Sənin rəsmlərin daxili aləmin haqqında nələr deyir?

 
Sənin rəsmlərin daxili aləmin haqqında nələr deyir?

Telefon danışığı və ya maraqsız iclas zamanı sən düşüncələrə dalaraq, əlindəki qələmlə vərəqə müxtəlif cür həndəsi fiqurlar və ya şəkillər çəkirsən.Bu çəkdiklərinin, sənin daxili aləmin haqqında nələr dediyini öyrənmək istəyirsənnmi..?

1)Həndəsi fiqurlar:

-dairələr, ovallar.

Dairə ən harmonik fiqur hesab edilir. Əgər sən tez-tez dairə və ya oval çəkirsənsə, deməli, sən tam olaraq, həyatından razısan. Sakitlik, özünəinamlılıq, sistemlilik-sənin əsas xarakter xüsusiyyətərindir. Sən həyat enerjisi və yeni ideyalarla dolu bir insansan. Böyük və ya orta ölçülü dairələri(ovalları), əsasən, ünsiyyətcil insanlar çəkirlər. Kiçik ölçülü dairələr(ovallar) isə, əksinə, qapalılıq və məxfilik əlamətidir.

Əgər sənin çəkdiyin rəsimlərin içərisində dairələr(ovallar) üstünlük təşkil edirsə, o zaman narahat olmağa dəyməz. Bu sizin həyatınızda hər şeyin qaydasında olduğunun göstəricisidir. Çox kiçik ölçülü və ştrixlənmiş dairələr(ovallar) isə, sizin yorulduğunuza və tək qalmağa ehtiyac duyduğunuza işarədir.


-üçbucaqlar.
Siz diqqətli və işgüzar birisiniz. Hər işdə müvəffəqiyyət qazanmağa alışmısınız. İş həyatınızda daim uğur qazanmağınıza baxmayaraq, ünsiyyətlə bağlı çox ciddi problemlər yaşayırsınız. Prinsipial olmanız, sizin həyatda xoşbəxt olmağınıza maneçilik törədən əsas səbəblərdəndir. Heç olmasa, yaxınlarınızla münasibətdə kompromisə getməyi bacarsanız, yaxşı olar.

-çoxbucaqlılar(kvadratlar, düzbucaqlılar və s.
Bu tipli fiqurların sahibləri analitik ağıla malik və dəqiq elmlərə meyilli olurlar. Bu insanlar həm də yüksək intellektli və hökmlü olurlar. Ancaq onların bu xarakter xüsusiyyətləri onlarda tez-tez əhval dəyişiminə gətirib çıxarır. Bu insanlar daim daxili aləmləri ilə mübarizədə olurlar. Hər addımlarını yüz ölçüb, bir biçirlər. Onlarda spontanlıq və rahatlıq əksik olur, qərarlarında həmişə qətiyyətsiz olurlar.

2)Xəttlər:

-dalğalar.

Bu insanlar xəyallar aləminin daimi sakinləridir. Onlarda həmişə yeni və maraqlı ideyalar olur.Fantaziyalarını işə salsalar, çox müvəffəqiyyətli işlərə imza ata bilərlər. Bu insanlar,əsasən,incəsənətlə yaxından maraqlanan insanlar olurlar. Onlar həm də,ətraflarındakı insanlarla yaxşı münasibətdə olurlar. Mənfi cəhətləri isə ondan ibarətdir ki, başladıqları işi sona çatdıra bilmirlər.


-ziq-zaqlar.

Siz emosional və impulsiv insansınız. Daim aktiv axtarışdasınız. Hansısa situasiya zamanı qərar qəbul edə bilmirsiz, ya da yanlış qərarlar alırsız. Çox temperamentlisiniz. Qərar qəbul etməzdən öncə, sakitləşməyiniz və oturub düşünməyiniz məsləhət görülür.

-qırıq-qırıq xəttlər.

Bu insanlar,əsasən,özünəinam və iddia səviyyəsi aşağı olan insanlardır.Lakin buna baxmayaraq, onlar həm də, sakit və rahat xarakterə malikdirlər. Hər hansı bir addımı atmazdan öncə oturub düşünsəz, faydasını görərsiz.

3)Bitkilər:

-ağaclar.

Boş vaxtlarında ağac şəkilləri çəkən insanlar haqqında söz söyləmək çox asandır. Belə ki,bu insanlar həmişə məhz özlərini əks etdirən ağacların şəklini çəkirlər.

