Diri ikən ölmək: insanı içdən yeyən bəla

 
Diri ikən ölmək: insanı içdən yeyən bəla


Bu xəstəlikdən əziyyət çəkənlər özlərini ölü zənn etdiklərindən intihara belə əl atırlar
Kotar sindromu zamanı xəstələr müxtəlif orqanlarının - bağırsaq, beyin, ürəyinin çürüdüyünü zənn edir və bu haqda şikayət edirlər. Xəstəliyin kəskin fromalarında özünün ölü olduğunu yoxlamaq istədiyi üçün özünə qəsd edənlər də olur.

Bu sindromu ilk dəfə fransız Nevroloq Cül Kotar (1880) inkar etmə sayıqlaması kimi təsvir edib. Sonradan bu sayıqlama sindromu onun adı ilə "Kotar sindromu" adlandırılıb.

Kotar sindromundan əziyyət çəkənlərə elə gəlir ki, daxili orqanları tədricən çürüyür. Hətta bəziləri orqanlarının olmadığından da şikayət edirlər. Kotar sindromunun kəskin formalarında əziyyət çəkənlər öldüyünü və çürüyərək yaşadığını düşünürlər.

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, onlar başqalarına meyit olduğunu, orqanizmlərinin çoxdan çürüdüyünü deyirlər. Onları diri olduqlarına və orqanlarının normal vəziyyətdə olmasına inandırmaq mümkün olmur. Bu xəstəlik zamanı depressiya və həyəcan güclü olduqda xəstə ətraf aləmi də inkar etməyə başlayır. Bu cür xəstələr ətrafda hər şeyin məhv olduğunu, insanların öldüyünü düşünürlər. Kotar sindromundan əziyyət çəkən xəstələr üçün özünə böyük əhəmiyyət vermək xasdır: "Sindromun qurbanları öz şəxsiyyətlərini çox vacib hesab edirlər. Onlar başqa insanlara hansısa sağalmayan xəstəliyi yoluxdurduqlarını düşünürlər. Çox vaxt deyirlər ki, HİV, QİÇS, siflis kimi xəstəlikləri insanlara yayıblar. Bəzi xəstələr sayıqlamalarında nəfəsləri ilə xəstəlik ötürdüklərini də deyirlər. Bunun üçün də pis insan olduqlarını düşünürlər.
Onlara elə gəlir ki, etdikləri pis hərəkətlərə görə onları ağır cəzalar gözləyir".


Həmsöhbətimiz deyir ki, sindromdan əziyyət çəkən xəstələr bəzən bədənlərinin çox böyüdüyünü, hətta bütün kainat boyda olduğunu sayıqlamağa başlayırlar. Bu cür xəstələrdə intihar etməyə meyl daha güclü olur. Lakin bununla yanaşı onlar öz ölümsüzlüklərinə inana da bilərlər. Bunu yoxlamaq üçün onlar özlərinə zərər yetirə, çox təhlükəli üsullara əl ata, özlərini öldürə də bilərlər. "Onlar ölü olduqlarını o qədər düşünürlər ki, ətrafdakılardan tez-tez onlara qəsd etmələrini xahiş edirlər. Çox vaxt da bu xəstələr ölümsüzlüyə o qədər inanırlar ki, təhlükəli vəziyyətlərə düşməkdən çəkinmir, özlərini qorumurlar. Onlar ölü olduğunu zənn etdikdə yemək də yemirlər. Əksər hallarda bu xəstələr ya acından ölür, ya da öz bədənlərini yandıraraq ruhlarını meyitdən çıxarmaq istəyirlər".

Kotar bu xəstəliyin müxtəlif mərhələlərini, xəstəliyin yüngül forması və ağır formasını təsvir edib. Xəstəlikləri orta səviyyədə olanlar özlərini çarəsiz hiss edir və özlərinə qarşı nifrətlə yanaşırlar. Əgər xəstəlik daha da ağırlaşırsa, xəsətlərə elə gəlir ki, onların orqanizmində və xarici aləmdə dəyişikliklər baş verir. Ölümsüz olmaları ilə bağlı sayıqlamaları, heyvana, taxtaya, dəmirə və ya daşa çevrilmələri ilə bağlı sayıqlamalarla da müşayiət oluna bilər. Bəzən elə olur ki, xəstələr intellektinin, vicdanının, biliklərinin yoxa çıxdığından da şikayət edirlər.

