Uşağa əl qaldirmaq düzgündürmü?

 
Uşağa əl qaldirmaq düzgündürmü?

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insane sərbəst düşünə bilməli, hər vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:
Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.
Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu döyülərək öyrənməsi onu utandırır və sarsıdır.
Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.
Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

Bəzi hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa aşağıdakı qeydləri nəzərə alsınlar:
Deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşağı vurmağın gərəyi də, faydası da yoxdur.
Sözlə anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa - üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu ana-ataya deyil, zülümkara yaraşır.

Uşağı döyməyin əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi əl atmaq olar:
Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;
Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq).


Yenə də, əsas qaydamızı təkrarlayaq:
Əlinizdən gəldiyi qədər uşağı döyməkdən uzaq olmağa, söz başa düşən yaşda sözlə izah etməyə, döyməyi faydası olduğu zaman seçməyə, əsəb və gərginlik keçirdikdə fiziki gücü qəti tədbiq etməməyə çalışın.

İndi çoxumuz üçün lazim olmasa belə gələcəkdə hər birimizə lazim olacag bu məsləhətlər... Unutmayin ki uşaglarin da hüququ və haqqlari var... Uşği döymək olmaz !
Uşağa əl qaldirmaq düzgündürmü?


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}