Əgər sən möhkəm kötüklü, böyük yarpaqlı ağac şəkli çəkirsənsə, o zaman səni ağıllı və müstəqil insan hesab etmək olar. Sən dürüstsən, yalanı qəbul edə bilmirsən. Bununla belə, sən həm də, aktiv insansan. Lakin sən daima istirahət etməyə ehtiyac duyursan. Anla ki, heç də həmişə güclü olmaq məcburiyyətində deyilsən. Bəzən bəzi zəiflikləri özünə güzəştə getməlisən.

Əgər sən möhkəm budaqlarında canlı yarpaqlar olan ağac təsvir edirsənsə (məs:ağcaqayın) – bu o deməkdir ki, sən çox ünsiyyətcil insansan. Tənhalıq sənin üçün əsl ölümdür. Ailənə bağlı birisən, uşaqları çox sevirsən və kiməsə görə özünü fəda verə bilərsən. Yaxınlarına tez-tez sürprizlər etməyi çox sevirsən. Ancaq hərdən özünü unudursan.

Əgər sən tez-tez çılpaq, yarpaqları tökülmüş nazik ağaclar çəkirsənsə, deməli, sən təcili dəyişikliyə ehtiyac duyursan. Öz həyatın haqqında düşün. Özünü təmin olunmamış və məyus hiss edirsənsə, radikal dəyişikliyin əsl vaxtıdır. Həyatda eksperiment etməkdən çəkinmə! Cəsur addımlarla irəli get, o zaman səndə hər şey alınacaq.

-güllər.

Gülləri, əsasən, incə qəlbli, küsəyən xarakterə sahib insanlar çəkirlər. Onlar həm də, zəngin təxəyyülə malik olurlar. Bu insanlar xırda detallara qarşı çox həssas olurlar, düşüncələri sərhəd tanımır. Onların çoxlu dostları olur. Lakin buna baxmayaraq, onlar həyatda özlərini həmişə tənha və müdafiəsiz hiss edirlər.

4)Heyvanlar:

-it.


Sənin əsas xüsusiyyətlərindir: sədaqət, dürüstlük, ədalətlilik. Sən insanların etibarını qazanmağı bacarırsan, eyni zamanda, sən çox yaxşı sirr saxlaya bilirsən. Sənin çoxlu dostların var və bu dost kampaniyalarında sən aparıcı mövqeyə maliksən. Səndən zəif olanlara qarşı çox həssassan. Çalış,həyata daha realist yanaşasan və başa düş ki, həyat təkcə ağ və qara rənglərdən ibarət deyil.

-pişik.

Səni digərlərindən parlaq individuallığın və seçici zövqün fərqləndirir. Sən komfort və tənhalığı çox dəyərləndirirsən. Hərdən melanxoliyaya meyilli olursan. Bəzən öz eqoistliyinə görə yaxınlarının qəlbini qırırsan. Dostlarına və doğmalarına qarşı daha diqqətli olmağın məsləhət görülür.

-at.

Sən əyləncəni, bayramları və ünsiyyətdə olmağı çox sevirsən, diqqət mərkəzində olmaq əsl sənlikdir. Çox vaxt populyarlığından da sui istifadə edirsən. Bəzi şeylərə həddən artıq bağlanırsan və istəklərin ehtiraslara çevrilir. Amma başa düş ki, vaxtında dayanmasan, hər şey daha da pis olacaq.

-ilan.

Sən həyatda təkcə özünə güvənməyə öyrəşmisən. Bir o qədər də ünsiyyətcil deyilsən. Tez-tez öz daxili dünyanla tək qalırsan. Bəzənsə, öz duyğularının fərqinə varmırsan.

5)Fantastik varlıqlar.

Sənin fantaziyan sərhəd tanımır, çox enerjili və aktiv insansan. Öz həyatını spontan hadisələrsiz təsəvvür edə bilmirsən. Daim birinci olmaqçün mübarizə aparırsan. Gözəl və səlis danışığın var, özünə çox asanlıqla dinləyici toplaya bilirsən. İnsanlarda ən çox ağıla qiymət verirsən.

6)Hərflər,imzalar.

-hərflər.

Əgər sən boş vaxtlarında müxtəlif hərflər qaralayırsansa, səni əsl xəyalpərəst adlandırmaq olar. ”Göylərdə uçur”-cümləsi tam olaraq səni ifadə edir. Xəfif və yüngül tərzdə yazılmış hərflər xoşxasiyyətliliyin əlamətidir. Sərt və qabarıq hərflər isə bunun əksinin göstəricisidir. Ancaq hər iki halda da, sən yaradıcılıqla əlaqəli insansan. Sənə monoton işlə məşğul olmaq məsləhət deyil.

