Xanım Zeynəb (ə.s)

 
Xanım Zeynəb (ə.s)


Zeynəb onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb, babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin.

Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

"Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəfə, bu tərəfə düşürdüm. Sonda, məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma, külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra, bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım”.
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb, buyurdu:
"Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

Çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki, bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma, bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə İslamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.

Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və İmam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur.
O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-Beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib, dözür və sanki, daha böyük müsibətlərə hazırlaşırdı.

O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub, haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, 25 il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı.
Çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-Beyti məhv etmək üçün plan cızıb, həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.

Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: "Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm”.

Zeynəb onun səbrindən ilham alıb, fədakarlıq dərsini öyrənirdi. Öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb, şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.
Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: "Ədalət və düzlük imamı İmam Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir”.

Kufə şiələri nigaran halda özlərini imama çatdırıb, halını bilmək istəyirdilər. Zeynəb isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.
O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma, onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, həzrətin dostlarını əldən salan bu hadisə, gör, Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi...

Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə çox ağırdır. O, babası Peyğəmbərin ölümü və anası Fatimənin şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməli idi. O isə, bu atanın məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.

Zeynəb bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən, necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq, təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!

Bu arada daha bir məqamı qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə yas saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.

Xanım Zeynəb (ə.s)


Geri dön

Totuww

  • 4 fevral 2014 10:59
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
Allahi_Unutma,

--------------------
totuwwwww ayten

B_L_A_T_N_O_Y

  • 4 fevral 2014 02:59
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
tesekkurler

Roya_____

  • 3 fevral 2014 14:42
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Qaranliqda_tek

  • 3 fevral 2014 10:50
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

zehra1995

  • 3 fevral 2014 00:29
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Allah razi olsun elerinize sagliq ela meqaledir

Allah razi olsun ela meqaledir

Milyonerka

  • 2 fevral 2014 18:52
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

AYKA ŞOKOLADKA

  • 2 fevral 2014 16:52
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}
TewekkurleR

--------------------

Melek Aliyeva

  • 2 fevral 2014 16:25
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
меqale ucun tesekkurler

Qaska_Quli

  • 2 fevral 2014 16:19
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
sagolunnn ALLAH razi olsunn

--------------------

prosta barbi

  • 2 fevral 2014 16:07
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

aska rico

  • 2 fevral 2014 16:07
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

Allahi_Unutma

  • 2 fevral 2014 15:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb, buyurdu:
"Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

Aydan95

  • 2 fevral 2014 15:21
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
Allah Razi olsun.........

Nazlim_97_

  • 2 fevral 2014 14:39
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Meqaleye gore cox sagol=)

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 fevral 2014 14:25
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqaleye gore cox sagol=)

melek_19

  • 2 fevral 2014 13:52
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Roya_____

  • 2 fevral 2014 13:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah Razı Olsun

GuNaY_83

  • 2 fevral 2014 13:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TewekkurleR...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}