Qadınlarla kişilər niyə yola getmirlər?

 
Qadınlarla kişilər niyə yola getmirlər?


Kişi və qadın məntiqi niyə bir araya sığmır?

Küçədə sorğu aparılır. Bir kişiyə yaxınlaşıb soruşurlar:

- Sizcə Brodvey küçəsində dinozavra rast gəlmək ehtimalı varmı?
- Milyonda bir faiz olar, bəlkə. Amma artıq yox.
Həmin sualı qadına da verirlər:
- Sizcə küçədə dinozavra rast gəlmək ehtimalı nə qədərdir?
- 50-nin 50-yə.
- Necə yəni?
- Ya rastlaşacaqsan, ya da yox…


İstəyirəm, ya istəmirəm!

Qadın məntiqi dedikdə kişilər bu mövzuda ya danışmaq istəmir, ya da uzaqbaşı dodağı qaçır və demək istədiklərini nəzakət xətrinə dilinə gətirmir. Dilindən sözləri gömrüksüz buraxanlar deyir: qadın və məntiq bir araya sığan anlayışlar deyil. Ona görə də kişilərin hamısı əmindir ki, qadın məntiqi deyilən bir xüsusi anlayış var və bu, kişi məntiqindən tamam fərqlidir.

Qadın qərar verərkən «İstəyirəm, ya da istəmirəm» arqumentlərindən çıxış edir. Ona görə də küçədə dinozavra rast gəlməyin ehtimalı barədə düşünərkən qadın onun olub ola bilməyəcəyini deyil, dinozavra rast gəlmək istəyi barədə düşünür. Həmin məntiqlə yanaşsaq qadın və dinzavr heç vaxt küçədə rastlaşmayacaq. Çünki o, qorxusundan burnunu evdən bayıra çıxarmayacaq.

Qadın məntiqi hələ də öz Aristotilini gözləyir

Qadın məntiqi hələ ki, nəql etmə, izhar etmə mərhələsindədi və yazıya alınmayıb. Adi, kişi məntiqi uzun inkişaf yolu keçib və filosofların yaratdığı cild-cild kitablarda bu məntiqin həm astarı, həm də üzüylə tanış olmaq olar. Əlbəttə yazılarların hamısı qiymətli olmasa da kişi məntiqinin inkişaf yolunu aydın şəkildə göstərir. Qadın məntiqindən kim yazdı ki? Bu mənada qədın məntiqi hələ də öz Aristotilini gözləyir. Ona görə də gələcək nəsillərə bir balaca artıq güc düşəcək. Qadın məntiqini sistemləşdirib, aksiomalaşdırıb sonra sxemlər şəklində yazmasaq kişilər bizi məsğərəyə qoyub güləcək. Axı onlar yalnız sxem anlayırlar.O da bir məntiqi nəticədir ki, hər kişi özünü məntiqli saya bilməz və yazılan cildlərlə kitabların ona qəti dəxli yoxdu. Gələcək nəsillər daha bir vacib missiyanı yerinə yetirməlidir. Hansısa təbii səbəbdən kişinin qadın məntiqindən yararlanmaqdan məhrum edilməsini araşdırıb bəzi elementar situasiyalarda çox yararlı olan qadın məntiqini nədən anlamadığını öyrənməlidir.

Qabaqcadan ehtimal var ki, müəllif pozisiyasını qadın məntiqindən çıxış edərək yazmaqda ittiham ediləcək. Amma hər halda davam edirik. Birlikdə sonacan olmaq istəyənlərin nəzərinə: qadaqcadan hazırlıq keçməmiş, qadın məntiqi lobirintinin gizlindlərinə ayaq basmamış təcrübəsizlər o qədər də risk etməsin. Əvəzində ağ ciyərlərin həcmini artırmaq və səs tellərini bərkitməklə məşğul olmaq yaxşı nəticələr verər. Çünki başqa vasitələr yaramır. Onsuz da hələ ki, bir kişi də qadını öz məntiqindən dönməyə məcbur edə bilməyib. Uzaqbaşı qadını susduraraq (özü də müxtəlif zorakılıq vasitələriylə) kişilər işini bitmiş sayır. Ağ ciyərlərin böyüklüyü və səs tellərinin möhkəmliyi onda yarayacaq.

