Xəbərin yoxdu sənin

 
Xəbərin yoxdu sənin



Baba Pünhan
Xəbərin yoxdu sənin

Dağılır cisimdə bu can, xəbərin
yoxdu sənin,
Sağılır Azərbaycan, xəbərin yoxdu
sənin.

Gəmirir gömrüyü gömrükçü,
köpüp kömbələnib,
Gənədir, gendən içir qan, xəbərin
yoxdu sənin.


Elimiz bir, gölümüz bir, Əlimiz
birdi fəqət,
Tutur əl o, "Axber"inə, xəbərin
yoxdu sənin.

Neçə rüşvətxoru məzun edir, hər
il Bakıya,
Polisin yurdu Mərdəkan, xəbərin
yoxdu sənin.


Nə təqaüd, nə maaş yetməyir heç
duz-çörəyə,
Kasıbın göz yaşı ümman, xəbərin
yoxdu sənin.

Bu elin çox kədərindən, xəbərin
var-bilirəm,
Çatmayır, on dənə "şirvan",
xəbərin yoxdu sənin.


Bakıya dolmaq üçün, dava əcəb
fürsət imiş,
Bakının torpağı ehsan, xəbərin
yoxdu sənin.

Kimi hində, kimi tində oturub,
daldalanıb,
Saralib Çində bir insan, xəbərin
yoxdu sənin.


Halala qatma haram, kimsə bunu
görməsə də,
Qeyd edir dəftərə Pünhan,
xəbərin yoxdu sənin.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}