Mən dünyanı necə başa düşürəm?

 
Mən dünyanı necə başa düşürəm?


Insan həyatının və ya ümumilikdə üzvi həyatın mənası nədir? Bu suala cavab dinə işarə edir. Onda soruşa bilərsiniz ki, bu sualı verməyin bir mənası varmı? Cavab verirəm: öz həyatını və digər insanların həyatını mənasız hesab edən şəxs, sadəcə bədbəxt deyil, həm də həyat üçün yararsızdır.

Mən dünyanı necə başa düşürəm?

Biz fanilər çox qəribə biz vəziyyətdəyik. Hər birimiz burada müvəqqəti qonağıq, dünyaya nə üçün gəldiyimizi bilmirik, bəzən isə başa düşdüyümüzü zənn edirik. Çox dərinə getmədən gündəlik həyatımızda başqaları üçün; birinci növbədə xoşbəxtliyimizin üzlərindəki təbəssüm və gümrahlıqdan asılı olduğu insanlar üçün; daha sonra isə, şəxsən tanımadığımız, amma talelərimizin sevgi ilə bağlandığı insanlar üçün mövcud olduğumuzu bilirik. Daxili dünyamın və xarici həyatımın ölü, yaxud diri, bütün digər insanların əməyindən asılı olduğunu, aldığım və hələ də almaqda olduğum hər şeyi eyni ölçüdə geri qaytarmalı olduğumu gündə yüz dəfə öz-özümə xatırladıram. Mən olduqca sadə həyat tərzi sürürəm, lakin tez-tez həmfanilərimin əməyini lüzumsuz istifadə etməyim fikri məni üzür. Cəmiyyətdə sinfi fərqin ədalətsizlik olduğunu və bunun əksər hallarda gücə əsaslandığını düşünürəm. Həm də əminəm ki, təvazökar həyat tərzi fiziki və əqli baxımdan, hamı üçün daha yaxşıdır.

Mən ümumiyyətlə, insanın fəlsəfi mənada azadlığına inanmıram. Hər kəs yalnız xarici təzyiqlərin deyil, həm də daxili zərurətin təsiri altında hərəkət edir. Şopenhauerin "insan istədiyi hər şeyi edə bilər, lakin o, hər şeyi istəyə bilməz” sözü gəncliyimdən bəri mənə ilham vermişdir; həm öz həyatımdakı, həm də digərlərinin həyatındakı çətinliklər qarşısında daima bir ovuntu və tükənməz səbir mənbəyi olmuşdur. Bu düşüncə insanı asanlıqla iflic edə bilən məsuliyyət hissini mərhəmətli şəkildə yüngülləşdirir, özümüzü və digərlərini çox ciddi qəbul etməyimizin qarşısını alır və həyata yumorla baxmağımıza imkan yaradır.

Insanın öz mövcudluğunun və ya hər hansı digər yaradılışın mənasını və ya məqsədini sorğulaması ümumilikdə, obyektiv baxımdan həmişə absurd görünüb mənə. Bununla yanaşı, hər kəsin səylərini və mühakimələrini yönləndirən müəyyən idealları var. Bu mənada mən heç vaxt rahatlıq və xoşbəxtliyə nəticə olaraq yanaşmamışam - belə bir əxlaqi zəmin daha çox donuz sürüsünə yaraşır. Yolumu işıqlandıran və mənə zaman-zaman həyatı sevinclə qarşılamaq cəsarəti verən ideallar Həqiqət, Mərhəmət və Gözəllik olmuşdur.

Eyni düşüncəni paylaşdığım insanlarla həmrəy olduğumu hiss etməsəm, incəsənətdə və elmi araşdırmalarda əlçatmaz olan məqsədə doğru getməsəm, həyat mənə bomboş görünərdi. Insani səylərin bəsit məqsədləri - mal-mülk əldəetmə, yalançı uğur qazanma, dəbdəbəli yaşama - həmişə məni diksindirib.

