Dəyərli sözlər

 
Dəyərli sözlər



Ariflərdən biri öz şagirdi ilə birlikdə qayıqda gedirdi. Şagird nəsə ağıllı bir söz deyib ustadın xoşuna gəlmək istəyir. Bu məqsədlə xeyli fəkirləşdikdən sonra qayığın dibini göstərib deyir:
- İndi ölümlə aramızda cəmi bir taxta parçası qədər məsafə vardır.
Arif ləngimədən ona cavab verir:
- Bir saat əvvəl quruda gəzdiyimiz zaman heç bu məsafə də yox idi.

****

Harun ər-Rəşidin müasiri olan məşhur arif İbn Səmmak bir gün onun yanına gəlmişdi. Harun var-dövləti, hökuməti ilə fəxr edərək öyünür. Bu zaman içmək üçün onlara su gətirirlər. Harun su qədəhini əlinə götürüb içmək istəyəndə İbn Səmmak soruşur: В«Ey xəlifə, əgər susuzluqdan ölmək halına gəlib çatsan və bir qurtum suyun əvəzində xilafətin yarısını səndən tələb etsələr, verərsənmi?В». Harun bir az fikirləşib cavab verir: В«Bəli, verərəmВ». Xəlifə suyu içəndən sonra İbn Səmmak bu sualı verir: В«Bəs, əgər içdiyin su mədəndə qalsa və çölə çıxmasa, səni müalicə etmək və sudan azad etmək üçün xilafətin o biri yarısını istəsələr, verərsənmi?В». Harun yenə deyir: В«Əlbəttə, verərəmВ». Bu zaman İbn Səmmak söyləyir: В«Sənin xilafətinin qiyməti məlum oldu. Xilafət bir qurtum suyun içilməsi və ifraz olunması qədər dəyərə malikdir. Əgər belədirsə, onun uğrunda bu qədər hərislik göstərməyə dəyərmi?!В».

****

Nəsrəddin Tusi Elxanilərin vəziri olduğu zaman bir gün məşhur təfsirçi Qazi Beyzavi onun yaşadığı şəhərə qonaq gəlir. Görüşdən sonra Xacə Tusi Qazini yola salmağa çıxır. Qazi atına minmək istəyəndə Tusi onun atının üzəngisini tutub minməsinə kömək edir. Camaat bu hərəkətin səbəbini soruşanda alim belə cavab verir: В«İnsan bəzən öz təkəbbürünü məhv edib, mənəmliyini sındıran əməllər etməlidir. Mən də neçə vaxt idi ki, təkəbbürümü sındırmaq istəyirdim. Ətrafa baxıb bu iş üçün Qazi Beyzavini ən layiqli gördümВ».

****

Bir gün Abbasi xəlifəsi Mənsur Dəvaniqi öz vəziri Rəbi ibn Yunisə deyir: В«Əgər ölüm olmasaydı, dünya nə qədər gözəl olardı!В». Rəbi etiraz edib söyləyir: В«Elə dünyanın bütün xeyri-mənfəəti ölümdədirВ». Xəlifə heyrətlə soruşur: В«Nə danışırsan?В». Vəzir belə izah edir: В«Əgər ölüm olmasaydı, sən bu gün xəlifə olmazdın. (Yəni səndən əvvəlki xəlifə ölməsəydi, hakimiyyət sənə yetişməzdi)В».

****

Məşhur müsəlman alimi Şeyx Abbas Qummi Nəcəfdə təhsil alıb vətəninə qayıtdıqdan sonra bir kitab yazır, amma təvazökarlığından kitabda öz adını qeyd etmir. Kitab nəşr olunduqdan sonra Şeyx Abbasın yaşadığı şəhərdə də camaat tərəfindən oxunmağa başlayır. Məşhur vaizlərdən biri hər gün zöhr namazından əvvəl həmin kitabdan camaat üçün oxuyurmuş. Şeyxin atası da moizələrin daimi dinləyicilərindən imiş.
Bir gün Şeyx Abbasın atası namazdan sonra evə gəlib oğluna deyir: В«Oğlum, arzum budur, kaş sən də çoxlu elm oxuyub minbərə çıxaydın, bu gün mollanın oxuduğu kitabı minbər üstündən camaata oxuyaydın, mən də baxıb səninlə fəxr edəydimВ». Şeyx Abbas Qumminin təvazökarlığı o qədər idi ki, atasının bu sözündən sonra da kitabın müəllifinin özü olduğunu söyləmir.

