbərdən soruşdular: “Hansı əməl ən
yaxşı əməl sayılır?” Dedi: “Allaha və Onun elçisinə iman gətirmək.” Soruşdular: “Bəs sonra
hansıdır?” Dedi: “Allah yolunda cihad etmək.”
Yenə soruşdular: “Bəs sonra hansıdır?” Dedi:
“Qəbul olunmuş həcc.” (Səhih əl-Buxari, 26).
“Kim Allah xatirinə həcc ziyarətini yerinə
yetirərsə, bu əsnada qadını ilə yaxınlıq etməzsə və digər günahlardan çəkinərsə,
dünyaya gəldiyi gündə olduğu kimi evinə
qayıdar.” (Səhih əl-Buxari, 1521).
“Peyğəmbər Amr ibn əl-Asa belə demişdir:
“Məgər bilmirsən ki, İslam özündən əvvəlki
günahları yox edir?! Bilmirsən ki, hicrət özündən əvvəlki günahları yox edir?! Bilmirsən
ki, həcc ziyarəti özündən əvvəlki günahları
yox edir?!” Həcc və ümrə etmək kimə vacibdir?
Həcc və ümrə ibadətləri ağlı başında olan,
həddi-büluğa çatmış, azad və onu yerinə
yetirmək iqtidarında olan hər bir müsəlmana
vacibdir. Uca Allah buyurur: “Müqəddəs Evi ziyarət etmək insanların - yoluna gücü çatan hər kəsin - Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.” (Ali-İmran, 97).
Həmçinin Peyğəmbər belə buyurmuşdur:
“İslam beş əsas üzərində qurulmuşdur: Allahdan
başqa haqq ilahın olmadığına və Muhəmmədin
Allahın elçisi olduğuna şahidlik etmək, namaz
qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Səhih əl-Buxari, 8). Həccin növləri
Allahın sevgisini qazanmaq və Onun
mərhəmətinə qovuşmaq üçün hər bir
müsəlman həcc və ümrə ibadətlərini
Peyğəmbərin etdiyi kimi yerinə yetirməlidir.
Allah buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.” (Ali-İmran, 31). Həccin üç növü vardır: Təməttu, Qiran və İfrad.
Bunların ən məşhuru və ən fəzilətlisi Təməttu
həccidir. Zəvvarların əksəriyyəti həccin məhz
bu növünü yerinə yetirirlər.
Təməttu həccini niyyət edən zəvvar həcc
aylarında (şəvval, zülqadə və zülhiccə aylarında) əvvəlcə ümrə ibadətini niyyət edib
onu yerinə yetirməli, sonra ihramdan çıxmalı və
zülhiccənin səkkizi həcc ziyarətini niyyət edib
yenidən ihrama girməlidir. İhrama girmək –
həcc və ya ümrə ibadətini niyyət etmək və
bu ibadət əsnasında qadağan edilmiş əməllərdən çəkinməkdir.
Qiran həccini niyyət edən zəvvar həcc
aylarında həccə və ümrəyə niyyət edib
əvvəlcə ümrə ibadətini yerinə yetirməli, sonra
ihramdan çıxmayıb zülhiccə ayınadək
gözləməli və nəhayət, zülhiccənin səkkizindən başlayıb həcc ziyarətini yerinə
yetirməlidir. Təməttu ilə Qiran arasındakı fərq
ondadır ki, Qiranı yerinə yetirən zəvvar niyyət
etdiyi vaxtdan bayram gününədək ihramdan
çıxmamalıdır. Habelə qurbanlıq heyvanını da özü
ilə gətirmiş olmalıdır. İfrad həccini niyyət edən zəvvar isə yalnız həcc üçün niyyət etməli və
bayram gününədək ihramdan çıxmamalıdır.
Bununla həccin əvvəlki növləri arasındakı fərq
ondadır ki, İfradı yerinə yetirən zəvvar ümrə
ziyarətini etməməlidir. Ümrə etməyin qaydası
1) Ümrə ziyarətini yerinə yetirmək
istəyirsənsə, imkan daxilində cənabət qüslü
kimi qüsl et, sonra ihram libasını geyin. Qadınlar
cəlb edici və açıq-saçıq olmamaq şərtilə istədiyi
paltarı geyinə bilər. Sonra: “Ləbbeykə umrətən” de və ardınca bu duanı oxu:
“Ləbbeykəllahummə ləbbeyk, ləbbeykə lə
şərikə ləkə ləbbeyk, innəl-həmdə vən-
ni'mətə, ləkə vəl-mulk, lə şərikə
lək!” (Hüzurundayam, Allahım hüzurundayam!
Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd Sənədir, nemət və mülk
Sənə məxsusdur. Sənin şərikin yoxdur!)
Bu duanı Məkkəyə çatanadək təkrar-təkrar,
həm də uca səslə oxumaq, bəyənilən
əməllərdəndir.
2) Məkkəyə gəlib çatdıqda Allahın evini təvaf et. “Bismilləh vəllahu əkbər” deyib qara daşın
tuşundan təvafa başla və həmin yerə
qayıdanadək Kəbənin başına dolan. Hər
dövrədə qara daşın tuşuna çatdıqda "bismilləh
vəllahu əkbər" de. Yalnız yeddinci dövrədə –
yəni təvafı tamamladıqda bunu demək lazım deyil. Habelə təvaf əsnasında – hər dövrədə
Yəmən küncü ilə qara daşın arasında:
“Rabbənə atinə fid-dunya həsənətən
və fil-axirəti həsənətən və qina əzabənnar”
demək müstəhəbdir. Yəmən küncü təvaf
əsnasında qara daşdan əvvəl gələn küncdür. Habelə təvaf əsnasında istədiyin duanı oxuya
bilərsən. Təvafı tamamladıqdan sonra İbrahim
məqamının arxasında və ya ora yaxın bir
yerdə, imkan olmasa, bir qədər aralıda iki rükət
namaz qıl. Bu namazın birinci rükətində “əl-
Kafirun”, ikinci rükətində isə “əl-İxlas” surələrini oxumaq müstəhəbdir.
3) Namazı bitirdikdən sonra Səfa və Mərvə
təpələri arasında yeddi dəfə səy et – Səfadan
başlayıb Mərvədə tamamla. Səfa dağına
yaxınlaşdıqda: “İnnəs-səfa vəl-mərvətə min
