Acizik, qüsurluyuq, günahkarıq Ya Rəbbi!

 
Acizik, qüsurluyuq, günahkarıq Ya Rəbbi!

Acizik, qüsurluyuq, günahkarıq Ya Rəbbi!
Necə olardı əgər sən tövbələri qəbul edən olmasaydın, tövbəni yaratmasaydın.
Layiq deyilik qapına, ancaq gedəcək başqa qapımız yoxdur. Səndən başqa kimin qapısına gedək? Kimdən rəhmət diləyək?
Rəsulun (s.a.a.) xəbər verdi:
"Bir adam günah işləmişdi. Bildi günahını, yalvarıb yaxardı:
- Ya Rəbb! Günahkaram, qüsurluyam. Bağışla, əhv et, mərhəmət et!
Allah Təala (c.c.) belə buyurdu:
- Qulum bir günah işlədi ve günahını əhv edəcək ya da cəzalandıracaq bir Rəbbi olduğunu bildi. Bu halda Mən də qulumu əhv etdim.
Sonra bu adam bir müddət Allahın dilədiyi halda yaşadı. Və bir gün yenə bir günah işlədi. Günahını bildi, acizliyinə sığındı, Rəbbinə yalvardı: "Peşmanam!” Allah Təala buyurdu:
- Qulum bir günah işlədi ve özünün günahına görə əhv edəcək ya da cəzalandıracaq bir Rəbbi olduğunu bildi. Ey qulum! Ne etsən də mən səni əhv etdim.”
Günahımı bildikcə acizliyimi hiss edirəm.
Acizliyimi bildikcə özümü tanıyıram.
Özümü tanıdıqca mərhəmətli Rəbbimi tanıyıram.
Allah Rəsulundan (s.a.a.) bir səhabə soruşdu:
- Ey Allahın Rəsulu. Müsəlman olmadan öncə, cahiliyyət zamanında işlədiyimiz günahlardan dolayı əzab görəcəyik?
Allah Rəsulu (s.a.a.) buyurdu:
- "Hər kim müsəlman olduqdan sonra gözəl əməl edərsə cahiliyyət həyatında işlədiyi günaha görə sorğuya tutulmaz, qınanmaz.
Fəqət hər kim, müsəlman olduqdan sonra savab əməl etməyib yenidən cahiliyyətə qayıdarsa və küfür üzrə ölərsə, o həm əvvəlcə cahiliyyətdəki əməliylə, həm də sonra müsəlmanlıqdan cahiliyyətə dönüş küfrüylə haqq-hesab olunur və əbədi cəhənnəmdə qalır.”
Yenə bir gün Əfəndimiz (s.a.a.) bir gənc gəldi ve belə dedi:
- Ya Rəsulallah! Bir günah işlədim!
Peyğəmbərimiz (s.a.a.) :
- Tövbə et, dedi.
Genç: http://legend.az/engine/skins/bbcodes/images/r.gif
- Tövbə etdim, amma yenə günah işlədim.
Peyğəmbər (s.a.a.) yenə:
- Tövbə et, buyurdu.
Gənc adam soruşdu:
- Nə zamana qədər tövbə edim?
Cavab olaraq peyğəmbərimiz (s.a.a.) buyurdu:
- Şeytan məğlub oluncaya qədər tövbə et.
Gənc adam yenə soruşdu:
- Ya Rəsulallah, mənim günahım çox olduğu zaman necə olacaq?
Peyğəmbər (s.a.a.) buyurdu:
- Allahın əhvi sənin günahından daha böyükdür.
Günahına çox üzülən bir adam İbn Məsuddan soruşdu:
- Bunun tövbəsi varmı?
İbn Məsud cavab vermədi. Adam yenə sualını təkrarladı. İbn Məsud baxdı ki, adamın gözlərindən yaşlar axır və belə dedi:
- Cənnətin səkkiz qapısı var, bunlar bəzən açılır, bəzən də bağlanır, ancaq tövbə qapısı əsla qapanmaz. O qapıda görəvli bir mələk var, o mələk daima qapını açıq tutar. Sən əməlinə nəzarət et, ümidini kesme.



Geri dön

Su Perisi

  • 2 fevral 2011 22:37
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Təşəkkürler

--------------------

Ulya

  • 2 fevral 2011 13:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

DON ZORRO

  • 2 fevral 2011 09:27
  • Məqalə: 12
  • Şərh: 32
  • Bal:
{awards}
BORCUMUZDUR ALILAH SİZDƏN RAZI OLSUN


BORCUMUZDUR ALLAH SİZDƏN RAZI OLSUN

Miss_Love

  • 2 fevral 2011 00:29
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Allah razi olsun senden!

LOVE IS DEAD

  • 2 fevral 2011 00:16
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Made_In_Bakinka

  • 1 fevral 2011 23:06
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Allah razi olsun! tesekkurler

_Pretty_Girl_

  • 1 fevral 2011 22:47
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Minnettaram gozel xeber ucun ALLAH RAZI OLSUN

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}