Milli qəhrəmanımızın ailəsi ilə müsahibə

 
  • 2.02.2011, 10:20
  • Bölmə: ---
  • Müəllif: CrazyGirl
Milli qəhrəmanımızın ailəsi ilə müsahibə

Deyirlər, şəhidlər və qəhrəmanlar ölmür. Bu gün Azərbaycanın müxtəlif bölgələrində Şəhidlər xiyabanlarında yüzlərlə şəhidimiz uyuyur. Bu gün söhbət açacağımız şəxs, ölümündən sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adını alan, eləcə də, ANS Şirkətlər Qrupu tərəfindən “2010-cu ilin adamı” elan edilən şəhid Mübariz İbrahimovdur.Mübariz Ağakərim oğlu İbrahimov: Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirib və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirib, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirib.

2010-cu il iyunun 18-də döyüş növbəsini yerinə yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirib. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Düşmənin çox sayda canlı qüvvəsini məhv edərək həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun nəşi Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilib. Hərbi xidmətdə Mübariz İbrahimov öz vətənpərvərliyi və qorxmazlığı ilə bütün əsgər heyətinə daim örnək olub. İstər döyüş anında, istərsə də hərbi qulluq zamanı gizir Mübariz həm əsgərlərin, həm də zabitlərin hörmətini qazanıb.

Milli Qəhrəmanın qulluq etdiyi hərbi hissənin tağım komandiri Tural Həsənov onun haqqında belə deyir: “O hər gün səhər saat 8:00-da məşq edirdi. Çalışırdı ki, özü ilə bərabər bütün əsgərlərdə idmana maraq yaratsın. Hətta məndə də. Çünki, onunla görüşənə qədər idmana həvəsim yox idi. Məşq edə-edə uşaqlara vətənpərvərlik haqqında danışırdı”.Əsgər yoldaşı Faiq Hacıyev: “Mən ondan vətəni necə sevməyi, vətənə necə qulluq etməyi öyrəndim. Mübariz Vətənini təkcə, hərbçi kimi yox, bir insan, bir şəxsiyyət kimi sevirdi. Hamıya daim Vətənə xidmət etməyi məsləhət görürdü. Çox istəyirəm mən də Mübariz kimi olum. O bütün Azərbaycan Ordusu, Azərbaycan əsgəri üçün nümunədir”.Görünür, Mübariz İbrahimov canı qədər sevdiyi Vətən uğrunda öləcəyini bilirdi. Daha dəqiq şəhidlik zirvəsinə yüksəlməyi arzulayırdı. Şəhid olmağı arzulayan Mübariz çalışırdı ki, valideynlərini yavaş-yavaş elə sağ olarkən yoxluğuna alışdırsın. O bir dəfə başqa səslə atasına zəng vuraraq, “Danışan Mübarizin dostudur, o ermənilərin üstünə döyüşə tək getdi, ölməyə getdi" deyib. Dəstəkdə atasının iniltisini eşidərək ürəyi dözməyib, “Ata, mənəm, Mübarizdir, narahat olma, bağışla”, - deyə zarafat etdiyini bildirib.

Milli Qəhrəmanın anası Şamama İbrahimova: “Bir dəfə atası ilə zarafat edərək, yalandan döyüşə, ölümə getdiyini demişdi. O zaman da qorxduq. Ona dedim ki, “Ay oğlum, bizə yazığın gəlsin, niyə bizi qorxudursan? Amma onun zəngini bu günə qədər unuda bilmirik”.Atası Ağakərim İbrahimov isə Mübarizin evlərinə etdiyi sonuncu zəngi unutmur: “İyun ayının 17-si saat 11-də zəng vurmuşdu. Yaman hirsli idi. Bir az danışdıqdan sonra anasını soruşdu. Dəstəyi anasına verdim”.

Şəhid olacağı son döyüşə hazırlaşan Mübariz bu dəfə anasına istəklərini bildirir: “Əhvalını soruşdum, dedi: “Ana, sən məndən narahat olma. Mənim keyfim lap yaxşıdır. Məndən sonra bol-bol sədəqələr payla. Vaxtında ibadətinizlə məşğul olun. Uşaqları da tez evləndir. Yenə mən şübhələnmədim”.Valideynlərilə danışdığı günün sabahı Mübarizlə bir otaqda yaşamış komandiri Tural Həsənov həmin anları belə xatırlayır: “Saat 22:30 idi. Ermənilər tərəfindən atəşkəs pozuldu. Mən onu əsgərlərin üstündə qoyub qalxdım posta. Güclü olmasa da, atışma gedirdi. 20-25 dəqiqə sonra atışma daha da gücləndi. Əvvəlcə güllə biz tərəfə atılırdısa, sonra ermənilərin içərisində atışma başladı. Özlüyümdə çaşdım. Düşdüm aşağı, kazarmaya çatanda gördüm Mübariz yoxdur. Orada uşaqlardan soruşdum ki, gizir İbrahimov hanı? Dedilər ki, posta qalxıb. Dedim, axı mən postdan gəlirəm, onu görmədim. Yenidən posta qalxdım, amma onu görmədim. Mobil telefonuna da zəng çatmadı. Bölük komandirinə məruzə etdim ki, Mübariz yoxdur. Nə isə ürəyimə damdı. Ürəyimi boşaltmaq üçün avtomatı götürüb içindəki bütün güllələri erməni tərəfinə atdım. Həmin an gözlərim dolmuşdu, özümü pis hiss edirdim. Erməni tərəfinə atəş açarkən də Mübarizin sözləri yadıma düşürdü. Sonra otağa girdim, gördüm paltarları asılqandan asılıb. Cibinə baxdım, gördüm telefonunu da söndürüb qoyub cibinə. Cibində telefonundan başqa məktub da vardı. Çıxarıb oxudum, ailəsinə yazılmışdı. Daha sonra balıncının altına baxdım, orada da cırılmış məktub vardı”.