Mənim güclü sosial ədalət və sosial məsuliyyət hissim həmişə digər insanlar və cəmiyyətlərlə birbaşa təmasa olan ehtiyacım ilə qəribə şəkildə ziddiyyət təşkil edib. Mən yalnız insanam - heç vaxt sözün əsl mənasında ölkəmə, evimə, dostlarıma və hətta ən yaxın ailə üzvlərimə ürəkdən bağlı olmamışam; həmişə bütün bu bağlara qarşı soyuqluq və illər keçdikcə artan yalnız qalmaq ehtiyacı hiss etmişəm. Insan digər insanlarla qarşılıqlı anlaşma və rəğbət hissinin limitlərinin olduğunu təəssüflənmədən dərk edir. Şübhəsiz ki, bu zaman o, öz sadəlövhlüyü və laqeydliyindən nələrisə itirir; digər tərəfdən isə başqalarının fikirlərindən, mühakimələrindən və vərdişlərindən asılı olmur və öz daxili balansını belə etibarsız təmələ əsaslanmaqdan çəkindirir.

Mənim siyasi idealım demokratiyadır. Hər kəs bir fərd olaraq hörmətlə qarşılanmalı, lakin heç kim bütləşdirilməməlidir.

Taleyin ironiyasıdır ki, mənim özüm insanlar tərəfindən hədsiz heyranlıq və hörmətlə qarşılanıram. Bu nə mənim günahımdır, nə də buna layiqəm. Bunun səbəbi yəqin ki, insanların cılız gücüm və sonsuz mübarizəm nəticəsində əldə etdiyim bir neçə ideyanı başa düşmək arzusudur.

Mən tamamilə əminəm ki, hər hansı təşkilatın məqsədlərinə çatması üçün tək bir nəfərin düşünməsi, idarə etməsi və ümumilikdə öhdəlik götürməsi lazımdır. Amma idarə edilənlər təzyiq altında olmamalıdır. Insanlar öz liderlərini seçmək imkanına malik olmalıdırlar. Mənim fikrimcə zor tətbiqinə əsaslanan avtokratik sistem qısa müddətdə tənəzzülə uğrayır. Çünki güc, əxlaqı aşağı olan insanları özünə cəlb edir. Mən əminəm ki, dahi tiranları əclafların əvəz etməsi dəyişməz bir qaydadır. Bu səbəbdən də, hazırda Italiya və Rusiyada gördüyümüz sistemlərə qarşı həmişə müxalif olmuşam. Bugün Avropada demokratik idarəetmə formasının gözdən düşməsinin səbəbi demokratiyanın ana ideyasında deyil, hökumət başçılarının qeyri-stabilliyi və seçki sisteminin şəxsləri ayrı-ayrı nəzərə almayan xarakterində axtarmaq lazımdır. Məncə, bu baxımdan Amerika Birləşmiş Ştatları doğru yolu tapıb. Onlar uzun müddət üçün seçilmiş məsuliyyətli prezidentə sahibdirlər və prezidentin öz məsuliyyətlərini yerinə yetirmək üçün kifayət qədər səlahiyyətləri var. Digər tərəfdən, bizim siyasi sistemimizdə xəstəlik və ya ehtiyac anında fərdə qarşı nümayiş etdirilən qayğını yüksək qiymətləndirirəm.

Insanlığın ehtişamında mənə görə doğrudan da dəyərli olan siyasi dövlət deyil, yaradıcı və düşüncəli şəxs - şəxsiyyətdir; Alicənab və əzəmətli olan odur, düşüncədə və hisslərdə küt olaraq qalan isə sürüdür.

