Kitab oxuyaq, həyatı öyrənək

 
Kitab oxuyaq, həyatı öyrənək


Hərdən adama elə gəlir ki, küçədə aqressiv olmağımızın, səbirsizliyimizin, kriminal hadisələrin bu qədər geniş yayılmasının bir səbəbi də kitab oxumamağımızdır. Bəs ziyalılarımız bu barədə nə düşünürlər?Şair, tərcüməçi Səlim Babullaoğlunun mövzuya münasibəti belə oldu: "Kitabların öyrətdiyi üç vacib şey var. Birincisi, bu kitabın mahiyyəti ilə bağlıdır, məzmunuyla, bunu bilirik. İkincisi, kitablarda sözlər heç vaxt qışqırmır, hətta mübaribədən bəhs edən bir əsərdə top atılırsa və kitabda bundan bəhs edilirsə, bu, çox sakit baş verir, sakit; demək ki, kitab oxuma prosesi, mütaliə səbri və alicənablığı öyrədir, öyrətməlidir... Üçüncüsü isə, əgər fikir vermisizsə, açılmış kitaba kənardan baxanda o qanad çalan, qanadlarını gərmiş quşa oxşayır, bu da elə belə deyil, çünki həqiqi kitablar xəyal gücünü gücləndirir, xəyal quşunu daim uçurdur. İnsanı ümidləndirir və həmdərd olmağı öyrədir. Sənə ən azı xəyalında və xəyalınla nəyisə dəyişmək öyrədir. Böyük polyak şairi Miloş yazırdı ki, vaxt vardı dərdə və bədbəxtliyə səbri öyrədən müdrik kitabları oxuyurdular yalnız. Düşünürəm o bunu elə belə yazmırdı. Kitab oxumayan adamlarda isə bu keyfiyyətlərin tam əksinə - aqressivliyə, nadanlığa rast gəlinir. Əlbəttə, bizim vərdiş etdiyimiz kimi kitab oxumayan adamlar da olub vaxtilə. Bu o vaxtlar idi ki, kitablar indiki kimi yayğın deyildi, kitab çapı işi də yox idi. Amma yenə də müdrik və alicənab adamlar vardı. Bu adamlar isə başqa kitabları oxuyurdular, səmavi kitabları oxuyurdular... Hərçənd oxumaq da müxtəlif cür olur. Mən düzgün kitabların düzgün oxusundan danışıram”...

Tanınmış jurnalist, "Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: "Cəmiyyətin kitabdan ayrı düşməsi efirdən tutmuş adi ictimai nəqliyyatda davranışımıza qədər, hər şeydə özünü göstərir. Kitab oxumaq cəmiyyətin mədəni səviyyəsinin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə mənəviyyat, düşüncə zəifləyir, müqavimət azalır. Kitaba ehtiyac hiss etməyən cəmiyyət yalnız geriyə gedə bilər”.

Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin müdiri dos. dr. Rövşən İbrahimov: "Kitabın rolu çox böyukdur. Çünki kitab dünya barəsində yığcam yol xəritəsidir. Üzdən belə, seçirəm oxuyan insanla oxumayan insanı. Oxuyan insan daha məntiqli, mənalı olur. Hazırda ailə və təhsil ocaqları öz üzərinə düşən vəzifəni tam yerinə yetirə bilmir, şəxsiyyət insan yetişdirməkdə ciddi nöqsanlar var. Buna görə də nəsillər boyunca yığılan məlumat və bilik toplusu - kitablar bu funksiyanı öz üzərinə götürə bilər. Kitab oxuma son illərdə yenidən populyarlaşır, amma kütləviləşməsi üçün hələ çox iş görülməlidir”.

Hərdən adama elə gəlir ki, küçədə aqressiv olmağımızın, bir-birimizi başa düşməməyimizin, səbirsizliyimizin bir səbəbi də kitab oxumamağımızdır. Çünki daimi kitab oxuyan adam bu qədər yüngül olmaz, bu qədər kobud davranmaz...

