2011-2015-ci illər zəlzələlərin aktiv dövrüdür?

 
2011-2015-ci illər zəlzələlərin aktiv dövrüdür?


Professor Elçin Xəlilov bu il təbii fəlakətlərin ötən illə müqayisədə iki dəfə ağır və çox olacağını deyir. Digər ekspertlər isə hesab edir ki, zəlzələləri dəqiq proqnozlaşdırmaq mümkün deyil.

GEOCHANGE beynəlxalq komitəsi Yerin geoloji mühitində bəşəriyyət üçün təhlükəli dəyişikliklər barədə ilk məruzəsini və xüsusi müraciətini 80-dən artıq dövlət başçısına yollayıb.

Tanınmış azərbaycanlı alim, Geoloji Mühitin Qlobal Dəyişiklikləri ilə bağlı Beynəlxalq Komitənin (GEOCHANGE) və Qlobal Zəlzələlərin Proqnozlaşdırılması Şəbəkəsinin (GNFE) rəhbəri, professor Elçin Xəlilov Türkiyənin "Milliyyət" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Türkiyə və bu ölkə ilə həmsərhəd dövlətlərdə, o cümlədən Azərbaycanda yüksək zəlzələ riski var.
Onun dediyinə görə, 2011-2015-ci illərdə Türkiyənin İstanbul, İzmir, İzmit və s. şəhərlərində gücü Rixter şkalası ilə 6,5 baldan artıq gücdə zəlzələ riski mövcuddur.
Riskin ən yüksək səviyyəsi isə 2013-2014-cü illərdə olacaq.

Türkiyəni ağır zəlzələlər gözləyir

E.Xəlilov hazırladığı "Atropatena Crystal" adlı zəlzələ proqnozlaşdırması stansiyasından hazırda bir çox ölkələrdə istifadə olunduğunu vurğulayıb.
Həmin qurğu vasitəsilə son illər bir neçə zəlzələ əvvəlcədən proqnozlaşdırılıb ki, onların arasında bu il yanvarın 18-də Pakistanda yaşanan və maqnitudası Rixter şkalası ilə 7,2 bal olan zəlzələ də var.
"Türkiyədə zəlzələləri effektiv proqnozlaşdırmaq üçün ölkə ərazisində GNFE qlobal şəbəkəsinə daxil olan 5 stansiyanın yerləşdirilməsinə ehtiyac var", - E.Xəlilov deyib.
"2013-2014-cü illərdə Türkiyədə Şimali Anadolu tektonik-seysmik sınma xəttində 4, Egey dənizi sahillərində 1, Şərqi Anadolu tektonik xətti üzərində isə 1 zəlzələ baş verə bilər. Həmin zəlzələlərin maqnitudası 6,5 bal ola bğilər. Alimlər zəlzələlərlə bağlı proqnozlarını 30-40 illik müddətə şamil edərək konkret məsuliyyətdən yayınmağa çalışırlar. Halbuki dünyanın nüvəsində çox yuksək miqdarda enerji yığılıb. Həmin enerjinin çölə çıxması 2015-ci ilədək davam edəcək. 1998-ci ildə başlanmış həmin dövr zəlzələlər dönəmi olacaq", - Elçin Xəlilov söyləyib.

Azərbaycanlı professorun sözlərinə görə, hazırladığı "Atropatena Crystal" adlı cihaz sayəsində zəlzələləri 3-10 gün əvvəl proqnozlaşdırmaq mümkündür: "Cihaz seysmik yox, tektonik dalğaları ölçür. Zəlzələdən əvvəl tektonik dalğalar yayılır və cihazımız da həmin dalğaları aşkarlayır. Zəlzələnin yerini və gücünü müəyyənləşdirmək üçün qlobal şəbəkənin qurulması, müxtəlif ölkələrdə stansiyaların yerləşdirilməsinə ehtiyac var".

Ekspertlər nə deyir?