Sən özünə görə haqlısan

Qadın məntiqinin kişi məntiqindən ən başlıca fərqi olur ki, həmişə mübahisə doğurur. Amma kişilər öz məntiqləriylə mübahisə də edər, sakitcə fikir yürüdə də bilər. Qadın məntiqinin məhdud zonada tətbiq edilməsi həmişə gözəgirən nəticələr verir. Bu mənada Aristotel özü qadınlara həsəd apara bilərdi. Kişilər nədənsə mübahisə edirsə onlardan biri haqlıdır, təbii ki, öz fikirlərini məntiq ipinə düzə bilməyən kişi haqsız çıxmış olur. Qadınlar mübahisə edəndə ola bilər ki, tərəflərdən hər ikisi də haqlıdı. Bunu belə ifadə edirlər: «Sən özünə görə haqlısan». Müasir elm qadın məntiqinə əsaslanmsış mübahisədə kimin haqlı olmasını təyin etməkdə acizdir.

İki azyaşlı oğlan uşağının qadın məntiqinə əsaslanmış söhbətinə fikir verək. Onlar hələ ki, kişi məntiqiylə silahlanmayıb:

- Mən dayımgilə gedəcəm, səni özümlə götürməyəcəm.
- Mən özüm gələrəm, sənsiz.
- Mən səni otaqda iplə bağlaram.
- İpi qırıb gələrəm.
- Onda qapını bağlaram.
- Mən sındıraram.
- Qapını dəmirdən düzəltdirərəm.
- Pəncərədən çıxaram.
- Pəncərəni də dəmir qəfəsə salaram.
- Onda divarı sındıraram.
- Mənsə səni dəmir otaqda bağlayaram!

Bu mubahisədə uduzan tərəf söhbəti başqa müstəviyə çevirməyi bacarsaydı əlbəttə ki, udardı. Amma o, hələ balacadı və ağlamaqdan başqa çarəsi qalmadı. Deyək ki, bu üsul, yəni vaxtında gözündə 2 damla yaş çıxara bilmək bacarığı bəzən kişi və qadın mübahisələrində zəif tərəfin qalib çıxmasına kömək edir.

Etirazsız, yoxsa ehtirassız?

Qadın məntiqinə əsaslanmış mübahisələrin öz daxili qanunları var:
1. Etiraz edilməmiş fikir artıq sübut edilmiş sayılır. Çox böyük sürətlə deyilmiş 5-10 fikrin cavabı gəlməsə qadın özünü qalib hesab etməyə başlayır. Nəzərə alsaq yüksək sürətlə yağdırılmış fikir fəvvarəsində hansısa bir cümlə etirazsız qalmalıdı, kişi beyni bütün arqumentlərə cavab vermək iqtidarında deyil. Hələ buketin sonunda bir təhqiramiz ifadə də olsa apponent bu təhqirə cavab verəcək, deyilmiş fikirlərə yox. Burdan aydın olur ki, qadın fikirlərini artan xətt üzrə elə düzməlidir ki, söhbətin axarı kulminasiyaya doğru getsin. Bəzən dediyi sözün cavabını eşitmədən otaqdan ağlaya-ağlaya çıxmaq, uzaqbaşı qulaqları qapamaq kimi ekstrimal vasitələr də tətbiq edilir. Əgər iki qadın mübahisə edirsə, onlardan biri qulaqlarına pambıq tıxayıb və müsahibinin cavablarını eşitmirsə o özünü artıq qalib saya bilər.

2. Sonuncu sözü deyən adam qalib sayılır. Bu tip mübahisədə hər cümlənin cavabı həmən saniyə gəlməlidir. Cümlələr gözlənilməz sürətlə yağdırılırsa orda sonuncu cümləyə cavab vermək lazımdı. Ondan əvvəlkinin cavabı artıq mənasızlaşır. Çünki onu dilinə gətirmiş tərəf bir saniyədən sonra utanıb qızarmadan ondan imtina edə bilər. Çayda eyni suya iki dəfə girmək mümkün olmadığı kimi qadınla mübahisədə əvvəlki cümləyə qayıtmaq olmaz.

3. Qadın məntiqiylə bir firki təkzib etmək də mümkündür, rədd edib qəbul etməmək də. Yəni ki, sərf etməyən bir ifadəni mənasız elan edərək onu cavabsız qoymaqla qadın hər şeyi sübuta yetirmiş sayır. Bu vaxt «Nə olsun?!» ifadəsi fantastik effektlər verir. İki saat ərzində kişi məntiqiylə dürr kimi düzülən faktlar bu iki kəlməlik zərbədən darmadağın olur.

