Ukrayna UEFA-dan qovula bilər

 
Ukrayna UEFA-dan qovula bilər

UEFA İcraiyyə Komitəsi (İK) yanvarın 28-də keçirdiyi iclasında Ukrayna Futbol Federasiyasının (FFU) FİFA-ya ünvanladığı məktubu müzakirə edib.

FFU-nun yanvarın 24-də göndərdiyi məktubda ölkənin hökumət orqanlarının milli assosiasiyanın işinə müdaxilə etdiyi bildirilir.

UEFA İK FİFA-nın mövqeyini tam dəstəkləyib və FFU-ya konkret tədbirlər görmək, bu prosesin qarşısını almaq üçün müvafiq təsdiq sənədi göndərmək tələbi ilə məktub göndərib. Məktubda bildirilir: “Anlaşılmazlığı aradan qaldırmaq məqsədilə izah emək istərdik ki, FFU-nun diskvalifikasiyası ölkə klublarının UEFA bayrağı altında yarışlarda iştirak edə bilməməsinə, Ukrayna yığmasının isə Avropa miqyaslı turnirlərdən kənarda qalmasına gətirib çıxaracaq”.

Məktubda o da qeyd olunub ki, İK FFU-nu FİFA üzvlüyündən kənarlaşdırılacağı təqdirdə, UEFA Ukraynanı 2012-ci il Avropa çempionatının həmtəşkilatçılıq hüququndan məhrum edəcək. 2013-cü il gənclər arasında Avropa çempionatının seçmə qrup mərhələsinin fevralın 3-də keçiriləcək püşkatma mərasimində isə UEFA Ukraynanı 5 yox, 6 komandalı qrupa salacaq. FFU diskvalifikasiya ediləcəyi və Ukrayna turnirdən avtomatik kənarlaşdırılacağı halda, oyunların təqvimində minimal dəyişiklik ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə FİFA FFU-nun I vitse-prezidenti Sergey Storojenkonun məktubunu rəsmən cavablandırıb. Məktubda Storojenko FFU-nun kollektiv üzvlərindən çoxunun Georgi Surkisin federasiya prezidenti postundan istefası təşəbbüsünü irəli sürdüyünü yazıb. Lakin FİFA qiyamçıları dəstəkləməyib, onların hərəkətini kənar təzyiq kimi dəyərləndirib, Ukraynanı isə təşkilat üzvlüyündəki fəaliyyətini dayandıracağı ilə hədələyib. Yanvarın 27-də məlum olub ki, FFU İK-nın 10 üzvü, o cümlədən, Premyer Liqanın prezidenti Vitali Danilov, FFU-nun I vitse-prezidenti Sergey Storojenko və başqaları qurumun İK-nın iclasının keçirilməsi təşəbbüsünü irəli sürmək niyyətindədirlər.


Geri dön

gul_93

  • 2 fevral 2011 20:23
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
eh bow sohbeti

Ulya

  • 2 fevral 2011 12:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}