Hərdən adama elə gəlir ki, intiharların bir səbəbi də kitab oxumamağımızdır. Çoxlu kitab oxuyan, dünyaya baxış tərzini primitiv səviyyədən çıxaran insan belə rahat tabe olmaz, belə rahat ruhdan düşməz, belə asan sınmaz...

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə kriminal hadisələrin bu qədər geniş yayılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Hər gün ən azı bir saat kitab oxuyan adam anlaşılmazlığı, çıxış yolunu soyuq silahda axtarmaz. Bıçağa əl atmaq insanın həm də cılızlığının ifadəsidir. Demək, sən qarşındakını öz, söz potensialınla başa sala bilmirsən. Sala bilsəydin, bu yolu seçməzdin, qarşındakı insanı bıçağın "ağzı” ilə yox, öz ağzınla, öz dilinlə başa salardın...

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə boşanmaların sayının artmasının, ailələrin bu qədər rahat, tez dağılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, zəngin dünyagörüşünə sahib olsaydıq, kamilləşsəydik, özümüz kimi ailələrimiz də kövrək olmazdı, hər şey birdən-birə çiliklənib töküləcək hala gəlməzdi. Kitab oxusaydıq, dəyərli şeylər öyrənsəydik, mənən zənginləşsəydik, bir-birimizi başa düşər, ailə sirrimizi qoruyar, ailəmizi kənar təsirlərdən qoruyar, qədrini bilərdik. Kitab oxusaydıq, ailənin dini yöndən nə qədər dəyərli olduğunu, boşanmanın isə nə qədər arzuolunmaz bir şey olduğunu anlayardıq...

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə ailə zorakılıqlarının artmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, valideynlərimizin xətrinə dəyməz, ailəmizin, övladlarımızın qədrini bilərdik, onlara dəyər verib özümüz üçün dəyər qazanardıq. Kitab oxusaydıq, əslində ailənin də bir "kitab” olduğunu, yaşadığımız hər günü necə yaşamağımızla onun bir səhifəsini yazdığımızı, zorakılıq edəndə səhifələrini korladığımızı, boşananda bu dəyərli kitabı "yazmağı” yarımçıq buraxdığımızı anlayardıq...

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə yalanın ayaq tutub yeriməsinin bir səbəbi də bizim kitab oxumamağımızdır. Çünki kitab oxusaydıq, ya yalan danışmazdıq, ya yalan danışılmasına imkan verməzdik, ya da yalana bu qədər "inanmazdıq”, biganə qalmazdıq. Kitab oxusaydıq, mənən zənginləşər və yalan danışmağın nə dərəcədə zərərli bir vərdiş olduğunu başa düşər, günah olmasının fərqinə varar və ondan qaçardıq...

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə insanların cılızlaşmasının, cılız görünməsinin bir səbəbi də bizim kitab oxumamağımızdır. Çünki kitab oxuyan adam hətta gənc olsa belə ağsaqqal olar, dünyanı dərk edər, insana, yaşadığı cəmiyyətə, ətrafındakı insanlara dəyər verər, onu dağıtmağa, çapıb talamağa çalışmaz, onu zənginləşdirməyə çalışar, ondan nə isə qoparmağa yox, nə isə verməyə çalışar...

Bütün bu yazdıqlarımızı uzatmaq da olar. Hər halda yuxarıda sadaladıqlarımızın sırasına özünüz də nə isə əlavə edib, günümüzün "şəklini” çəkə bilərsiniz.

İndi isə keçək kitabın insan üçün faydalarına. Söhbət o faydalardan gedir ki, artıq hər kəs tərəfindən qəbul olunur və öz təsdiqini çoxdan tapıb. Zənnimizcə, onları bir daha təqdim etməyimizdə fayda var...