Cız-bız edən yağlı ifadələr

Kişi və qadın məntiqi bir araya sığmır, bunu hətta qadınlar da bilir. Məsələn, bir dialoqu təsəvvür edək:

Qadın: Sənə ərə gələndən sonra mənə heç nə bağışlamamısan!
Kişi: Bağışla əzizim, martın 8-də sənə öküz boyda qabda ətir bağışlamışam.
Qadın bir neçə variandan birini seçməlidir. 1-ci variant: Bah, bir balon it iyi verən ətir vermisən. İldə bir dəfə nəsə verib sonra il boyu başıma çırpırsan. 2-ci variant: Mənə heç nə verməmisən, Allh bilir hansı müğənniyə bağışlayıb sonra unutmusan. 3-c variant: Nəsə bağşladığını xatırlamram. Əgər lap belədirsə də, başqa kişilərin arvadlarına qayğısı qarşısında bu nədi ki?!
Kişilər fikir yürüdəndə onlardan hansısa biri sübut edilibsə onun təkrarından fikrin mənası dəyişməyəcək. Qadın məntiqində isə təkrarladıqca arqumentin fikir yükü artır. Ola bilər ki, dəhşətli dərəcəyə şişirdilsin, ya da gözlənilməz səviyyəyə ensin. Özü də hər təkrarda yeni sözlər, ifadələr əlavə edilərək arqument daha da mürəkkəbləşdirilir. Üstündə bir iki dənə «cız-bız» edən yağlı ifadələr olmasa bu, qiyməsiz,qatıqsız xəngələ bənzəyər. Eyni ifadəni təkrarlamaqla təsdiqləmə üsulu hələ Esxilin faciələrində bir ədəbi üsul kimi tətbiq edilirdi.
Kişi deyirsə ki, «Ayaqqabı qaradı» o, ayaqqabının rəngini nəzərdə tutur və onun qara olduğunu deməyi özünə borc bilir. Qadın üçünsə ayaqqabının qaralığı qarşısına qoyduğu məqsəddən asılıdır. Ona lazımdısa ayaqqabı qara da, bozumtul da, rəngi qaçmış da ola bilər. Qaynana filmində çay məsələsini xatırlayın. Qaynana deyir ki, gəlinin gətirdiyi çay bumbuzdu, amma sonra barmağını həmin çaya salıb yandırır.

Sizin qəribə məntiqiniz varmış

Söhbəti tamam fərqli müstəviyə çevirmək bacarığı qadın məntiqinin ən vacib keyfiyyətlərindəndir. Bəzən bu proses o qədər sürətlə baş verir ki, ortabab kişi beyni nə baş verdiyini heç anlaya da bilmir. Xüsusi hazırlığı olmayan kişilər söhbətin nədən getdiyini başa düşmür. Çünki bəzən mübahisə predmeti yaddan çıxır və söhbətin sonunda kimsə xatırmamır ki, hər şey nədən başlamışdı.

Qadın «Biz Bolqariyada Qızıl qumlarda ərimlə istirahətdə olanda gördük ki, oranın qumu daha narın və daha istidi» deyirsə bunun cavabında «Ərimlə qışda Dubayda olduq, orda hamı xaricilər idi» səslənsə arqument daha güclü və məntiqi cavab sayıla bilər. Söhbəti başqa müstəviyə çevirməyin qaydalarına görə əks arqument, sübut bir frazadan uzun olmamalıdır. Pauzadan istiadə edərək söhbəti çevirə bilmək bacarığına görə qadınlar hətta vertuoz sayıla bilər. Pauza yoxdursa «Səninlə danışanda ağzını yum!» kimi ifadə də öz işini görə bilər. Bu ifadə qadının şəksiz haqlı olduğuna işarə edir. Bütün bu sadalananlar qadının düşüncə qabliyyətlərinin zəifliyini deyil, əksinə qeyri-adiliyini sübut edir. İş ondadır ki, qadın iki fikirdən nəticə çıxarırsa bilir ki, həmsöhbəti də bunu ondan pis bilmir. Lazım gələrsə həmsöhbəti sözün altından çıxıb bayaq səsləndirilmiş fikirlərdən imtina edəcək. Ona görə də qadın bu addımı birinci atıb qalib çıxmaq istəyir. Kişiylə danışanda nəyisə təsdiqləmək lazım gələrsə qadın təsdiq əvəzinə «Ola bilər» kimi sürüşkən ifadələr işlədir.

