Axirət dünyası haqqdır !

 
Axirət dünyası haqqdır !


Bismillahir Rahmanir Rahim
Corc Vaşinqton Universitetinin tibb fakultəsinin mütəxəssisləri ensefaloqram vasitəsilə xərçəng və ya ürək tutmasından klinik ölüm keçirən 7 xəstəndə ölüm məqamında beynin elektrik fəallığını qeydə almışlar. Ölümdən öncəki anlarda xəstələrin hamısında elektrik partlayışı baş verirdi. Onda ağlasığmaz dərəcədə şiddətli elektrik impulslarının partlayışları müşahidə olunurdu.
Bu cür anomal aktivliyi həkimlər klinik ölüm keçirən insanların yaşadığı fantomlarla izah edirlər.
Alimlər bunu belə izah edirlər: “Bütün neyronlar (sinir hüceyrələri) bir elektrik zəncirində birləşib. Oksigen qıtlığı nəticəsində bu hüceyrələr eletkrik potensialını saxlamaq qabiliyyətini itirir və yükünü itirərək, lavinaya bənzər şəkildə elektrik impulsları xaric edir. Bu zaman beyində parlaq işıq, tonnel və s. kimi hallüsinasiyalar yarana bilər. Güclü impulslar müəyyən zaman müddətinə uzunmüddətli yaddaşı da oyada bilər ki, məhz bunun nəticəsində insanın gözü qabağından bütün həyatı ötüb keçir və çoxdan dünyasını dəyişmiş qohumları gözünə görünür. Sanki o dünyadan gəlmiş kimi”. Bütün bu halları klinik ölüm yaşamış insanlar da vəsf edirlər.
Bununla belə təcrübəyə rəhbərlik etmiş Sem Parniam və Piter Fenvikin gözlənilməz bəyanatlar veriblər. Alimlər iddia edirlər ki, insan beynindən xaricdə şüurun varlığı barədə təkzibedilməz dəlillər əldə ediblər.
Mütəxəssislər kardioloji xəstələrin xəstəlik tarixçələrini tədqiq etmişlər. Klinik ölüm yaşamış xəstələrin 56-sı o biri dünyada olduğu müddətdə yaşadıqlarından heç bir şey xatırlamayıb. Lakin 7 nəfərdə klinik ölüm zamanı yaşanan təəssüratlar aydın və dəqiq yadda qalıb. Xəstələrin 4-ü iddia edib ki, onlar rahatlıq və sevinc hissləri keçirib, zaman daha tez axmağa başlayıb və öz bədənini hiss etmə duyğusu itib. Daha sonra parlaq işıq görünüb. Daha sonra isə mələk və ya müqəddəslərə bənzəyən varlıqlar görünməyə başlayıb.
Bütün sorğulananlar iddia edirlər ki, o biri dünyada olublar, sonradan isə reallıq aləminə qayıdıblar.
Klinik ölümdən sağ qalanların tibbi göstəricilərinin tədqiqi göstərdi ki, oksigen çatışmazlığı nəticəsində beynin fəaliyyətdən dayanması iddiaları yanlışdır. Belə ki, klinik ölüm keçirmiş xəstələrin heç birində mərkəzi sinir sistemində oksigenin nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunmayıb. Alimlərin bu kəşfindən öncə hesab olunurdu ki, ölüm anındakı görüntülər məhz beynin yaşadığı oksigen çatışmazlığının nəticəsidir.
“Bizim xəstələr bu qəribə halları o zaman yaşayırdılar ki, beyin artıq fəaliyyət göstərə bilmirdi və hər hansı xatirələri canlandıra bilməzdi”, - deyə Sem Parniam bildirir. “Mən hesab edirəm ki, insan şüuru beyin fəaliyyətinin nəticəsi deyil. Belə olan halda isə şüur öz fəaliyyətini bədənin fiziki ölümündən sonra da davam etdirə bilir”.
“Biz beyni tədqiq edərkən”, - deyə doktor Fenvik həmkarının sözünə əlavə edir, “biz aydın görürük: (beyindəki) boz maddənin hüceyrələri öz quruluşlarına görə, prinsipcə, orqanizmin digər hüceyrələrindən seçilmir. Onlar həm də zülal və digər kimyəvi maddələr sintez edir. Lakin onlar bizim insan şüuru kimi təyin etdiyimiz subyektiv fikirlər və obrazları yaratmağa qabil deyillər.
Alimlərin fikrincə beyin bizə yalnız qəbuledici-çevirici kimi lazımdır. O sanki bir “canlı televizor” rolunu oynayır - əvvəlcə dalğaları qəbul edir, daha sonra isə onları təsvir və səsə çevirir və bunlardan bütöv bir mənzərələr əmələ gəlir.