****

Ömər ibn Xəttab axşamlar geyimini dəyişib şəhər içinə çıxır və camaatın evdə nə etməsi ilə maraqlanırdı. Bir axşam o, süd satan bir qadının evinin qapısına gəlir. Qadın öz qızı ilə səhər satmağa aparacağı südü hazırlayırdı. Ömər eşidir ki, ana qızına deyir: В«Gəl südə bir az su qataq ki, çox olsun!В». Qız cavab verir: В«Axı, xəlifə bunu qadağan edib!В». Ana: В«Gecənin bu aləmində xəlifənin bizdən nə xəbəri var?В». Qız etiraz edir: В«Əgər xəlifə görmürsə, Allah görür!В».
Bu sözlər Ömərin elə xoşuna gəlir ki, oğlu Asimi həmin qızla evləndirir. Ədaləti ilə tanınmış Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz də onların qız nəvəsidir.

****

Məşhur sufi Şibli Bağdadda sufiliyi özünəməxsus üslubda, Mənsur Həllac sayağı rəmzli ibarələrlə təbliğ edirdi. Təriqət şeyxi Cüneyd Bağdadi bir dəfə Şibli üçün belə xəbər göndərir: В«Bizim gizli məclislərdə dediyimiz sözləri sən açıq-aşkar şəkildə, küçədə-bazarda faş edirsənВ». Şibli də ona belə xəbər yollayır: В«Bu sözləri özüm deyib, özüm də eşidirəm. Məgər məndən savayı bu dünyada bir kimsə varmı ki, məni eşitsin?!В». Cüneyd bu sözdən sonra Şiblinin fəna mərtəbəsinə çatdığını bilib, ona belə cavab verir: В«Əgər həqiqətən dediyin kimidirsə, onda sənin icazən varВ».

****

Kərbəla müsibətindən bir az sonra kufəlilərin bir dəstəsi Abdullah ibn Ömərin yanına gəlib ondan soruşurlar: В«Ağcaqanadı öldürmək günahdırmı? Əgər bir nəfər bədəninə qonmuş ağcaqanadı öldürsə, ondan çıxan qan pak sayılar, ya murdar?В»
Abdullah ibn Ömər onların cavabında qəzəblə söyləyir: В«Vay olsun sizə! Peyğəmbər nəvəsinin qanını tökəndə bunun günah olub-olmadığını heç düşünmədiniz. İndi ağcaqanad qanının hökmü ilə maraqlanırsınız!В».

****

Bişr Hafinin təsəvvuf yoluna necə qədəm qoyması barədə yazırlar:
Bir gün yol gedərkən, üstündə В«bismillahВ» yazılmış kağızın yerə düşdüyünü görüb qaldırır. Dükandan bahalı ətir alıb kağıza səpir, sonra kağızı əl-ayaqdan uzaq, hündür bir hasarın üstünə qoyur. Həmin gün yuxuda qeyb aləmindən səs eşidir: В«Ey Bişr, sən Mənim adımı ətirlədin. Mən də sənin adını dünyada və axirətdə şərəfli edəcəyəmВ».

****

Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır. Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir: В«Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşübВ». Mir Damad Şaha belə cavab verir: В«Şeyx Bəhaidə günah yoxdur. Onun atı, belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhai bizdən irəli keçibВ». Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: В«Mir Damadı görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib, bizdən arxaya qalıbВ». Şeyx Bəhai isə belə cavab verir: В«Şah sağ olsun, Mir Damadın mindiyi at, onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalırВ». Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür.

****

Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir. Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir. Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb, əmirə belə xəbər yollayır: В«Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm. Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdıВ».