Söhbətdə «Mənim N adlı dostumun tanışlarının hamısı ya avara, ya da əclaflardı» cümləsi səsləndisə kişi məntiqinə görə bu sözü deyən adam özü də avara və əclafdır. Amma bu ifadəni qadın çox asanlıqla dilinə gətirə bilər. Bu halda həmişə lətifəsi özündən iraq tutaraq dediyindən utanmaz. Ona görə də kişilər belə cətin dolanbacları olan qadın məntiqindən baş aça bilmirlər. Kişi məntiqinə görə deyilən fikir ya doğrudur, ya da yalan. Yalanı doğrudan ayırmağı öyrənmiş kişilər həmin üsulları Adəm peyğəmdərdən bu yana dəyişilmədən istifadə edirlər. Qadın üçünsə həqiqət, yalan və maraq doğurmayan fikirlər var. Ona görə də qadın eşitdiyi fikri asanlıqla və ondan da böyük əminliklə 3-cü kateqoriyaya aid edib maraq dairəsindən çıxaracaq. Qadın beynində «absolyut» qanunu işləyir. Çünki hər qadının öz absolyutu var, yalan və doğru həmin absolyuta nəzərən müəyyən edilir. «Sizin qəribə məntiqiniz var» ifadəsi də burdan doğur. Həmin bu absolyut özü də vaxt keçdikcə dəyişə bilər.

Özün bil…

Bəziləri deyir ki, qadına heç nəyi sübut etmək olmur, başqaları isə əksinə, düşünür ki, qadın bütün deyilənlərə çox tez inanır. Müşahidələr göstərir ki, qadının diqqətindən kənarda olan hər bir şeyə inandırmaq su içmək kimi asandır. Amma onun daxili qanunları, absoyutunu şübhə altına salan hər kiçik cəhd belə uğursuzluğa məhkumdur. «Kilkə balıqdır və bütün balıqlar kilkədir» fikri bir kişinin də başına yerləşməz və o əlbəttə ki, buna inanmaz. Qadın öz fitri istedadı ilə kişini bu fikrə gəlməyə vadar edə bilər. Sonra deyirsiz ki, qadınlarla yola getmək çətindi?

Qadın məntiqi deyilən anlayış var və hər bir qadın onu artıq 3 yaşında olanda mənimsəyir. Kişilər içində bu sənətə yiyələnmiş bir kişini də xatırlaya bilmirəm. Olarsa ya dahi alim, ya da rəssam ola bilər. Qadın məntiqi bir açar kimi kişi məntiqi qıfılına tam uyğun gələ bilər, əgər sizin absolyutu həmin kişi qəbul edər, ya da onu qəbul etdirə bilərsizsə. Qəbul etməsə söhbəti həmən kəsmək lazımdı. Amma özünü məğlub elan etmədən. Qadın bu məğlubiyyəti özünə icazə verə bilməz.

Bu «söhbət»dən sonra qadın rahatlıqla deyə bilər: «Düz iki saatdır çənə döyürəm. Onunla heç danışmaq mümkün deyil!». Kişilərin absolyutu olmur deyən onlar yalnız məntiqi şəkildə ortaya atılmış fikri qəbul edirlər. Onlar heç maraqlanmırlar ki, bu məntiqi fikir hardan süzülüb gəldi. Öz absolyutunu kişiyə məharətlə yeridə bilən qadın həmişə qalıb çıxır. Uzunboğaz çəkmələrin dünya böhranından daha vacib olduğunu, siqaret dumanının çəkəndənsə ətrafdakılara daha çox zərərli olduğunu inandıra bilən qadına heç kim bata bilməz. Adətən belə qadınların dilindən «Mən sənə öz fikrimi yeritmirəm. Özün bil, sən ki, həmişə özün qərar verirsən. Amma sənə başa salmaq istəirəm ki….» kimi ifadələr əskik olmur.

Dünya qədimdir. Məntiq də dünyanın özü kimi qədimdir. Qadın məntiqinin yaşı isə bilinmir…


Geri dön

Ulya

  • 2 fevral 2011 13:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkur edirem

Cici-Kiz

  • 2 fevral 2011 00:02
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Məntiqli düşünmək qadina kişiyə baxmir, burda əsas rol oynayan agildir. Agilli insan həisə məntiqli düşünmək qabiliyyətinə malik olur. Təsəkkur!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Made_In_Bakinka

  • 1 fevral 2011 23:55
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
kisilerin en cox isletdiyi ifade; Ozun bil.............

,,kepenek,,

  • 1 fevral 2011 23:50
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
ne cox yazidir

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 19
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}