Fikirləriniz...


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Su Perisi

  • 2 fevral 2011 22:26
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Axirət dünyası haqqdır.

--------------------

Ulya

  • 2 fevral 2011 17:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Jasmin gulu

  • 2 fevral 2011 15:56
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
AXİRETE İNANMAQ COX VACİBDİR. AXİRETE İNANMAYAN İNSAN CAHİLDİR
İnsan öldükdən sonra yaşıl gözlü, vəhşətli Munkər və Nəkir adlı iki mələk gələcək. Mələklərin gəlmə vaxtını Allah və Rəsulundan başqa heç kim bilməz.
Egər yaşadığın müddətdə namaz qılmırdınsa, namaz və ibadətlərə hələ hazır deyiləm deyib imanından şüphən vardısa mələklərin gəlişi səni çox incidəcək. Artıq bir ölüsən, geri qayıtmaq mümkün deyil və vaxtın tamamdır.

İlk sual:
- Rəbbin kim?
Rəbbim Allah (cəllə cəlalühu)

- Nəbin kim?
Məhəmməd (sallallahu aleyhi və səlləm)

- Dinin nə?
Dinim İslam

- Kitabın nə?
İmanım və kitabım Qur'an-ı Kərim

- Qiblən haradır?
Qibləm Kəbbəyi-şərif

- Bacı və qardaşların kim?
-Mömin və möminələr

Mələklər tərəfindən verilən bütün suallara kafirlər cavab verə bilməyib bilmirəm dedikdə səmadan bir səs:
" yalan deyir, ona cəhənnəmdəki yerini hazırlayın və ona cəhənnəmdən bir qapı açın deyilər. Cəhənnəmdən bir qapı açılar və isti atəş küləklə gəlib qabırğalarını bir-birinə keçirər, qəbri ona daralar "

Mömin bacı və qardaşlarımız gəlin birlikdə sevgili peyğəmbərimizin (s.a.s) qəbir əzbından qorunmaq üçün etdiyi duayı oxuyaq

<< Allahım!!! təmbəllikdən, yaşlılıqdan, borçdan və günahdan Sənə sığınıram. Allahım!!! Cəhənnəm əzabından, qəbir əzabından, zənginliyin fitnə və şərrindən, Məsih Dəccalın fitnəsindən Sənə sığınıram. Günahlarımı qar suyu və dolu ilə yu >>
AMiN!

sevgim

  • 2 fevral 2011 15:47
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
olum haqdi.kimise tez kimise gec qovusacaq o olume

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Made_In_Bakinka

  • 2 fevral 2011 15:11
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkur... Allah razi olsun!

nilayka

  • 2 fevral 2011 14:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

--------------------

sevgi_meleyim.

  • 2 fevral 2011 13:48
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Olum haqqdir. dogrudur, amma gerk bizde Axiretimizi Dunyamiza satmayaq. Imam Eli (e) buyurub: " Olume hazir olmadan hec vaxt ozune Olum arzulama." Gerek Axiretine hazirlasan, tedarukunu yigasan. Sonra Olum seni qefleten yaxalayan kimi " Hele olmek istemirem" demeyesen. Xebere gore ise derin tsk.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}