Məşhur müğənni atası ilə yarışdı, tutuldu

 
Məşhur müğənni atası ilə yarışdı, tutuldu


Dünyaca məşhur kanadalı müğənni Castin Biber həbs olunub.

19 yaşlı kanadalı Castin Biber ABŞ-ın Florida ştatındakı Mayami şəhərində Lamborghini avtomobilində polisdən qaçmaq istəyəndə tutulub.

Polisdən verilən məlumata görə, müğənni sükan arxasında narkotik maddə qəbul etmiş vəziyyətdə olub.
O, avtomobilində küçədə yarışa çıxıbmış.

Mayami polisi isə Castin Biberin sükan arxasında sərxoş vəziyyətdə olduğunu bəyan edib.

"Castin Biberin gecə saatlarında şəhər küçələrini yarış trasına döndərməsi barədə bir neçə dəfə məlumat almışdıq. Onu hadisə yerində yaxalamağa çalışırdıq. Dünən buna nail olduq. Castin Biber tutulanda nəşə çəkmiş vəziyyətdə, üstəlik, sərxoş idi", - Mayami polisinin açıqlamasında deyilir.
Son vaxtlar Castin Biber dəfələrlə polisin nəzarətində olub. Yanvarın 20-də onun malikanəsində aparılmış axtarış zamanı narkotik maddələr aşkarlanmışdı.

Biberin qonşusu isə müğənninin onun evinə yumurta atdığıın demişdi.
Braziliya polisi də Castin Biberlə bağlı araşdırmalara başlayıb.


Biber Rio-de-Janeyroda binaların divarlarına qraffitilər çəkərək ictimai əmlaka ziyan vurmaqda suçlanır.
Mayami polisinini rəisi Rey Martinesin dediyinə görə, tutulan anda Castin Biber asayiş keşikçilərinə müqavimət göstərib.

Daily Mail bildirir ki, kanadalı müğənni tutulanda dostu Xəlil Şerif və yeni sevgilisi, model Şantel Ceffris ilə birlikdə olub.
2500 dollar məbləğində zəmanət ödəyəndən sonra Castin Biber məhkəməyə qədər azadlığa buraxılıb.


O da vurğulanır ki, gecə saatlarında Biberin yarışdığı adamlar arasında onun atası, 38 yaşlı Ceremi də varmış.


Geri dön

GuNaY_83

  • 14 fevral 2014 13:02
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
O da vurğulanır ki, gecə saatlarında Biberin yarışdığı adamlar arasında onun atası, 38 yaşlı Ceremi də varmış.

--------------------

SlaDkaya Deliwka

  • 6 fevral 2014 15:24
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

B_L_A_T_N_O_Y

  • 5 fevral 2014 13:14
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}