Narkotik kimi içkilər, qətiyyən mübtəla olmayın!

 
Narkotik kimi içkilər, qətiyyən mübtəla olmayın!

İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlayan enerji içkiləri xüsusən gənclər tərəfindən istehlak edilirdi. Bəziləri nahar, bəziləri isə axşam yeməkləri zamanı bu içkilərdən istifadə edirdi. 2012-ci ildə "Fortuna" jurnalında nəşr olunan hesabata görə, Amerikada enerji içkiləri bazarı 2000-ci ildən bəri 1000 dəfə böyümüş və illik satış rəqəmləri 6,4 milyard dollara çatıb.

Araşdırmalar enerji içkilərinin şüursuz istifadəsi ilə bağlı gənclər arasında kafein zəhərlənməsinin hər keçən gün sürətlə artdığını ortaya qoyur. Belə ki, bu içkilər zaman keçdikcə, daha çox istehlak edilir. Hal-hazırda dünya bazarında çəkisi 500 milliqrama qədər olan enerji içkiləri satılır.

Enerji içkiləri istehlak edildikdən sonra insanın əhvalını yaxşılaşdırsa da, bu içkilərin zərərləri haqqında müxtəlif məlumatlar var. Belə ki, bəzi məlumatlara görə, enerji içkiləri maddə asılılığına gətirib çıxarır. Enerji içkilərinin bəzilərinin bir şüşəsində 505 milliqram kafein mövcuddur ki, bu isə kafein zəhərlənməsi üçün ciddi bir rəqəmdir.

Mütəxəssislərin fikrincə, enerji içkisindən kafein zəhərlənməsi baş veribsə, içkini qəbul edən adamda əsəbilik, narahatlıq, baş ağrısı, ritm pozuntusu, yuxusuzluq, tərləmə, əllərdə titrəmə, mədə ağrısı, sinədə yanma, bulanma, qusma, ishal kimi hallar müşahidə edilir.

Çox miqdarda kafein xüsusilə də təzyiq, ürək problemləri, ritm pozuntusundan əziyyət çəkən insanlarda ürək və yüksək təzyiq böhranlarına səbəb olur.

Həkim qastroenteroloq Sevinc Ağayevanın sözlərinə görə, enerji içkilər asılılıq yaradır. Enerji içkilərinin tərkibində kafein olduğu üçün müəyyən bir müddət kafein qəbul edən insanlarda kafein asılılğı əmələ gəlir. Kafein asılılığı olan insanlarda kafein qəbul etmədikləri zaman narahatlıq, əsəbilik, yorğunluq, baş ağrısı kimi hallar yaranır. Həkim bildirir ki, enerji içkilərini yaşlılar və uşaqlar qəbul etməməlidir: "Güclü yeməklər yedikdən sonra və spirtli içkilərlə birlikdə enerji içkisi içmək olmaz. Enerji içkilərində kafein, taurin, guarana və bəzi amin turşuları ilə zəngin maddələr var. Bu içkilər ilk dəfə uzun yol sürücüləri üçün istehsal edilsə də, bu gün ən çox gənclər belə içkilərdən istifadə edir".

Həmsöhbətimiz uşaqların, hamilələrin, ürək-damar xəstələrinin, yaşlıların və digər risk altında olan xəstələrin enerji içkiləri istifadə etməməsini məsləhət görür. Onun dediyinə görə, belə içkilər tərkibində kafein çox olduğu üçün maye itkisinə səbəb olur və yorğunluqla nəticələnir: "Həddindən artıq su itkisindən baş verən ölümlərin təməl səbəblərindən biri bu cür içkilərdir. Gün ərzində yetkin bir adam maksimum 400 mg kafein qəbul edə bilər. İnsanlar bu tələbi çay və kofe ilə qarşılayırlar".

Müsahibimiz deyir ki, enerji içkiləri içildikdən 1 saat sonra təsirini göstərir. Belə ki, içildikdən sonra aparılan araşdırmalarda qan sistemində dəyişmə reallaşdığı müşahidə edilib. Bu dəyişiklik uzun müddət qanın normal dönməsinə mane olur. Enerji içkilərindən sonra qan analizi verilərsə, ürək-damar xəstələrinin nəticəsi çıxar.

Enerji içkilərində qana tez qarışan maddələr var. Bu maddələrin bədənimizdə xəbərdaredici təsiri qısa bir müddət içində meydana gəlir. Bədənimizə canlılıq və enerji gəlir. Ancaq bu fayda sonradan qalıcı zərərlərə çevrilir.

