Qahirədə yaşayan azərbaycanliların həyəcanı

 
Qahirədə yaşayan azərbaycanliların həyəcanı

Rusiya vətəndaşı olan iki azərbaycanl Misirdəki olaylardan danışdı

Misirdə vəziyyət gərgin olaraq qalır. Artıq 2 milyondan artıq insan küçələrə çıxaraq prezident Hüsni Mübarəkin istefa verməsini tələb edirlər. İğtişaşlar, talançılıq, oğurluq və insan ölümü hallarının isə sayı-hesabı yoxdur. Hazırda Misirdə nə qədər azərbaycanlının olduğu barədə XİN araşdırma aparır. Amma məlum olan budur ki, bu ölkədəki 103 azərbaycanlı artıq xüsusi təyyarə ilə Azərbaycana gətirilib.

İnternet vasitəsi ilə əlaqə saxlaya bildiyimiz şəxslərin böyük bir qismi misirlilər olsa da, onların arasında iki Azərbaycan əsilli şəxsi tapa bildik. Hərçənd hər iki azərbaycanlı Rusiya vətəndaşı idi. Lakin buna baxmayaraq, onlardan Misirdəki indiki vəziyyəti öyrənməyə çalışdıq.

Bizimlə söhbət edən Rusiya vətəndaşı olan, əslən azərbaycanlı Rüstəm Qurbanov hazırda Qahirədə olduğunu bildirdi. O qeyd etdi ki, Moskvadakı turizm şirkətlərinin birinin xətti ilə Şarm-əl-Şeyxə gəlib. Orada bir neçə gün qaldıqdan sonra Qahirəyə yola düşüb və bu səfər iştişaşların baş verdiyi bir vaxta təsadüf etdiyindən bir çox halların şahidi olub. «Burada vəziyyət inanılmaz dərəcədə ağırdır. Hər yerdə iğtişaşlar baş verir. Biz üç dost Şarm-əl-Şeyxdən Qahirəyə gəldik. Buradan başqa bir şəhərə getməyi planlaşdırırdıq. Amma vəziyyətin ağırlığından istəyimiz baş tutmadı. Çalışırıq ki, təyyarə taparaq Rusiyaya geri dönək».

Bir neçə gündür aeroportda gözlədiklərini, lakin bilet əldə edə bilmədiklərini deyən R.Qurbanov bildirdi ki, bu vəziyyətin nə qədər davam edəcəyini bilmirlər: «Polislə əhali arasında baş verən toqquşmalarda çoxlu sayda ölənlərin olduğu deyilir. Hər yer nəzarət altındadır. Bütün dükanları, mağazaları, univermaqları talan ediblər. Adicə küçəyə çıxıb yemək üçün nəsə almaq belə, olduqca təhlükəlidir. Çünki Misir polisi azacıq şübhələndiyi təqdirdə atəş aça bilər».

Rüstəm Qurbanov Qahirədə olduqları ikinci gün dostlarının başına gələn hadisənin təfsilatını da bizə danışdı. O dedi ki, Rusiyadan olan dostları çörək və başqa ərzaqlar almaq üçün dükanlardan birinə üz tutublar. «Bu vaxt onlar aksiyaçılarla polis arasında toqquşmanın şahidi olublar. Bir dəqiqə ayaq saxlayıb, baş verənlərə baxmaq istəyiblər. Sonra da dostlarımdan biri üzərindəki fotoapparatı çıxararaq, şəkil çəkmək istəyib. O dəqiqə polisin hədəfinə çevriliblər. Polis onların əlindən fotoapparatı almaq istəyəndə qaçmağa başlayan dostlarım yolu azıblar və gizlənmək üçün yer axtarıblar. Onlara yardım edən bir dükan sahibi bir gün mağazada saxlayıb. Yoxsa, onları ya həbs edəcəkdilər, ya da döyəcəkdilər».

"Dükanlar talan edilib, böyük marketlər dağıdılıb, ərzaqlar çox bahalaşıb"

"Burda heç kimə məhəl qoyulmur, hər an atəş açıla bilər"
Əslən azərbaycanlı, lakin Dağıstanda yaşayan Vaqit Məhəmmədov isə bizimlə söhbətində deyib ki, Misirdə vəziyyətin hər gün ağırlaşması ciddi problemlər yaratmağa başlayıb. Onun sözlərinə görə, hazırda ən böyük problem ərzaqla bağlıdır. «Dükanların çoxu talan edilib. Böyük marketlərin də hamısını dağıdıblar. Yalnız kiçik dükanlarda ərzaq məhsulları tapmaq mümkündür. Onun da qiyməti o qədər bahadır ki, adamın heyrətdən dodağı uçuqlayır. Səbəbi də aydındır. İğtişaşların baş verdiyi, talançılığın total şəkil aldığı bir ölkədə belə də olmalıdır».

Küçəyə xüsusən də gecələr çıxmağın olduqca təhlükəli olduğunu deyən Vaqit bildirir ki, asayişi qorumaq artıq polisin əlində deyil. O qeyd edib ki, təsadüfən mitinqçilərə qarışmaq isə ölüm risqi deməkdir. Çünki polis ayrı-seçkilik etmədən atəş aça bilər. «Burda heç kimə məhəl qoymurlar. Polis qarşısına çıxan hər kəsi döyür. Mümkün qədər qaldığımız yerdən çıxmırıq. Düzdür, bəzi məhəllələrdə əhali özləri gecə növbələri təşkil ediblər. Talançılardan insanların əmlakını qorumaq üçün məcbur olub, özləri belə addım atmalı olublar. Bəzən başqa millətlərin nümayəndələri də onlara qoşularaq, asayişi qorumaqda yardımçı olurlar».


Geri dön

Ulya

  • 2 fevral 2011 17:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol baciw

nilayka

  • 2 fevral 2011 13:10
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur edirem xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 57
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}