Avropalı qadınla azərbaycanlı qadının fərqi

 
Avropalı qadınla azərbaycanlı qadının fərqi


Viktoriya Bekhemlə Şahnabad xalanı nə birləşdirə bilər?

Britaniya 40 gün 40 gecəlik bayrama hazırlaşır. Artıq toylü-düdüklü bayram günlərini yola vermək üçün Azərbaycandan tamada və çalıb-oxuyan heyəti də dəvət olunubmuş. Bütün şənliyin səbəbi isə ingilis alimlərinin ənənəvi “Qadınlar nə istəyirlər” sualına “axır ki” cavab tapmalarıymış. Belə ki:

Yerli alimlərin 1000 qadın arasında apardığı araşdırma bu suala cavab tapmağa kömək edib. Sən demə, zərif cinsin nümayəndələrinin əksəriyyəti köməyə ehtiyacı olan şəxsə yardım edən zaman özünü xoşbəxt sayır. İkinci yerdə gözlənilməz kompliment eşitmək, üçüncü yerdə isə dəniz ləpələrinin səsini və ya sevimli musiqini dinləmək gəlir.

İsti Günəş şüaları altında dincəlmək, dadlı yemək, dostlarla əylənmək də qadınların həyatdan istəkləri arasında prioritetlərdəndir. Xanımların özünü pis hiss etməsinə səbəb olan əsas faktorlar isə pis hava şəraiti, kiminsə onlara verdiyi vədə əməl etməməsidir.

Necə də möhtəşəm tapıntı! Nə qədər dahiyanə kəşf! Eşq olsun ingilis alimlərə! Öz aramızdır, bu avropalıları təriflədikcə, lap bir yerləri əldən gedir ha. Böyük ixtiraları, kəşfləri və yenilikləri qarşısında “eyvallah” dedikcə, özlərini tamam buraxırlar. Qəfildən ortalığa atılıb “tapdıq, tapdıq, nəhayət tapdıq” deyə dünyanı qatırlar bir-birilərinə. Hamı tökülür üstlərinə ki, ay qağalar, nolub, indi də 15-ci kralınızın corabının sol tayınımı tapmısınız? Qaqalar sevincək “Kralın corabı gözünə girsin, biz arvadlarımızın nə istədiyini tapmışıq” deyə başlayırlar yuxarıdakı gicləmələrini sadalamağa.

Heç hənanın yeriydi, siz Allah? Əvvəla, onların “tapdıq” deyə qışqırdıqlarını dəlixanada dəlilərə nümayiş etdirsən, “ay başıxarablar, burda yeni nə var ki?” deyə adama gülərlər. Kim başqalarına yaxşılıq etməkdən zövq almaz? Hansı xanım gözlənilməz kompliment eşitmək, dəniz ləpələrinin səsini və ya sevimli musiqisini dinləmək, isti Günəş şüaları altında dincəlmək, dadlı yeməkdən təpişdirmək və yaxınlarla əylənmək arzusunda olmaz ki? Və təbii ki, hər bir insanın onlara verilən vədə əməl olunmamasından, pis hava şəraitindən, qaz-işığının kəsildiyi vaxt qar yağmasından və ayaqqabılarının palçığa batmasından zəhləsi gedər. Sanki, ağbaşlar deməsəydi, kimsə bunları bilməyəcəkdi...

İkincisi, alim raket ixtira edər, kosmosda həyat axtarar, nə bilim yeni texnoloji avadanlıq icad edər və sair. Londondakı rahat ofislərinizdə ayağınızı ayağınızın üstünə aşırıb, mənim ölkəmin xanımlarının istəklərini necə bilə bilərsiniz axı? Heç bir maddi problem yaşamayan və seksi həyat amalı seçmiş ingilis arvadlarının arzularını orta statistik afrikalı, yaxud azərbaycanlı qadına şamil etmək olarmı? Axı istəklər tarixi-mədəni psixologiyaya, dini-mənəvi dəyərlərə, yaşam tərzinə və maddi duruma görə formalaşır. Heç Viktoriya Bekhemlə Şahnabad xala eyni şeyi arzulaya bilərmi?

Bu məqamda maraqlı bir “dərs”i xatırladım. Bir neçə il öncə ölkəmizə təşrif buyurmuş avropalı mühazirəçilər QHT mənsublarımızı başına yığıb “Qadın xoşbəxtliyi” mövzusunda “dərs keçirlərmiş”. Tədbirin rezümesi ondan ibarət olub ki, ömrünü ictimai işlərə həsr etməyən, istədiyi kimi gəzib-dolaşıb şellənməyən, evdə sözünü keçirə bilməyən və balasının üzünü yatandan-yatana görməyən qadın xoşbəxt deyil. Yəni, ey Azərbaycan qadınlarının tam əksəriyyəti, xoşbəxt olmaq istəyirsinizsə, öz ailə modelinizi və əsl qadınlıq keyfiyyətlərini bir kənara tullayaraq, bizə bənzəyin. O “bizə” ki, orada ailə deyə, kişi-qadın bölgüsü deyə, valideyn-övlad sevgisi deyə, ən əsası isə namus-iffət deyə bir məhfum qalmayıb. İndi ingilis alimlərin tapıntıları da həmin cəmiyyətin düşüncəsini əks etdirmirmi?