Psixoloqun sözlərinə görə, müxtəlif yaşda olan insanlar Kotar sindromundan əziyyət çəkə bilərlər. Lakin əsasən yaşlı və orta yaşlı insanlar bu sindromun qurbanına çevrilirlər: "Amma uşaqlarda da bu sindromun əlamətləri müşahidə olunur. Bu sindrom qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir".

Müsahibimiz qeyd edib ki, adətən pasiyentlərin uşaqlığı normal keçir: "Tutmalar isə qəfil baş verir. Əvvəlcə xəstədə heç bir ilkin psixi pozuntular müşahidə olunmur. Xəsətlik özünü birdən-birə büruzə verir. Lakin xəstəliyin simptomlarının yaranmasından əvvəl insanda bir neçə həftədən bir neçə ilə qədər uzanan narahatlıq müşahidə oluna bilər. Kənardan xəstənin bu narahatlığı, sadəcə, əsəbilik, hər şeyə qıcıqlanma kimi görünür".

Bu xəstələr faktları şişirtməyə meyllidirlər. Onlar əhəmiyyətsiz hadisələri böyüdüb danışa bilərlər. Hansısa faktı təxəyyülündə şişirdib hadisəyə çevirib danışırlar.

E.Bağırova bildirib ki, Kotar sindromunun diaqnozunu qoymaq çətindir: "Ona görə ki, bu sindrom müxtəlif psixi xəstəliklər zamanı rast gəlinir: involyusiya melanxoliyası, şizofreniya və maniakal-depressiv psixoz, proqressiv iflic, epilepsiya, ensefalit (beynin iltihabı), kəskin və sipmtomatik psixozlar zamanı. Bu xəstəliyin profilaktikası üçün narahatlıq gətirən depressiyaların bütün növləri, əsasəndə yaşlı dövrdə inkişaf edən depressiyalar zamanı terapiyanın aparılması, mütəxəssis köməyi almaq vacibdir".

Kotar sindromu nadir hallarda rast gəlinir. Belə ki, müasir dövrdə depressiyanın müalicəsi üçün bir sıra effektiv dərman preparatları var. Lakin öldüyünü, bədəninin hansısa orqanlarının çürüdüyünü deyən insalar bu gün də var.


Ekspress.az


Geri dön

B_L_A_T_N_O_Y

  • 4 fevral 2014 02:47
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
tesekkurler

aska rico

  • 3 fevral 2014 13:22
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Qaranliqda_tek

  • 3 fevral 2014 09:57
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

melek_19

  • 3 fevral 2014 03:16
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 fevral 2014 23:01
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Kotar sindromu nadir hallarda rast gəlinir. Belə ki, müasir dövrdə depressiyanın müalicəsi üçün bir sıra effektiv dərman preparatları var. Lakin öldüyünü, bədəninin hansısa orqanlarının çürüdüyünü deyən insalar bu gün də var.

GuNaY_83

  • 2 fevral 2014 21:33
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
меqale ucun tesekkurler

--------------------

aska rico

  • 2 fevral 2014 19:46
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

tasteful girl

  • 2 fevral 2014 19:33
  • Məqalə: 1
  • Şərh: 810
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkk

Melek Aliyeva

  • 2 fevral 2014 19:29
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
меqale ucun tesekkurler

Qaska_Quli

  • 2 fevral 2014 19:09
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
sagolunnnnnnnnnnnnnnnn

--------------------

Milyonerka

  • 2 fevral 2014 18:36
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
teshekkurler

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

ღNəmLi kiprikღ

  • 2 fevral 2014 18:08
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler sekerim:)

Roya_____

  • 2 fevral 2014 17:50
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler wırınım

Aydan95

  • 2 fevral 2014 17:48
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler...............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}