****

Bir nəfər Həzrəti Muhəmməd Peyğəmbərin (s) yanına gəlib soruşur: В«Mən niyə ölümdən qorxuram?В». Peyğəmbər xəbər alır: В«Var-dövlətin varmı?В». O adam cavab verir: В«Bəli, varВ». Peyğəmbər yenə soruşur: В«Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)В». Adam В«XeyrВ» deyə cavab verir. Peyğəmbər belə buyurur: В«Bax, elə buna görə də ölümdən qorxursan!В»

****

Məhəmməd Haşimi adlı bir nəfər belə rəvayət edir: Qurban bayramı günü anamın yanına gedib gördüm ki, köhnə əyin-başlı bir qarı ilə söhbət edir. Anam onu mənə göstərib dedi: В«Bilirsənmi bu, kimdir? Bu, Cəfər Bərməkinin anasıdırВ». Mən qarını dindirdim, xeyli söhbət etdik. Soruşdum: В«Bu dünyanın qəribə işlərindən yadında nə qalıb?В». Cavab verdi: В«Oğlum, vaxt var idi ki, elə bu Qurban bayramı günündə 400 kəniz mənə xidmət edirdi. Mən isə onların azlığından hey şikayət edib deyirdim ki, oğlum Cəfər mənə yaxşı baxmır. Yenə Qurban bayramı günüdür. Amma indi iki qoyun dərisinin arzusundayam ki, yatanda birini döşək kimi altıma sərim, o birini yorğan əvəzinə üstümə çəkimВ».

****

Həzrəti Əli (ə) Cəməl savaşında Həsənlə (ə) Hüseyni (ə) döyüşə buraxmır. Çünki onlara xətər toxunacağından və imamət nəslinin kəsiləcəyindən ehtiyat edirdi. İmam bayrağı o biri oğlu Muhəmməd ibn Hənəfiyyəyə verib, onu döyüşün ön cəbhəsinə göndərir. Münafiqlər fürsəti qənimət bilib, Muhəmmədə belə deyirlər: В«Görürsənmi, atan səni sevmir. O biri iki oğlunu qoruyur, səni isə ölümün ağzına atırВ».
Muhəmməd fitnəkarlara belə cavab verir: В«Həsənlə Hüseyn atamın iki gözüdür, mən isə vuran qoluyam. İnsanın gözlərinə təhlükə gələndə, əlini qabağa verib gözlərini qoruyar. Ona görə atam məni döyüşə yollayıb ki, onun iki gözünü qoruyumВ».

****

Məşhur sufilərdən biri deyirmiş: В«30 ildir, bircə kəlmə В«Əlhəmdu lillahВ» dediyimə görə tövbə edirəmВ». Təəccüblə soruşurlar ki, məgər insan Allaha həmd etdiyinə görə tövbə edərmi? Sufi cavab verir: В«30 il bundan əvvəl ticarətlə məşğul olurdum, dükanım vardı. Bir gün bazarda yanğın baş verdi. Tez bazara qaçıb gördüm ki, yanğın mənim dükanım olan yerə gəlib çatmayıb. Sevinib В«Əlhəmdu lillahВ» dedim. Sonralar öz-özümə dedim ki, nə olsun mənə ziyan dəyməyib? Əgər yanğın mənə zərər vurmayıbsa, başqalarına ki vurub! Mən özümü sair müsəlmanlardan ayırmamalı və onların dərdinə laqeyd qalmamalıydım. Bax, buna görə həmin həmdin tövbəsini edirəmВ».

****

Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan öz sarayında, pəncərənin qabağında can verirdi. Sarayın qabağından axan çayın sahilində bir paltaryuyan muzdla camaatın paltarlarını yuya-yuya zümzümə edirdi. Əbdülməlik paltaryuyanın qayğısız halını görüb həsədlə deyir: В«Kaş, mən xəlifə yox, paltaryuyan olaydımВ». Xəlifənin sözlərini o dövrün məşhur ariflərindən olan İbn Hazimə çatdırırlar. İbn Hazim söyləyir: В«Allaha həmd olsun ki, biz (rəiyyət) öləndə onların (xəlifələrin) yerində olmağı arzu etmirik, onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlərВ».