Bu mövzu məni sürü həyatını yaşayan insanların ən pis təzahüründən, heç sevmədiyim hərbi sistemdən bəhs etməyə vadar edir. Əgər insan orkestrin sədaları altında cərgə ilə marş etməkdən zövq alırsa, bu, ondan zəhləm getməsi üçün kifayətdir. Ona baş beyin səhvən verilib; ona lazım olan ancaq onurğa beynidir. Insan sivilizasiyasının bu "taun ləkəsini” qısa zamanda aradan qaldırmaq lazımdır. Əmrə əsaslanan qəhrəmanlıq, mənasız zorakılıq və vətənpərvərlik adlanan bu iyrənc cəfəngiyat - bütün bunlara necə də nifrət edirəm! Müharibə mənim üçün rəzil və çirkin bir işdir. Belə bir çirkinlikdə iştirak etməkdənsə, parça-parça olmağı üstün tutaram. Bütün bunlara baxmayaraq, insan soyu haqqında yüksək fikrə sahibəm və inanıram ki, millətlərin sağlam düşüncəsi sənaye və siyasi dairələrin maraqları tərəfindən məktəblər və mətbuat vasitəsilə sistemli olaraq korlanmasaydı, bu kabus çoxdan yox olmuşdu.

Hiss edə biləcəyimiz ən gözəl təcrübə həyatın sirli tərəfidir. Bu fundamental emosiyalar əsl incəsənətin və əsl elmin beşiyidir. Bunu bilməyənlər - heyran olmaq və valeh olmaq bacarığını itirmişlər - ölü kimidirlər və onların gözləri görmür. Həyatın sirləri ilə qarşılaşma, qorxu hissi ilə qarışaraq dinləri yaratmışdır. Nüfuz edə bilmədiyimiz nəyinsə mövcud olduğunu bilmək, dərində olan səbəbləri və parlaq gözəlliyi ən ibtidai şəkildə də olsa, qavrama cəhdlərimiz - məhz bu biliklər və bu emosiyalar əsl dini yaradır. Bu mənada və yalnız bu mənada mən dindaram. Mən öz yaratdıqlarını mükafatlandıran və cəzalandıran və ya bizim malik olduğumuz iradə ilə eyni iradəyə malik bir Tanrını təsəvvür edə bilmirəm. Fiziki ölümdən sonra həyatı da başa düşmürəm və başa düşmək istəmirəm; bu anlayışlar yalnız qorxmuş və zəif insanların absurd eqoizminə xasdır. Mən həyatın sonsuzluğundakı sirr və kainatın möcüzəli strukturunun dərk edilməsi - təbiətdə özünü büruzə verən Səbəbin hətta cüzi bir hissəsinin başa düşülməsinə edilən cəhd ilə kifayətlənirəm.


Geri dön

GuNaY_83

  • 10 fevral 2014 22:13
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
meqale ucun twk

--------------------

B_L_A_T_N_O_Y

  • 5 fevral 2014 17:45
  • Məqalə: 3
  • Şərh: 2910
  • Bal:
{awards}
Tesekurler

SlaDkaya Deliwka

  • 5 fevral 2014 17:37
  • Məqalə: 1513
  • Şərh: 1508
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

Melek Aliyeva

  • 26 yanvar 2014 17:27
  • Məqalə: 0
  • Şərh: 1294
  • Bal:
{awards}
meqale ucun twk

melek_19

  • 22 yanvar 2014 21:57
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Maraqli idi

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 22 yanvar 2014 19:56
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
{awards}
Mən dünyanı necə başa düşürəm?[/b]

--------------------

Zayn_Malik_fan

  • 22 yanvar 2014 19:38
  • Məqalə: 133
  • Şərh: 1681
  • Bal:
{awards}
Tewekkurler...

Milyonerkaa

  • 22 yanvar 2014 19:09
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
teshkkurler)))

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

aska rico

  • 22 yanvar 2014 18:57
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 22 yanvar 2014 18:34
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
(^_*)

^Peri MaSali^

  • 22 yanvar 2014 18:25
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
Tesekurler meqale ucun

ღNəmLi kiprikღ

  • 22 yanvar 2014 18:22
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler.....

Qaska_Quli

  • 22 yanvar 2014 18:01
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkkk meglechunnn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 42
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}