Soçidə Azərbaycanı kim təmsil edəcək?

 
Soçidə Azərbaycanı kim təmsil edəcək?

Azərbaycan nümayəndə heyəti 7-23 fevral 2014-cü il tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Olimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, oyunlarda Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. İdman nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.

90-dan artıq ölkənin iştirak edəcəyi olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.

Açılış mərasimi 7 fevral tarixində keçiriləcək. Azərbaycan bayrağını Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev aparacaq.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycan Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında iki nəfər idmançı ilə təmsil olunmuşdu.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 1924-cü ildən etibarən hər 4 ildən bir keçirilir.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}