Ofis işi hansı xəstəlikləri yarada bilər?

 
Ofis işi hansı xəstəlikləri yarada bilər?


Yəqin ki, düşünəcəksiniz ofis işinin nə kimi zərərli ola bilər? İsti, işıqlı otaqda oturursan, istədiyin vaxt cay, qəhvə içirsən və sivilizasiyanın bütün faydalarına sahibsən. Lakin ofis işi bəzi xəstəliklərin yaranmasına səbəb olar bilər ki, onlardan qorunmaq lazımdır və bu xəstəliklərin bəziləri haqda sizə məlumat veririk.

Mədə-bağırsaq traktının xəstəliyi

Baxmayaraq ki, ofis işçiləri üçün nahar etmək üçün yeməkxana ayrılıb, onlar, adətən monitor qabağında tezbazar nə isə yeyir və ya ümumiyyətlə nahardan imtina edirlər. Bütün bunlar həzmetmə sistemində problemlər yaradır ki, bu da maddələr mübadiləsinin pisləşməsinə, artıq çəkiyə səbəb olur. Xüsusilə ABŞ və İngiltərədə ofis piylənməsi problemi yüksəkdir. İri şirkətlər korporativ siyasətə sağlam həyat tərzi siyasətini əlavə edib: işçilərə münasib qiymətə fitnes-kluba abunələr verilir, hətta ofisdə lifti bağlayırlar.

Gözdə ağrı və infeksiya

Görməyə ən böyük zərər əlbəttə ki, monitor qabağında mütəmadi oturmaqdır. Həddindən artıq yüklənmədən gözdə ağrı və yanma əmələ gəlir. Nəticədə gözümüzü ovuşdurur, bununla da selikli qişaya infeksiya salırıq. Problemin yaranmaması üçün mütəmadi olaraq göz üçün hərəkətlər etmək və əlləri yumaq lazımdır. Unutmayın, göz və üzə əl vurmayın.

Allergiya

Bu, bəziləri üçün təəccüblü səslənəcək. Amma həqiqətdir. Çünki ofisdə işləyərkən işçilər kondisioner, printer, skayner və digər ofis texnikasından havaya yayılan toksiki maddələri təmizləmək üçün arabir otağı havalandırmağı unudurlar. Eyni zamanda iş stolunda nəm təmizlik işləri aparmaq lazımdır.

Psixi pozğunluq

Bu problem kənardan yorğunluq və etinasızlıq kimi görünür. Xüsusilə psixi pozğunluq payızda, günəş şüasının az olduğu müddətdə baş verir. Günəş şüası azdırsa, deməli, xoşbəxtlik hormonu olan serotonin də azdır.

Bel və boyunda xroniki ağrılar

Belə problem ofis işçilərinin 30%-də baş verir. Səbəbi isə aydındır — eyni vəziyyətdə uzun müddət oturmaq. Amma bu problemlə mübarizə aparmaq asandır: tez-tez açılışmaq və hər 20-30 dəqiqədənbir vəziyyəti dəyişmək lazımdır. İdeal variant isə hər səhər idman etmək və ya fitnes-kluba getməkdir. Rəsmi göstəricilərə görə, ofis işçiləri həftənin 45-70 saatını oturaq vəziyyətdə keçirirlər. Ona görə də bazar günləri divanda uzanmaq yox, aktiv istirahət etmək lazımdır. Bir çox ofis işçiləri belə rejimə alışıb və vərdişlərini dəyişmək istəmirlər. Adətən oturaq işləri olanlar piyada gəzməyi sevmirlər. Bu ona görədir ki, uzun müddət oturduqda ayaq əzələləri zəifləyir. Oturaq iş qan dövranını ləngidir, ayaqlar buzlayır, baş isə qaynar olur. Orqanizm yüngülvari qida alanda isə əzələlər zəifləyir, insan gücünü itirir və xəstələnir. Bundan başqa, oturaq iş kökəlməyə gətirib çıxarır ki, bu da bir sıra xəstəliklər törədir. Belə şəraitdə işləyənlərə məsləhət görülür ki, boş vaxtlarını havada, təbiət qoynunda keçirsinlər və çox gəzsinlər. Son araşdırmalara görə, gündə 15 dəqiqə gəzən və ya velosiped sürən qadınlarda ürək-damar xəstəliyi riski azalır.


Geri dön

SlaDkaya Deliwka

  • 4 fevral 2014 13:28
  • Məqalə: 1513
  • Şərh: 1508
  • Bal:
мəqaւəyə görə тəşəккürւər...

Roya_____

  • 2 fevral 2014 11:57
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurler

aska rico

  • 23 yanvar 2014 00:38
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

aska rico

  • 20 yanvar 2014 12:45
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
tesekkurler

--------------------

^^Nazlı Şeytan^^

  • 19 yanvar 2014 20:00
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
saolun...!

melek_19

  • 19 yanvar 2014 18:59
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun melumat ucun..........

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 yanvar 2014 18:49
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
Günəş şüası azdırsa, deməli, xoşbəxtlik hormonu olan serotonin də azdır.

ღNəmLi kiprikღ

  • 19 yanvar 2014 18:43
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler maraqli melumat ucun...

Qaska_Quli

  • 19 yanvar 2014 18:10
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkk megalechunnn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 29
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}