şəairilləh. Əbdəu bimə bədə Allahu bih” de, sonra Səfanın üstünə qalxıb üzünü Kəbəyə
tərəf tut və: “Lə iləhə illəllah, Allahu Əkbər” de
və bu duanı üç dəfə oxu: “Lə ilahə illəllahu
vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-
həmdu və huvə alə kulli şeyin qadir. Lə ilahə
illəllahu vəhdəhu, əncəzə və'dəhu, və nəsara abdəhu və həzəməl-əhzabə
vəhdəh”. Bu dualar arasında istədiyin duanı
edə bilərsən. Mərvə dağına qalxdıqda da bu
duanı oxumağın müstəhəbdir. Həmçinin səy
əsnasında başqa dualar da oxuya bilərsən. Səy
əsnasında yaşıl işıqlarla nişanlanmış əlamətlər arasında qaçmağın da müstəhəbdir. Qadınlara
isə bunu etmək gərək deyildir.
4) Səyi bitirdikdən sonra saçını qısalt. Bununla
da ümrə ziyarətini tamamlamış olursan. Bundan
sonra ihramdan çıxıb istədiyin libası geyinə
bilərsən. Həcc etməyin qaydası
1) Zülhiccə ayının 8-i səhər açıldıqda qaldığın
yerdə imkan daxilində qüsl et, sonra ehram
libasını gey. Qeyd etmək lazımdır ki, bu, yalnız
kişilərə vacibdir. Qadın isə əl və üzünü
bağlamamaq şərtilə istədiyi libası geyə bilər. Sonra da həccə niyyət et və bu duanı oxu:
“Ləbbeykəllahummə ləbbeyk, ləbbeykə lə
şərikə ləkə ləbbeyk, innəl-həmdə vən-
ni'mətə, ləkə vəl-mulk, lə şərikə lək!”
2) Sonra Məkkə yaxınlığındakı Mina vadisinə
get və səhərədək orada qal. Bu əsnada zöhr, əsr, məğrib, işa və sübh namazlarının hər birini
öz vaxtında qısaldaraq iki rükətli qıl.
3) Zülhiccənin 9-u səhər açıldıqdan sonra
Məkkədən 25 km aralıda yerləşən Ərəfat
vahəsinə get və orada zöhr vaxtı zöhr və əsr
namazlarını birləşdirərək dalbadal hər birini iki- iki rükət qıl. Sonra gün batanadək Ərəfatda qal.
Bu vaxt əsnasında üzünü qibləyə çevir və
çoxlu dua et.
4) Gün batan kimi Ərəfatdan çıx və Ərəfatla Mina
arasında yerləşən Müzdəlifə vadisinə get və
gecəni orada qal. Orada məğrib və işa namazlarını birləşdirərək üç rükət məğrib, iki
rükət də işa namazını qıl. Səhəri dan yeri
söküləndə isə sübh namazını qıl, sonra da gün
çıxanadək dua et. Zəif olanlar, yəni xəstə, yaşlı,
qadın və körpələr gecənin axırında
Müzdəlifədən çıxa bilərlər. 5) Müzdəlifədən çıxıb Minaya gəldikdə, aşağıda
deyilənlərə əməl et:
a) Əqəbə sütununa – yəni Məkkəyə yaxın
yerləşən böyük sütuna bir-birinin ardınca yeddi
xırda daş at və hər bir daşı atdıqda “Allahu
Əkbər” de. b) Sonra qurbanlıq heyvanını kəs və ondan
həm özün ye, həm də fağır-füqəraya payla.
Həcc ziyarəti əsnasında qurban kəsmək yalnız
həccin təməttu və qiran növlərini yerinə
yetirən kimsələrə vacibdir.
c) Sonra saçını dibindən qırx və ya qısalt. Lakin qırxmaq daha fəzilətlidir. Qadınlara isə saçlarının
ucundan bir-iki barmaq qısaltmaq kifayətdir.
Yaxşı olar ki, əvvəl daşları atasan, sonra
qurbanını kəsəsən, sonra da saçını qırxdırasan.
Lakin bunlardan birini digərindən qabaq yerinə
yetirmək olar. Bunların hər üçünü və ya ikisini yerinə yetirdikdən sonra ehramdan çıxa
bilərsən. Yəni sənə ehramda qadağan edilmiş
əməlləri etməyə icazə verilir. Yalnız qadınınla
yaxınlıq eməkdən başqa.
6) Sonra Məkkəyə get və həcc təvafını yerinə
yetir, sonra İbrahim məqamı arxasında iki rükət namaz qıl, bundan sonra da Səfa və Mərvə
dağları arasında səy et. Beləliklə də, ehramdan
tamamilə çıxmış olacaqsan. Bundan sonra sənə
öz qadınınla yaxınlıq etməyə belə icazə verilir.
7) Təvafı və səyi etdikdən sonra Minaya qayıt
və zülhiccənin on biri və on ikisi – gecəni də Minada qalmaq şərtilə – orada qal.
8) Zülhiccənin on biri və on ikisi, gün zeniti
keçdikdən (günortadan) sonra balacasından
başlamaq şərtilə hər üç sütuna – əvvəl balaca,
sonra orta, sonra da böyük sütuna – hər birinə
yeddi daş at və hər daşı atdıqda “Allahu Əkbər” de. Birinci sütuna daşları atıb qurtardıqdan sonra
bir kənara çəkil və üzünü qibləyə tutub Allaha
dua et. Sonra ikinci sütuna daşları atıb
qurtardıqdan sonra yenə bir kənara çəkil və
üzünü qibləyə tutub Allaha dua et. Üçüncü
sütuna daş atdıqdan sonra isə dua etməyə gərək yoxdur. Bu iki gündə isə günortadan
əvvəl həmin üç sütuna daş atmaq caiz deyildir.
9) Əgər on ikinci gün daşları atdıqdan sonra
Minadan çıxmaq istəyirsənsə, gün batanadək
oradan çıxmalısan. Yox əgər on üçüncü günü
də Minada qalmaq istəyirsənsə, – bu isə daha əfzəldir, – onda gecəni orada qalmalı və ertəsi
gün yenə günortadan sonra hər üç sütuna daş
atıb Minadan çıxmalısan.
10) Bundan sonra nə zaman Məkkədən çıxmaq
istəsən, səfərqabağı Kəbəni təvaf et. Buna
vida təvafı da deyilir. “Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar.” (əl-Həcc, 30).

