Ailə tərbiyəsi necə olmalıdır?

 
Ailə tərbiyəsi necə olmalıdır?

Biz, demək olar ki, bütün yazılarımızda fürsət düşdükcə əxlaq məsələsinə toxunmağa çalışmış, gərəkli bildiyimiz mühüm məqamlara aydınlıq gətirmiş, oxucuları bu istiqamətdə ciddi düşünməyə dəvət etmişik və heç vaxt da ortaq məxrəc tapmaq üçüm əlimizdən gələni əsirgəməmişik. Hər kəs üçün əhəmiyyətli olan bu vacib məsələlərə: “Ümumi vəziyyət haqqında qənaətiniz nədir? Ətrafınızda cərəyan edən hadisələri necə qiymətləndirirsiniz? Qəbul etmədiyiniz qeyri-əxlaqi davranışlara münasibətiniz nə cürdür? Əxlaqi problemlərin həlli barədə nə düşünürsünüz?” kimi suallarla diqqətinizi cəlb etməyə çalışmışdıq.

Dünyanın mövcud vəziyyətindən məmnun deyiliksə, bəzi xoşagəlməz hadisələr bir xəncər kimi içimizi dəlirsə, bu şəraiti hazırlayan, sonra da bütün bunlara nəzarəti öz əlinə alan adamlardan narazıyıqsa, o zaman həll yolu kimi hansı təkliflərimiz var? Bəli, bütün bunları bilmək bir zərurətdir.

Möminlər namaz qılmamağı və namaza ciddi yanaşmamağı, oruc tutmamağı və onu əziyyətli saymağı, küçələrdə avara-avara gəzib ona-buna söz atmağı (bəziləri bunu azadlıq hesab etsə də) əxlaqa zidd davranışlar sayırlar. Buna görə də biz Qurani-Kərimin işığı altında və onun prinsipləri çərçivəsində əxlaq, əxlaqsızlıq və tərbiyə haqqında danışmağa çalışacağıq.

Əxlaqın ən mühüm əsası inanc və əqidədir. Ancaq hər şey təkcə əqidədən ibarət də deyildir. Əgər əqidəni əməli həyat, yəni əməli fəaliyyət tamamlamırsa və insan inandığı dəyərlər istiqamətində bir yol tutmursa, o inanc bir qənaət, bir fikir olaraq qalır. Bu səbəbdən də fərdin istər şəxsi həyatında, istərsə də ailə və ictimai həyatında effektiv və istiqamətverici amil rolunu oynamır. İman bir işıq və güc mənbəyi, imansızlıq da bir zəiflikdir, bir boşluqdur. Həqiqi iman da öz gücünü əməllə ortaya qoyur. İmansız bir insanın mənsub olduğu cəmiyyətə fayda verdiyini görən olmamışdır, fayda verənlər də o qədər nadirdir ki, barmaqla saymaq olar. Məsələn, biri inanmır, amma iffətlidir. Başlıca meyarlarımız baxımından bu cür adamları fəzilətli hesab etmək olarmı, olmazmı, bunu bilmirəm. Çünki həqiqi fəzilətin bünövrəsində iman və mühasibə (özünü sorğu-suala çəkmə) hissi dayanmalıdır. Bəli, Allaha, axirətə, kitablara, həşrə və nəşrə (öldükdən sonra yenidən dirilişə), Cənnət və Cəhənnəmə iman həyatımızı nizama salan və onu mələklər səviyyəsində şəkilləndirən mühüm amillərdir.

Bu məsələlərə inanmaq və onların tələblərini yerinə yetirmək həyati əhəmiyyət daşıyır. Axirət məhkəmə salonu və sorğu-sual yeridir; burada bəxş edilən ömür nemətinin və ən mükəmməl biçimdə, insan kimi yaradılışın müqabilində Allaha edilən və ya edilməyən şükrün hesabını orada veririk. Dünyada yığın-yığın zalım, nankor, Allah-Təalanı tanımamaqda, Onun göz önünə sərdiyi sənət əsərlərini görməməkdə israr edən, hətta gözlərini “tıxayıb” bu qədər gözəlliyi görməməzliyə vuran, minlərlə rəng, səs, naxış, nizam və ahəngdən qafil olan bir xeyli kor, kar, qəlbsiz insan da vardır... Allah da həm belələri, həm də inananlar üçün həşrü-nəşri gerçəkləşdirəcək, cənnətini, cəhənnəmini hazırlayacaq, sorğu-sualdan sonra yaxşı, fəzilətli, qəlbən və ruhən kamal məqamlarına yönələn, mənəvi yüksəlişə müştaq olan bəndələrini - bu dünyada “insanlığın ən yüksək mərtəbəsin”ə ucalıb kamil və fazil insanlar olaraq yaşadıqları kimi, - axirətdə də fazil bəndələrə vəd edilmiş cənnətlərlə mükafatlandıracaqdır. Mömin məhz bunları düşünən və həyatını bu istiqamətdə tənzim edən bir insandır.