Milli Qəhrəmanın valideynlərinə yazdığı son məktub: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapır. İnşaallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin!”.

Beləliklə, 18 iyun 2010-cu il tarixində gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.Mübarizin qəhrəmanlığına dövlət səviyyəsində də qiymət verildi. Prezident İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı" adını verdi. Prezident bu addımı ilə bir daha erməni tərəfinə ağır zərbə vurdu. Çünki, şəhidimizin cansız bədənini özlərində saxlamaqla qürurlanan erməniləri uzun siyasi müharibədən sonra, prezident İlham Əliyev bir daha məğlub etdi və Milli Qəhrəmanımızın cənazəsini düşməndən aldı.Milli Qəhrəmanın atası Ağakərim İbrahimov: “Ona Milli Qəhrəman adı verilənə qədər çox narahat idim. Çünki, onun barəsində fikirlər müxtəlif idi. Deyirdilər ki, qanunsuz təmas xəttini keçib, düz etməyib. Yəni, bəziləri qınayırdı onu. Bütün bunlar məni çox sıxırdı. Necə yəni qanunsuz keçib. İnsan da öz torpağında qanunsuz olarmı? Mübarizə ad veriləndən sonra qurbağa gölünə daş atdılar. Belə çıxırdı ki, onun qəhrəmanlığını qəbul etməkdən ötrü söz gərək yuxarıdan deyiləydi. Bunun üçün prezidentimizə təşəkkür edirəm. Atəşkəs dövrüdür, bu ad gecikdirilə də bilərdi. Sağ olsun İlham Əliyev cənabları ki, ona Milli Qəhrəman adını tez verdi. Mən ailəmizin borcunun Mübarizlə bitdiyini hesab etmirəm. Mənim hələ 2 oğlum var”.Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov heç zaman xalqımızın yaddaşlarından silinməyəcək. Bu gün Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonun mərkəzi küçəsi Mübariz İbrahimovun adını daşıyır. Bundan başqa, Biləsuvar rayonunda 2009-cu ildə tikilən Liseyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu 2010-cu İlin Adamı elan edib. Atası Ağakərim İrahimov: “Doğrusu, ANS-in oğlumu İlin adamı seçdiyini eşidəndə göz yaşlarımı tuta bilmədim. Sevinc göz yaşları axıtdım və bu mənim üçün böyük bir təsəlli oldu. Çox böyük təsəlli oldu”. Anası Şamama İbrahimova: “Mən ANS-in bütün işçilərinə də təşəkkür edirəm, böyüyünə də təşəkkür edirəm, prezidentə də çoz təşəkkür edirəm. Ailəmiz adından onun xanımına da təşəkkür edirəm. Həmişə demişik, atası da deyib, mən də demişəm, Mübariz təkcə bizim övladımız deyil, bütün Azərbaycanın övladıdır. Bütün anaların övladıdır. Sağ olsunlar, var olsunlar”.

Qeyd edək ki, məqalənin hazırlanmasında ANS Televiziyasının "Ölümdən 24 saat əvvəl" verilişinin materiallarından da istifadə edilib.


Geri dön

crazyboy

  • 7 yanvar 2012 16:40
  • Məqalə: 5
  • Şərh: 56
  • Bal:
Tesekkur edreim bu xeberi yazana.....":"L:""

--------------------
""__SeNSiZ__SeNdeN__VeFaliDiR__""

gul_93

  • 2 fevral 2011 20:21
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
sag ol love

Ulya

  • 2 fevral 2011 12:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

sevgi_meleyim.

  • 2 fevral 2011 10:54
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Ne xos senin halina Qardas. Allahin Rehmetine qovusdun arzunu, isteyini heyata kecirtdin. Allah sene Rehmet elesin, qebrin nurla dolsun.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

single lady

  • 2 fevral 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 270
  • Bal:
{awards}
Allah rehmet etsin.Sen esl ogul idin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 48
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}