S.Ağayevanın sözlərinə görə, enerji içkiləri istifadə edilirsə belə, bunun qədəri yaxşı təyin olunmalıdır: "Enerji içkiləri istehsal edən şirkətlər belə xəbərdalıq məlumatında gündə 2 şüşədən artıq içilməsinin zərərli olduğunu qeyd edirlər".

Qeyd edək ki, hər zaman şübhəli hesab edilən bu içkilər İsveçdə bir çox restoranlarda təqdim edilmir, Norveçdə "dərman" kimi qəbul edilib. Danimarka və Fransada isə satışı qadağan olunub.

Qutuların üzərində xəbərdarlıq yazıları qoymaq, "biz xəbərdarlıq yazımızı qoymuşduq" demək istehsalçı firmaların məsuliyyətini azaltdığı üçün insanların bu içkilərdən zərər görməsi zamanı yalnız istehlak edənlər məsuliyyət daşıyır.

ABŞ alimlərinin araşdırması zamanı məlum olub ki, kafein mərkəzi sinir sisteminə təsir edərək, beynə gedən və beyindən gələn mesajları sürətləndirir, beləcə adamın daha oyanıq və aktiv olmasını təmin edir. Mütəxəssislər tərkibində kafein olan bəzi içkiləri araşdıraraq təsirləri haqqında məlumat veriblər. Araşdırma zamanı bəlli olub ki, 250 ml Redd Bull da 80 mg, Coca-Cola-da 48.75 mg, Diet Cokeda 48 mg, Pepsidə 40 mg, Diet Pepsidə 44 mg, Pepsi Maxda 44 mg kafein var. Bu içkilər insanlarda canlandırma yaratdığı kimi zamanla orqanizmi məhvə aparır. Bu içkilərin istehsalçılarının iddialarına görə, məhsulları fiziki dayanıqlılığı, zehni oyanıqlığı və konsentrasiyanı artırır, adamın reaksiyalarını sürətləndirir, maddələr mübadiləsini canlandırır və toksinlərin bədəndən atılmasını asanlaşdırır. Bu içkilər sağlam, əyləncəli, cavanlaşdırıcı bir imiclə satışa çıxarıldığı üçün xüsusilə uşaqlar və gənclərdə böyük maraqla qarşılanır.

Son olaraq onu da qeyd edək ki, enerji içkilərinin sağlamlığa zərərli olduğuna dair kafi dəlillər əldə edilməyib.


Geri dön

GuNaY_83

  • 7 fevral 2014 00:54
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
Enerji içkiləri istehlak edildikdən sonra insanın əhvalını yaxşılaşdırsa da, bu içkilərin zərərləri haqqında müxtəlif məlumatlar var. Belə ki, bəzi məlumatlara görə, enerji içkiləri maddə asılılığına gətirib çıxarır. Enerji içkilərinin bəzilərinin bir şüşəsində 505 milliqram kafein mövcuddur ki, bu isə kafein zəhərlənməsi üçün ciddi bir rəqəmdir.

--------------------

SlaDkaya Deliwka

  • 4 fevral 2014 12:58
  • Məqalə: 1513
  • Şərh: 1508
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

Roya_____

  • 2 fevral 2014 11:59
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurler

aska rico

  • 23 yanvar 2014 00:40
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

melek_19

  • 19 yanvar 2014 16:41
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Allahi_Unutma

  • 19 yanvar 2014 15:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur edirem

Aydan95

  • 19 yanvar 2014 13:12
  • Məqalə: 39
  • Şərh: 2819
  • Bal:
{awards}
on olaraq onu da qeyd edək ki, enerji içkilərinin sağlamlığa zərərli olduğuna dair kafi dəlillər əldə edilməyib.

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 19 yanvar 2014 12:22
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
tewekkür (((

--------------------
(^_*)

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 yanvar 2014 11:24
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
Super cox sagol)))

Qaska_Quli

  • 19 yanvar 2014 10:38
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkk megalechunn ellerive sagligg

--------------------

^^Nazlı Şeytan^^

  • 19 yanvar 2014 10:34
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
saolun.....!

seninle_men

  • 19 yanvar 2014 09:56
  • Məqalə: 53
  • Şərh: 1810
  • Bal:
{awards}
İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlayan enerji içkiləri xüsusən gənclər tərəfindən istehlak edilirdi. Bəziləri nahar, bəziləri isə axşam yeməkləri zamanı bu içkilərdən istifadə edirdi. 2012-ci ildə "Fortuna" jurnalında nəşr olunan hesabata görə, Amerikada enerji içkiləri bazarı 2000-ci ildən bəri 1000 dəfə böyümüş və illik satış rəqəmləri 6,4 milyard dollara çatıb.

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 24
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}