Beləliklə, əvvəla, həm fərddə, həm də cəmiyyətdə əqidə - inanc çox möhkəm olmalıdır ki, imanın gücü fərdin sapqın hisslərin təsirinə düşüb yoldan azmasına imkan verməsin. Gah inanıb, gah da inanmayan fərdlərdən ibarət ailədə də, cəmiyyətdə də bir xeyir yoxdur. Belə bir cəmiyyətdə də, onlardan təşəkkül tapan millətdə də xeyir yoxdur. İlk növbədə insan qüvvətli imana sahib olmalı və dünyanın sabahı olan axirətin bir gün gələcəyinə bütün varlığı ilə və qəti inanmalıdır ki, bununla Allaha yaxın, topluma da faydalı bir fərdə çevrilə bilsin.

Bəli, demək olar, hər bir fərd sağlam bir əqidəyə malik olmalıdır; necə ki, işləmədiyi təqdirdə ac qalacağına inanır və bundan qorxur, eləcə inancını əməllə ortaya qoymadığı zaman Allahın hüzurunda ağır bir sorğu-suala çəkiləcəyinə də şəksiz inanmalıdır. Məhz belə güclü imana sahib insan da inancından doğan “mərkəzdənqaçma qüvvəsi” ilə saleh əməllərə üz tutar və Allahın hüzuruna üzüağ çıxmaq üçün üz-gözünü yerə sürtər.

Belə fərdlərdən meydana gələn ailələri, ailənin müxtəlif yönlərini, ailədə gənclərin, yeniyetmələrin, kiçiklərin, daha kiçiklərin İslamın ali əxlaqı ilə yetişdirilməsinin xüsusiyyətlərini ayə və hədislərin işığı altında növbəti səhifələrdə izah edəcəyik.

Övlad və mal dünyanın bəzəyi, zinətidir, düzgün dəyərləndirilsə, axirətin də zadu-zahirəsidir, yəni axirət azuqəsidir. Belə ki, burada övladı düzgün tərbiyə etməyin axirətdə əbədi səadətlə nəticələnəcəyi nəzərdə tutulur.

Allah (c.c.) bunlar vasitəsilə insanlara sevinc və səadət bəxş edir. Onları gözə zinət, qəlbə qida edir. İnsan bu zinətləri gördükcə əməli həyatında dünya xoşbəxtliyini, ümidlərində də axirət səadətini hiss edir. Halbuki, əgər siz bu zinətləri əbədiləşdirməsəniz, xoşbəxt ola bilməzsiniz, olsanız da narahat yaşayarsınız... Bəli, övladınıza, nəvənizə, dünya həyatınıza, mal-mülkünüzə görə narahat ola bilərsiniz. Əksinə, bu fani şeyləri baqiləşdirsəniz, onlara Yaradanın rizası üçün baxsanız, Onun yolunda və Onun dilədiyi kimi istifadə etsəniz, hər son nöqtənin bir başlanğıc olduğunu görəcəksiniz. Dünya həyatının başa çatması ilə ömrünü başa vuran fani zinət, dəbdəbə, ehtişam o biri aləmdə ən mükəmməl şəklə bürünərək davam edəcəkdir.

Ailə tərbiyəsi necə olmalıdır?


Geri dön

GuNaY_83

  • 10 fevral 2014 22:41
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Dünyanın mövcud vəziyyətindən məmnun deyiliksə, bəzi xoşagəlməz hadisələr bir xəncər kimi içimizi dəlirsə, bu şəraiti hazırlayan, sonra da bütün bunlara nəzarəti öz əlinə alan adamlardan narazıyıqsa, o zaman həll yolu kimi hansı təkliflərimiz var? Bəli, bütün bunları bilmək bir zərurətdir.

--------------------

SlaDkaya Deliwka

  • 5 fevral 2014 17:54
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

Melek Aliyeva

  • 26 yanvar 2014 17:20
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
meqale ucun twk

Elza Hüseynli

  • 23 yanvar 2014 20:14
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Melumat üçün tewekkurler

PSIXOPATKA

  • 23 yanvar 2014 17:00
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Dünya həyatının başa çatması ilə ömrünü başa vuran fani zinət, dəbdəbə, ehtişam o biri aləmdə ən mükəmməl şəklə bürünərək davam edəcəkdir.

--------------------

melek_19

  • 22 yanvar 2014 21:43
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

^^Nazlı Şeytan^^

  • 22 yanvar 2014 20:29
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 22 yanvar 2014 19:39
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Əgər əqidəni əməli həyat, yəni əməli fəaliyyət tamamlamırsa və insan inandığı dəyərlər istiqamətində bir yol tutmursa, o inanc bir qənaət, bir fikir olaraq qalır.

✵Дорогой✵

  • 22 yanvar 2014 19:25
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
insanlığın ən yüksək mərtəbəsin

aska rico

  • 22 yanvar 2014 18:48
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

ღNəmLi kiprikღ

  • 22 yanvar 2014 18:32
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
“insanlığın ən yüksək mərtəbəsin”

^Peri MaSali^

  • 22 yanvar 2014 18:07
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
Tesekurler meqale ucun.,.,.,.,.,.,.,.

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 22 yanvar 2014 18:07
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler ...

--------------------
(^_*)

Qaska_Quli

  • 22 yanvar 2014 17:38
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaaa

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 22

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}