Şahmar Bayramlı - KİM?!
Getdiyim yollara baxacaq gözün,
Məni düşündükcə bitəcək sözün,
Unutmaq asanmı, silinməz izim
Səni sevdiyimtək kim sevər indi?
Bir gecə röyada qəhr olacaqsan,
Bəlkə də özünü aldadacaqsan.
Hər adım gələndə ağlayacaqsan
Gözünün yaşını kim silər indi?
Bu dünya sevginin qatili oldu,
Sevərək ayrıldıq, bu nə cür sondu,
Bəlkə də təsəlli sonuncu yoldu
Yolları tükəttik, kim bilər indi?
Sən indi boşuna məni gözləmə
Bir filmdi, daha da baxıb izləmə.
Gördüyün o anda məni səsləmə
Sevdiyin ölübdür, kim dinər indi?
Qurudu gözlərdə yağan yağmurlar,
Qanadı, durmadı qəlbdə yaralar.
Kim demiş çarə var, məlhəm tapılar,
Ölüm də bizləri qəbul etməz ki.

Getdiyim yollara baxacaq gözün,
Məni düşündükcə bitəcək sözün,
Unutmaq asanmı, silinməz izim
Səni sevdiyimtək kim sevər indi?
Bir gecə röyada qəhr olacaqsan,
Bəlkə də özünü aldadacaqsan.
Hər adım gələndə ağlayacaqsan
Gözünün yaşını kim silər indi?
Bu dünya sevginin qatili oldu,
Sevərək ayrıldıq, bu nə cür sondu,
Bəlkə də təsəlli sonuncu yoldu
Yolları tükəttik, kim bilər indi?
Sən indi boşuna məni gözləmə
Bir filmdi, daha da baxıb izləmə.
Gördüyün o anda məni səsləmə
Sevdiyin ölübdür, kim dinər indi?
Qurudu gözlərdə yağan yağmurlar,
Qanadı, durmadı qəlbdə yaralar.
Kim demiş çarə var, məlhəm tapılar,
Ölüm də bizləri qəbul etməz ki.