****

Bir gün məşhur alimlər Molla Feyz Kaşani ilə Molla Xəlil Qəzvininin arasında elmi mübahisə düşür. İki alimin fikri toqquşur, hər biri öz nəzəriyyəsini isbat etmək üçün dəlillər gətirir. Axırda Qəzvini Feyz Kaşanini öz fikrindən dönməyə və onun nəzəriyyəsini təsdiqləməyə məcbur edir. Bununla mübahisə sona çatır və tərəflər ayrılıb hər biri öz şəhərinə yola düşür (Feyz Kaşanda, Molla Xəlil isə Qəzvində yaşayırmış).
Bir neçə gün keçdikdən sonra Molla Xəlil Qəzvini bir daha araşdırma aparıb bu nəticəyə gəlir ki, həmin mübahisədə Feyz Kaşaninin dedikləri doğru imiş.
Qəzvini öz nəzəriyyəsinin səhv olduğunu anlayıb, payi-piyadə Kaşana gəlir.
Molla Feyz onu səmimi qarşılayır. Qəzvini apardığı araşdırmanın nəticəsini Feyzə bildirib üzr istəyir və səhv etdiyini etiraf edir. Bundan dərhal sonra Molla Xəlil, Feyzin evini tərk edib Qəzvinə doğru qayıdır. Feyz Kaşani ona qonaq olmağı və dincəlməyi təklif etsə də, Qəzvini razı olmayıb söyləyir: В«Mən bura dincəlməyə görə yox, səndən üzr istəməyə görə gəlmişəm. Əgər indi başqa məqsədlə sənin evində qalsam, həmin niyyətim pozulmuş olacaqВ».

****

Rəvayət edirlər ki, bir gün Həzrəti Muhəmməd Peyğəmbər (s) qoyun kəsdirib ətini müsəlmanlara paylayır. Əti payladıqdan sonra zövcəsi Həzrəti Aişədən soruşur:

- Qoyunun ətindən nə qaldı?
Aişə cavab verir:
- Bircə kürək hissəsi qalıb.
- Peyğəmbər onun sözünə düzəliş verib buyurur:
- De ki, bircə kürək hissəsindən savayı, bütün cəmdək bizə qaldı!
(Peyğəmbər bununla demək istəyirdi ki, onlara qalan ən böyük qazanc – payladıqları ətin savabıdır).


Geri dön

only-girl

  • 13 fevral 2011 11:25
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
twwk

--------------------

love__yoou

  • 2 fevral 2011 20:44
  • Məqalə: 0
  • Şərh: 245
  • Bal:
{awards}
axira qeder oxumadim, hoselem yoxdu(( twk, oxuduqum qederide maraqlidii))

Ulya

  • 2 fevral 2011 18:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super sozlerdi winked

Lindo

  • 2 fevral 2011 17:43
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

nilayka

  • 2 fevral 2011 17:33
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox beyendim super movzudur muellife tewekkur winked

--------------------

Jasmin gulu

  • 2 fevral 2011 17:27
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
Bir zamanlar alim şəxslərdən biri, bir çay kənarında namaza durmuş...Məcnun tam o sırada alim şəxsin qarşısından keçmiş...Adam əsəblə namazını pozaraq:

- Ay kafir görmürsənmi ki, namaza dururam, niyə önümdən keçirsən? - deyər

Məcnunun cavabı isə maraqlıdır:

"Mən Leylinin eşqindən sənin namaz qıldığını görməzkən,sən tanrının eşqiylə namaz qılarkən məni necə gördün...?"


BeAuTy_LaDy

  • 2 fevral 2011 17:10
  • Məqalə: 9
  • Şərh: 621
  • Bal:
{awards}
Tewekkurler cox maraqli idi.... Bele xeber cox olsa yaxwi olar

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

,,kepenek,,

  • 2 fevral 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
tesekkur

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 51
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}