Həcc


Geri dön

GuNaY_83

  • 7 fevral 2014 00:45
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Allah razi olsun

--------------------

Roya_____

  • 5 fevral 2014 13:40
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

SlaDkaya Deliwka

  • 4 fevral 2014 12:39
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

Qaska_Quli

  • 20 yanvar 2014 11:31
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkk

--------------------

sonzeng2015

  • 19 yanvar 2014 15:29
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
cox sagolun feyerli meqaledi

Allahi_Unutma

  • 19 yanvar 2014 12:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Həcc və ümrə etməyin fəziləti
Peyğəmbərimiz – ona və ailəsinə Allahın
salavatı və salamı olsun - həcc və ümrə

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 yanvar 2014 11:38
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
тєωєккυяℓєя ..

melek_19

  • 19 yanvar 2014 01:45
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Banned549678

  • 19 yanvar 2014 00:01
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

nuruWka

  • 18 yanvar 2014 23:51
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
тєωєккυяℓєя ..

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

^^Nazlı Şeytan^^

  • 18 yanvar 2014 22:42
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 yanvar 2014 20:57
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun))

Qaska_Quli

  • 18 yanvar 2014 20:54
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 18 yanvar 2014 20:43
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
● “Qəbul olunmuş həccin mükafatı isə ancaq
Cənnətdir.”●

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}