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun əməkdaşları T.Əliyev Q.Quliyev, F.Paşayev və A.Sadıqovun birgə apardıqları tədqiqat nəticəsində hazırlanmış hesabat da zəlzələlərin və yer təkanlarının əvvəlcədən proqnozlaşdırılmasına həsr olunub.
Azərbaycanlı alimlər E.Xəlilovun proqnozlaşdırma qurğusundan fərqli olaraq, anomal seysmik proseslərin monitorinq sistemi və zəlzələlərin qeydiyyatının aparılması üçün standart seysmik stansiyalardan yararlanmağı təklif edirlər.
Daha konkret olsaq, Kibernetika İnstitutunun alimləri konservasiya edilmiş, hazırda istismar olunmayan neft quyularında quraşdırılacaq xüsusit vibroakustik ölçmə cihazları vasitəsilə yerin dərin laylarından alınan təkan və yerdəyişmələrlə bağlı məlumatların təhlilini təklif edirlər.
"Zəlzələlərin əvvəlcədən proqnozlaşdırılması üçün seysmik, geofiziki və hidrodinamik "xəbərləyici"lərdən tutmuş, geokimyəvi dəyişikliklərə qədər müxtəlif ünsürlərdən yararlanmaq gərəkdir. Ona görə yalnız tektonik dalğalardan istifadə etmək o qədər də məqsədəuyğun deyil.
Ən azı ona görə ki, zəlzələlərin baş verəcəyi ehtimal edilən bölgələrin seysmik rayonlaşdırılması, gələcək zəlzələnin episentrinin yaxınlğında maqnituda gücü, iri seysmoaktvi xətt boyunca zəlzələ ocaqlarının miqrasiyası, yerin dərin qatlarında aseysmik sürüşmələr və s. amillərn mütləq şəkildə nəzərə alınmalıdır. Lakin bütün bunlara rəğmən, zəlzələlər və onların baş verəcəyi barədə əvvəlcədən xəbər verə biləcək ünsürlər arasında dəqiq asılılıqlar hələlik müəyyənləşdirilməyib", - hesabatda deyilir.

Rusiya Elmlər Akademiyasının Otto Şmidt adına Yer Fizikası İnstitunun direktor müavini Yevgeni Roqojin isə Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, zəlzələlərin əvvəlcədən dəqiq və konkret şəkildə proqnozlaşdırılması indi bütün dünya alimlərinin arzuladığı bir məqamdır.
"Proqnoz təhlükəsi baxımından diqqətdə saxladığımız bir neçə region var. Onlar Şimali Qafqaz, Baykal zonası və Uzaq Şərq regionudur. Zəlzələlərin proqnozlaşdırılmasına gəldikdə isə, konkret nə isə deməyə çətinlik çəkirəm. Biz yalnız fikirlərimizi və təxminlərimizim bildirə bilərik. Yaxın illər ərzində harada, hansı gücdə zəlzələlərin baş verəcəyini söyləmək asan deyil və mən belə proqnozlara şübhə ilə yanaşıram", - Y.Roqojin söylədi.

Bu il fəlakətlər dövrü olacaq?

Professor Elçin Xəlilov hesab edir ki, 2011-ci ildə də bəşəriyyəti qlobal kataklizmlər gözləyir.
O, "Geochange Juornal"a verdiyi müsahibəsində deyib:

"2010-cu ili daşqın və sellər ili adlandıra biləriksə, 2011-ci ildə güclü zəlzələlər və vulkan püskürmələri olacaq. Bununla yanaşı, daşqınlar, qasırğa və tufanlar, habelə fırtınalar və tornadolar olacaq. Bu il bütün dünya miqyasında yüksək seysmik və vulkanik fəallıq müşahidə olunacaq. Ötən illə müqayisədə, təbii kataklizm və fəlakətlərin sayı iki dəfə artacaq. Bu isə o deməkdir ki, 2011-ci ildə dünya növbəti qlobal maliyyə böhranının ilkin təzahürləri ilə qarşılaşacaq. Həmin böhranın fəlakətli nəticələri isə 2007-ci ildə başlanan və indi də davam edən böhrandan qat-qat ağır ola bilər".


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:48
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 27 may 2011 15:16
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Tşk xəbərər görə Allah özu qorusun bütün fəlakətlərdən butun pis işlərdən Amın

--------------------

ayten_asefkizi

  • 13 mart 2011 22:39
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Allah,Azerbaycani butun tebii felaketlerden qorusun,allah bizler hifz elesin.Amin. no

Allah,Azerbaycani butun tebii felaketlerden qorusun,allah bizler hifz elesin.Amin. no

only-girl

  • 13 fevral 2011 11:20
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twwk

--------------------

SENSIZEM210

  • 12 fevral 2011 19:04
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
MELUMATA GÖRE TWKLER...

Ulya

  • 3 fevral 2011 13:38
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
melumata gore tesekkur edirem

BeAuTy_LaDy

  • 2 fevral 2011 21:32
  • Məqalə: 9
  • Şərh: 618
  • Bal:
{awards}
Tewekkur etrafli xebere gore.... Allah komeyimiz olsun!

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

nilayka

  • 2 fevral 2011 21:18
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
xeber gore cox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}