-imzalar.

İş arasında öz imzasını yazan insanlar çox ambisiyalı olurlar. Onlar zamanlarının çoxunu özlərini təkmilləşdirməyə sərf edirlər. Əgər imza səliqəli və anlaşıqlıdırsa,bu həmin insanın çox açıq sözlü olduğunun göstəricisidir. Qəliz və anlaşıqsız imza həmin insanın şəxsiyyətinin də qəliz olduğuna işarədir. Bu insanlar,eyni zamanda,sülh tərəfdarı olurlar. Konfliktlərin meydana gəlməməsi üçün əllərindən gələni edirlər. Daim özlərini təsdiq etməyə çalışırlar. Biraz ətrafdakılara da diqqət ayırsalar, yaxşı olar.


Geri dön

GuNaY_83

  • 8 fevral 2014 21:43
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
çox sağolun məqaləyə görə

--------------------

SlaDkaya Deliwka

  • 4 fevral 2014 14:23
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

aska rico

  • 23 yanvar 2014 01:04
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

мυsLiмαηκα

  • 20 yanvar 2014 18:20
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Cox saol ömyüm maraxLıydı ^^

ღNəmLi kiprikღ

  • 20 yanvar 2014 17:50
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

-ayka-

  • 20 yanvar 2014 17:11
  • Məqalə: 8
  • Şərh: 2311
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღ★Damla★ღ

  • 20 yanvar 2014 16:55
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
-çoxbucaqlılar(kvadratlar, düzbucaqlılar və s.
Bu tipli fiqurların sahibləri analitik ağıla malik və dəqiq elmlərə meyilli olurlar. Bu insanlar həm də yüksək intellektli və hökmlü olurlar. Ancaq onların bu xarakter xüsusiyyətləri onlarda tez-tez əhval dəyişiminə gətirib çıxarır. Bu insanlar daim daxili aləmləri ilə mübarizədə olurlar. Hər addımlarını yüz ölçüb, bir biçirlər. Onlarda spontanlıq və rahatlıq əksik olur, qərarlarında həmişə qətiyyətsiz olurlar.

seninle_men

  • 20 yanvar 2014 16:33
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
Telefon danışığı və ya maraqsız iclas zamanı sən düşüncələrə dalaraq, əlindəki qələmlə vərəqə müxtəlif cür həndəsi fiqurlar və ya şəkillər çəkirsən.Bu çəkdiklərinin, sənin daxili aləmin haqqında nələr dediyini öyrənmək istəyirsənnmi..?

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 20 yanvar 2014 16:14
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
hmm tewekkurler

--------------------
(^_*)

AyliN BunyaminovA

  • 20 yanvar 2014 15:36
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

--------------------
ܨܓܓܨܓܓ✍

aska rico

  • 20 yanvar 2014 15:34
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
ceke bilende daxili alemim haqqinda nese deyer wink

--------------------

^^Nazlı Şeytan^^

  • 20 yanvar 2014 14:38
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
sag olun...

Prank girl

  • 20 yanvar 2014 14:37
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
men hec sekil ceke bilmirem wink

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

melek_19

  • 20 yanvar 2014 14:27
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 yanvar 2014 14:18
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Bu insanlar xəyallar aləminin daimi sakinləridir. Onlarda həmişə yeni və maraqlı ideyalar olur.Fantaziyalarını işə salsalar, çox müvəffəqiyyətli işlərə imza ata bilərlər. Bu insanlar,əsasən,incəsənətlə yaxından maraqlanan insanlar olurlar. Onlar həm də,ətraflarındakı insanlarla yaxşı münasibətdə olurlar. Mənfi cəhətləri isə ondan ibarətdir ki, başladıqları işi sona çatdıra bilmirlər.

Qaska_Quli

  • 20 yanvar 2014 14:05
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshklerrrrrrrrrrrrrrrr

--------------------

PSIXOPATKA

  • 20 yanvar 2014 13:53
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Siz emosional və impulsiv insansınız. Daim aktiv axtarışdasınız. Hansısa situasiya zamanı qərar qəbul edə bilmirsiz, ya da yanlış qərarlar alırsız. Çox temperamentlisiniz. Qərar qəbul etməzdən öncə, sakitləşməyiniz və oturub düşünməyiniz məsləhət görülür.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}