Cənnətdən gələn Adam

 
Cənnətdən gələn Adam


Allaha və axirət gününə inanmayan adamın yanında axirətdən - cənnətdən və
cəhənnəmdən söz açdıqda həmin adam dərhal
belə bir sual verir: "Cənnəti və cəhənnəmi
görüb oradan qayıdan var
?" Ona cavab olaraq
deyirik: "Cənnəti görüb bir müddət yaşayıb
qayıdan insan vardır. Bu, bütün bəşəriyyətin əcdadı, ilk insan Adəm peyğəmbərdir
". 1400 il
bundan əvvəl Muhəmməd peyğəmbərə nazil
edilən Qurani-Kərimdə bəşəriyyətin yaranması
haqqında ən doğru xəbər verilir. Gəlin birlikdə
bu qədim tarixin səhifələrinə nəzər salaq.
Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyir. O,
mələklərinə xitab edərək belə deyir: “Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, - Uca Allah Adəmi və onun zürriyyətini yaratması
haqda öyünmək üçün əvvəlcədən onlara
xəbər verir. Mələklər isə bu yaradılışın
hikmətini bilmək üçün: onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər. Deyilənə görə mələklər Adəmdən əvvəl
yaradılmış cinlərdən bu cür pis əməlləri
gördükləri üçün yer üzərində yaradılanların çox
vaxt eyni xüsusiyyətə sahib olduqlarını
düşündülər. Amma Uca Allah bunların
yaradılmasında mələklərin bilmədiyi xeyirli məqsədləri bildiyini, bunların arasında
peyğəmbərlər, elçilər, sadiqlər, şəhidllər və
əməlisalehlərin olacağını nəzərdə tutaraq: O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!" (əl-Bəqərə, 30). Adəmin yaradılması Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir:
“Günəşin üzərinə doğduğu ən xeyirli gün
Cümə günüdür. O gün Adəm yaradılmış, o gün
yer üzünə endirilmiş, o gün tövbəsi qəbul
edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü
də o gün qopacaqdır...” Peyğəmbər demişdir: “Allah Adəmi boyu altmış
ərəş uzunluğunda yaratdı. Sonra buyurdu: “Get
oradakı mələklərə salam ver və dinlə gör
sənin salamını necə alacaqlar. Çünki bu həm
sənin, həm də sənin zürriyyətinin salamıdır.”
Adəm onlara: “Əssəlamu aleykum!”– dedi. Onlar da: “Əssəlamu aleykə və rahmətullah!”– deyib,
buna “və rahmətullah” kəlməsini əlavə etdilər.
Cənnətə girəcək hər kəs ora Adəmin surə­
tində girəcəkdir. Məlumunuz olsun ki, indiyə
qədər insanların xilqəti naqisləşməkdədir” (əl-
Buxari, 3326) İblisin Adəmə paxıllıq etməsi Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­
dir: “Həqiqətən, Allah Adəmi torpaqdan yaratdı,
sonra onu palçığa çevirib bir müddət saxladı. O,
başqa şəkilə düşmüş qara palçıq olduqda, onu
yaradıb surət verdi. Sonra onu toxunduqda saxsı
kimi səs çıxaran quru gilə çevrilənə qədər saxladı. İblis onun yanından keçər və deyərdi:
Həqiqətən, sən böyük bir iş üçün
yaradılmısan!
” Sonra Allah ona Öz ruhunu üfürdü.
Ruhun ilk cərəyan etdiyi gözləri və burun
deşikləri oldu. Bu vaxt Adəm asqırdı və Allah
ona Rəbbinə həmd etməyi təlqin etdi. Rəbb dedi: “Rəbbin sənə rəhm etsin...”
Burada "Öz ruhundan" ifadəsində ruhun Allaha
nisbət edilməsi şərəfləndirmək üçün deyilir.
Məsələn, Allahın qulu, Allahın evi ifadələri kimi. Adəm əşyaların adlarını öyrənir "Allah Adəmə bütün şeylərin adlarını öyrətdi Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!" Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!" Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" (əl-Bəqərə, 31-33). Allah Adəmə hər bir əşyanın adını,
keyfiyyətini, vəsfini və faydasını öyrətmişdir. Mələklərə Adəmə səcdə etmələri əmr edilir "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız" (əl-Bəqərə, 34-35). Uca Allahın Adəmi öz əli ilə yaratması, ona Öz
dərgahından olan ruhu üfürməsi, mələklərə
səcdə etmələrini əmr etməsi və ona əşyaların
adlarını öyrətməsi böyük lütfkarlıqdır.
Böyük təfsir alimi İbn Abbas demişdir: "Adəm
yatarkən Həvva onun sol kiçik qabırğasından yaradıldı və qabırğanın yeri ət ilə əvəz
olundu
".
Peyğəmbər demişdir: “Kim Allaha və Axirət
gününə iman gətirirsə, qonşusuna əziyyət
verməsin! Qadınlarla da yaxşı davranın! Çünki
onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın əyri tərəfi isə yuxarı hissəsidir. Sən onu
düzəltmək istəsən, sındıracaqsan, düzəltmə­
sən, əyri qalacaq. Odur ki, qadınlarla yaxşı
davranın!” (əl-Buxari, 5186)
Həmçinin, Peyğəmbər Cənnət haqqında belə
demişdir: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim
üçün et, Adəm oğulları üçün dünyanı yaratmısan.
Onlar orada yeyir və içirlər
”. Uca Allah buyurdu:
“İzzətimə və Ucalığıma and olsun ki, Öz
əllərimlə yaratdığım bəndənin əməlisaleh
nəslini, “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”. İblisin Adəm və Həvvaya vəsvəsə verməsi “Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır" (əl-Bəqərə, 36). Şeytan onları naz-nemət və sevinc yurdu olan
Cənnətdən çıxardıb yorğunluq və əzab-
əziyyətlə dolu olan dünyaya enmələrinə
səbəb oldu. Buna səbəb şeytanın onlara
vəsvəsə etməsi olmuşdur. Uca Allah bu haqda
buyurur: "Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız" (əl- Əraf, 20).
O, dediyinə inandırmaq üçün: "Üstəlik onlara: "Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm"– deyə and içdi" (əl- Əraf, 21).
Başqa bir ayədə isə belə deyilir: "Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" (Ta ha, 120). "Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: "Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?" (əl-Əraf, 22). Adəmin tövbəsi "Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir" (əl-Bəqərə, 37). Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir:
“Atanız Adəm uca xurma ağacı kimi, boyu altmış
dirsək, saçı uzun, övrəti bağlı idi. Cənnətdə
xəta edəndə övrəti açıldı. Adəm Cənnətdən
çıxıb getdikdə qarşısına bir ağac çıxdı. Ağac onu
tutub saxladı və Rəbbi ona: “Məndən qaçırsan, ey Adəm?”- deyərək xitab etdi. Adəm dedi: “Ey
Rəbbim, Sənə and olsun ki, etdiyimə görə
Səndən həya edib qaçıram”. Adəmin yer üzərinə enməsi “Biz dedik: "Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!" (əl-Bəqərə, 38-39). İnsan dünyada qəribdir, çünki onun əsl vətəni
Cənnətdir. Həmçinin, insan bu dünyada
müsafirdir. Müsafir yola çıxdıqda özü ilə ona
lazım olan azuqəni götürür. Çünki, bu dünya
müvəqqəti, Axirət isə əbədi məskəndir. Odur
ki, Allaha iman gətirib yaxşı işlər görməklə müvəqqəti məskəninizdən əbədi məskəniniz
üçün tədarük edin! “ Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39)