Axı mənim xanımım ailəsini göz bəbəyi kimi qorumaqla, övladlarının başında pərvanə olmaqla, iffət və sədaqəti həyat amalı seçməklə, həyat yoldaşı ilə münasibətlərini ən ülvi sevgi və hörmət üzərində qurmaqla özünü xoşbəxt hiss edir. Onun sevinci balalarının düzgün tərbiyəsində, ailəsinin həyat sınaqlarından üzüağ çıxmasında, bütün gücü ilə həyat yoldaşına dəstək olmasında, kədəri isə bütün bu fürsətlərin itirilməsindədir. Biz analarımızdan da, nənələrimizdən də bu əqidəni gördük. Müharibələrdə ərlərini itirib, övladlarına həm də ata olan, namusuna ləkə gətirmədən ən ağır işlərin altına girərək, böyük şəxsiyyətlər yetirən xanımlarımızı unutmaq olarmı? İndi 5-10 britaniyalı mənə qalxıb qadınların istəklərini sadalayır. Saxlasınlar bu tövsiyələrini özlərinə və dəyiş-düyüş saldıqları arvadlarına.

Şəhərə hay düşür ki, ay camaat, tez olun meydana axışın, cərgəyə durun, Əzrail uşaq paylayır. Hamı tələm-tələsik beşik-yüyrəyini, heybə-torbasını götürüb, uşaq almaq məqsədilə şəhər mərkəzinə qaçışır. Bu vaxt halayverən görür ki, yaşlı bir qadın öz nəvəsini bağrına basaraq, tövşüyə-tövşüyə daxmasına doğru qaçır. “Ay nənə, camaat uşaq almaq üçün meydana qaçır, sən hara belə?” deyə arvadın qabağını kəsir. Qadın nəvəsinə daha da bərk-bərk sarılaraq deyir: “Mənim uşağıma dəyməsin, payladığı özünə qalsın”...


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:50
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 27 may 2011 15:13
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Şəhərə hay düşür ki, ay camaat, tez olun meydana axışın, cərgəyə durun, Əzrail uşaq paylayır. Hamı tələm-tələsik beşik-yüyrəyini, heybə-torbasını götürüb, uşaq almaq məqsədilə şəhər mərkəzinə qaçışır. Bu vaxt halayverən görür ki, yaşlı bir qadın öz nəvəsini bağrına basaraq, tövşüyə-tövşüyə daxmasına doğru qaçır. “Ay nənə, camaat uşaq almaq üçün meydana qaçır, sən hara belə?” deyə arvadın qabağını kəsir. Qadın nəvəsinə daha da bərk-bərk sarılaraq deyir: “Mənim uşağıma dəyməsin, payladığı özünə qalsın”...

Şəhərə hay düşür ki, ay camaat, tez olun meydana axışın, cərgəyə durun, Əzrail uşaq paylayır. Hamı tələm-tələsik beşik-yüyrəyini, heybə-torbasını götürüb, uşaq almaq məqsədilə şəhər mərkəzinə qaçışır. Bu vaxt halayverən görür ki, yaşlı bir qadın öz nəvəsini bağrına basaraq, tövşüyə-tövşüyə daxmasına doğru qaçır. “Ay nənə, camaat uşaq almaq üçün meydana qaçır, sən hara belə?” deyə arvadın qabağını kəsir. Qadın nəvəsinə daha da bərk-bərk sarılaraq deyir: “Mənim uşağıma dəyməsin, payladığı özünə qalsın”...

--------------------

,,kepenek,,

  • 2 fevral 2011 16:04
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
tesekkur maraqli idi

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Ulya

  • 2 fevral 2011 13:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

kukla_2019

  • 2 fevral 2011 01:41
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
FERQ SADECE ONDADIRKI AVROPALI QADINLAR HHECH BIR WEY GIZLETMEDEN EDIRLER,AMA AZERBAYCAN QADINLARI HER WEYI GIZLICE EDIRLER.HETTA BEZILERI SEVGILISINE XEYANETI,ARVAD ERDEN GIZLI XEYANETI,EVDEN UZUN YUBKA GEYIB CHIXAN QIZLARIN QADINLARIN XEYANETI................
Neise.Yazsam chox olar.

daha1gece

  • 2 fevral 2011 01:33
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
AZERBAYCAN QADILARINDA XOWLADIQiM YEGENE 1WEy var!! QEYRETLERI GOZELLIKLERINDEn USTUNDUR!!!

Made_In_Bakinka

  • 2 fevral 2011 01:29
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
hmmm maraqlidir belay

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}