- Kitab oxumaq insanı zənginləşdirir, mənən kamilləşdirir.

- Kitab oxumaq üçün bəlli bir zaman, bəlli bir göstərici yoxdur, yetər ki, səviyyəli bir şey tapıb oxuyasan. Hətta gündə bir səhifə də olsa, oxuyasan. Çünki bir səhifə ilə başlasan, tədricən ardı gələcək...

- Kitab oxumaq həyatı insana sevdirir.

- Kitab oxumaq insana həyatın fərqli yönlərini dərk etməyə kömək edir.

- Kitab oxumaq düşüncəni inkişaf etdirir.

- Kitab oxumaq stresin insana "sarılmasının” qarşısını alır.

- Kitab oxumaq zehni inkişaf etdirir, yorğunluqdan qurtarır.

- Kitab oxumaq insanın dünyaya baxışını dəyişir.

- Kitab oxumaq insana kitab adlı sədaqətli və etibarlı dost qazandırır.

- Kitab oxumaq sizi başqalarına sevdirər. Çünki kitab oxuyan adam mənən zənginləşdiyi üçün başqalarından fərqlənər...

- Kitab oxumaq sizin söz ehtiyatınızı artırar, fikirlərinizi daha səlis ifadə etməyinizə yardımçı olar...

- Kitab oxumaq insanın iş həyatındakı uğurları artırır.

- Kitab oxumaq xəyal gücünü genişləndirir.

- Kitab oxumaq insanın lazım olan anda daha dəqiq qərar vermək qabiliyyətini inkişaf etdirir.

- Kitab oxumaq insana yeni fikirlər, məlumatlar qazandırır.

- Kitab oxumaq sizə görmədiyiniz, tanımadığınız yerləri tanıdar.

- Kitab oxumaq sizin daha məntiqli düşünməyinizə imkan verər.

Yazımızın başlığında dediyimiz kimi, kitab oxuyaq ki, həyatı öyrənək...


Geri dön

GuNaY_83

  • 14 fevral 2014 13:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
- Kitab oxumaq insana kitab adlı sədaqətli və etibarlı dost qazandırır.

--------------------

SlaDkaya Deliwka

  • 6 fevral 2014 15:00
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

aska rico

  • 27 yanvar 2014 13:03
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

Banned549678

  • 26 yanvar 2014 13:06
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cox sagolun=)

^_^

  • 26 yanvar 2014 00:26
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

sonzeng2015

  • 25 yanvar 2014 20:42
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
tesekkurler

PSIXOPATKA

  • 25 yanvar 2014 18:53
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
- Kitab oxumaq zehni inkişaf etdirir, yorğunluqdan qurtarır.

--------------------

Milyonerka

  • 25 yanvar 2014 18:50
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tshkleeer...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

ღNəmLi kiprikღ

  • 25 yanvar 2014 12:22
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler melumata gore....

BaNTiKLi_CiCiWKa:)

  • 25 yanvar 2014 11:57
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned549678

  • 25 yanvar 2014 09:47
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cox sagolun=)

aska rico

  • 25 yanvar 2014 09:17
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 yanvar 2014 01:13
  • Məqalə: 665
  • Şərh: 18422
  • Bal:
{awards}
Cox sagpolun))))

sessiz deniz

  • 24 yanvar 2014 22:49
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler eladiiiiiiii

Melek Aliyeva

  • 24 yanvar 2014 22:48
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
sagolunnnnnnnnnnnn

^^Nazlı Şeytan^^

  • 24 yanvar 2014 21:30
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

melek_19

  • 24 yanvar 2014 21:30
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 24 yanvar 2014 21:16
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Tewekkür edirem ...

--------------------
(^_*)

Qaska_Quli

  • 24 yanvar 2014 21:10
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshklerrrrrrrrrrrrrr

--------------------

Banned549678

  • 24 yanvar 2014 20:42
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagolunnnnnnnnnnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}