Geri dön

ferihaa yilmazzz

  • 15 fevral 2014 20:12
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
tesekkurler

Sinmis_Urek

  • 5 fevral 2014 19:34
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
tewekkurler

B_L_A_T_N_O_Y

  • 4 fevral 2014 01:58
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
tesekkurler

Aydan95

  • 3 fevral 2014 23:04
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
Tewekkurler.....

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 fevral 2014 18:53
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqise gore twkler.....

^^Nazli^^

  • 3 fevral 2014 16:57
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

sonzeng2015

  • 3 fevral 2014 16:46
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
cox sagolun meqale ucun

Melek Aliyeva

  • 3 fevral 2014 16:20
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
меqale ucun tesekkurler

BaNTiKLi_CiCiWKa:)

  • 3 fevral 2014 15:04
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 fevral 2014 14:20
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqise gore twkler....

melek_19

  • 3 fevral 2014 12:47
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun...........

--------------------

prosta barbi

  • 3 fevral 2014 12:28
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Meqale üçün tewekkur Allah razı olsun.....

GuNaY_83

  • 3 fevral 2014 12:27
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
“Həqiqətən, sən böyük bir iş üçün
yaradılmısan!” Sonra Allah ona Öz ruhunu üfürdü.
Ruhun ilk cərəyan etdiyi gözləri və burun
deşikləri oldu. Bu vaxt Adəm asqırdı və Allah
ona Rəbbinə həmd etməyi təlqin etdi.

--------------------

ღNəmLi kiprikღ

  • 3 fevral 2014 12:19
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
şüurlu bir varlıq yaratmaq istəyir. O,

Zehra_Aşiqi

  • 3 fevral 2014 12:04
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
“ Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur”

--------------------

aska rico

  • 3 fevral 2014 11:33
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cooooooox sagolun

--------------------

Qaska_Quli

  • 3 fevral 2014 11:23
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkur ALLAH razi olsunnn AMİN

--------------------

Priya

  • 3 fevral 2014 11:21
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Allah razı olsun,əcrin verin.Təşəkkürlər.

--------------------




^^Nazlı Şeytan^^

  • 3 fevral 2014 11:19
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Tewekkurler

AYKA ŞOKOLADKA

  • 3 fevral 2014 10:36
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}
tewekkurler

--------------------

Roya_____

  • 3 fevral 2014 10:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Qaranliqda_tek

  • 3 fevral 2014 08:38
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler ilk serh menden ))

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}