Soyuducudakı qartopu

 
Soyuducudakı qartopu


Qapını açıb içəri girdi. Qaranlıq idi. Əlini uzadıb işığı yandırmaq istədi.

— İşıqlar sönüb-yan otaqdan anasının səsi gəldi.


Otaq dəhlizə nisbətən işıqlı idi. Yorğun halda divanda oturdu. Birdən yadına nə düşdüsə, hövlank ayağa qalxıb mətbəxə cumdu. Soyuducunu açıb buzluğa baxdı. Gördüyü mənzərə qarşısında bütün bədəni süst düşdü. Anası yaxınlaşıb qorxa-qorxa buzluğa boylandı.

— Bağışla qızım, mən tamam unutmuşdum onu. Bir də bütün binada işıqlar sönüb, heç aparıb qonşunun da soyuducusuna qoya bilməzdim.

O heç nə eşitmirdi sanki. Barmaqlarının ucu ilə suya dönmüş qartopusuna baxırdı. Səssiz ağlayırdı…

Çoxdandır sevirdi onu. Onu ürəyinə möhürləmişdi, boğazına kilidləmişdi. Eləcə səssiz-səmirsiz sevirdi. Cəsarəti çatmırdı deməyə-onu birdəfəlik itirməkdən qorxurdu. O, qıza heç vaxt ümid verməmişdi. Təkcə həmin gündən başqa. Qar yağmışdı. Gənclər həyətdə qartopu oynayıb zarafatlaşırdılar. O da həyətdə idi. Bir dəfə də olsun qıza qartopu atmadı. Harasa getdi, sonra yenə qayıtdı. Hamı yorulub evinə gedəndə isə əlində tutduğu qartopunu qıza uzadıb dedi:

— Sənə indiyə kimi qartopu hədiyyə eləyən olub?


Qız başı ilə “yox” dedi.

— Onda al, mən sənə hədiyyə eləyirəm.


Sonra gülərək uzaqlaşdı. Və gediş o gediş oldu. Bir daha onu görmədi. Qartopunu aylarla soyuducuda saxladı. Həmişə işdən gələn kimi buzluğu açıb barmaqları ilə buza dönmüş qartopunu sığalladı. Barmaqlarından ürəyinə buz kimi nisgil süzüldü. Bir gün qayıdar deyə ümid elədi. O isə gəlmədi...

Ayağa qalxıb qab götürdü. Ərimiş qartopunun suyunu yığıb saxlamaq istəyirdi. Sevimli oyuncağını itirmiş uşaq kimi ağlayırdı. Əriyən təkcə qartopu yox, onun sonuncu təsəllisi idi.

Birdən əlinə kiçik şüşə qab toxundu. İçində kağız vardı. Gözləri təəccübdən böyüdü. Əlləri titrədi. Əlindəki qabla şüşəni qırdı. Kağızı götürüb oxudu.

Əgər bu qartopunu həyətə tullamayıbsansa, deməli onu evdə bir qabın içinə qoyubsan. Və əgər zərrə qədər də olsun dəyər verirsənsə, əriyəndən sonra qarın suyuna təbəssümlə baxıb məni xatırlayacaqsan. Onda bu məktubu görəcəksən. Bil ki, səni dəli kimi sevirəm. Mənə heç vaxt ümid vermədin. İtirməkdən qorxduğum üçün mən də dilə gətirə bilmədim hisslərimi. Daha dözə bilmirəm. Sabah gedirəm. Sənin cavabını gözləyəcəm. Əgər gəlsən, biləcəm ki, sevirsən. Gəlməsən, ya məktubu görmədən qartopunu həyətə tulladın, ya da məktubu oxuyub susdun. İksi də eynidir mənim üçün-məni sevmirsən. Səni gözləyəcəm. Gəlməsən, daha burda qalan deyiləm, çıxıb gedəcəm başqa yerə. Sevirəm səni…

Məktubu dodaqlarına sıxıb yana-yana ağladı. Üç ildir sirdaşı olan soyuducu təkcə qartopunu yox, onun bütün ümidini dondurmuşdu


Geri dön

B_L_A_T_N_O_Y

  • 4 fevral 2014 03:00
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
tesekkurler

Qaranliqda_tek

  • 3 fevral 2014 10:52
  • Məqalə: 31
  • Şərh: 2527
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

Milyonerkaa

  • 2 fevral 2014 18:53
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
teshekkurler)))

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

sonzeng2015

  • 2 fevral 2014 17:33
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
maraqli geldi ele adindan oxuyacam tesekkurler

Melek Aliyeva

  • 2 fevral 2014 16:26
  • Məqalə: 0
  • Şərh: 1294
  • Bal:
{awards}
меqale ucun tesekkurler

Qaska_Quli

  • 2 fevral 2014 16:20
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
sagolunnnnnnnnnnnnnn

--------------------

aska rico

  • 2 fevral 2014 16:08
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

Aydan95

  • 2 fevral 2014 15:22
  • Məqalə: 39
  • Şərh: 2819
  • Bal:
{awards}
Məktubu dodaqlarına sıxıb yana-yana ağladı. Üç ildir sirdaşı olan soyuducu təkcə qartopunu yox, onun bütün ümidini dondurmuşdu

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 2 fevral 2014 14:27
  • Məqalə: 694
  • Şərh: 18829
  • Bal:
{awards}
Meqaleye gore cox sagol=)

ღ★Damla★ღ

  • 2 fevral 2014 14:05
  • Məqalə: 213
  • Şərh: 3896
  • Bal:
{awards}
Oxuyacam Atdim Secilmiwlere winked

melek_19

  • 2 fevral 2014 13:49
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Roya_____

  • 2 fevral 2014 13:42
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurler )

GuNaY_83

  • 2 fevral 2014 13:40
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
cox sag ol.... what

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 158
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 87
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}