"Səndən ruh haqqında soruşarlar.De"

 
"Səndən ruh haqqında soruşarlar.De"


İnsanın vücudu iki tərkib hissəsindən – ruhdan və cismdən ibarətdir. Cansız cismə (bədənə) həyat verən, onun bütün hərəkətlərini istiqamətləndirən və nizamlayan ruhdur. Ruh – insanın mahiyyəti, şəxsiyyəti deməkdir.

Ruh barədə dəqiq məlumatı bəşəriyyət hələ əldə etməyib. Çünki Allah-təala özü ruh haqqında ətraflı məlumat verməyi məsləhət görməyib.

Bir dəfə yəhudilər Həzrət Mühəmməd Peyğəmbəri (s) sınağa çəkmək məqsədilə ona bir neçə çətin sual verdilər. Sualların biri də ruhun mahiyyəti haqqında idi. Allah-təala vəhy vasitəsilə o biri sualların cavabını Peyğəmbərimizə ətraflı şəkildə izah etdi, ruh məsələsinə gəlincə isə aşağıdakı ayəni göndərdi: «Səndən ruh haqqında soruşarlar. De: «Ruh Rəbbimin əmrindədir. Sizə (bu barədə) yalnız cüzi bilik verilmişdir» (İsra, 85).

Allah-təala Quranda ruh barədə ətraflı məlumat verməyi ona görə məsləhət görməyib ki, insan öz ruhunu dərk edib anlaya bilməz. Axı ruh insanın mənəvi aləmi, ağlı, şüuru, vicdanı deməkdir.

Ruh haqqında qısaca olaraq bunu deyə bilərik ki, o, maddi deyil, cism deyil, onun ölçüləri (eni, uzunluğu, hündürlüyü), forması, rəngi, iyi və başqa zahiri əlamətləri yoxdur. Xarici duyğu üzvləri (məsələn, göz, qulaq və s.) vasitəsilə ruhu hiss etmək mümkün deyil.

Ruh ölməzdir, cismin məhv olmasından sonra yenə yaşayır və qiyamətə kimi öz aqibətini gözləyir. İmam Əli ibn Əbu Talib (ə) ruha belə tərif vermişdir: «Cismdə ruhun yeri sözdə mənanın mövqeyi kimidir».

Bədənin özünəməxsus halları və xüsusiyyətləri olduğu kimi, ruhda da bunlar vardır. Həzrət Əli (ə) ruhla bədəni müqayisə edərək buyurmuşdur: «Cismin (bədənin) altı halı olur: sağlamlıqxəstəlik, dirilikölüm, yuxuoyaqlıq. Ruhun da beləcə altı vəziyyəti vardır. Ruhun sağlamlığı – yəqinlik, xəstəliyi – şəkk-şübhədir. Diriliyi – elm, ölümü – cəhalətdir. Ruhun yuxusu – qəflət, oyaqlığı – zikrdir».

Əxlaq alimləri insanda iki cür ruhun olduğunu söyləmişlər. Bunların biri – heyvani ruh yalnız insanın həyatını təmin edir. Heyvani ruh (buna can, yaxud nəfs də deyirlər) yalnız insanda deyil, heyvanlarda da var. Canlılar bu ruhun sayəsində diridirlər. Heyvani ruh bədəni tərk edəndə ölüm baş verir.

Ruhun daha üstün forması – sultani ruh isə yalnız insana aiddir. Bu, insanda şüur, nitq, vicdan kimi cəhətləri və sair əxlaqi keyfiyyətləri nizamlayan ruhdur.

İnsan ruhu üç əsas qüvvədən ibarətdir. Başqa sözlə desək, ruhun üç əsas xarakteri vardır: ağıl, qəzəb və şəhvət qüvvələri. İnsanın bütün əməlləri bu qüvvələr vasitəsilə idarə edilir. Onlardan hansı biri üstünlük əldə edərsə, bütövlükdə insanın xarakterini öz təsiri altına alar.

Ağıl qüvvəsi hər şeyin həqiqətini öyrənməyə çalışır, xeyirlə şərin fərqini anlayır, tədqiqat və araşdırma aparır. Bu qüvvə insanı elmə, biliyə, agahlığa səslədiyi üçün müsbət qüvvə hesab edilir və mələk xasiyyətli qüvvə adlandırılır. Qəzəb qüvvəsi başqalarını özündən uzaqlaşdırmağa, zərəri dəf etməyə çalışır. Ona yırtıcı xasiyyətli qüvvə demişlər. Şəhvət qüvvəsi insanı yeməyə, içməyə, cinsi ləzzətlərə, eyş-işrətə doğru çəkir. Bu qüvvənin məqsədi bədənin ehtiyaclarını ödəmək, maddi ləzzət və rahatlıq yaratmaqdır. Onu heyvan xasiyyətli qüvvə adlandırmışlar.

Bü üç qüvvə orta və tarazlaşmış səviyyədə olarsa, fəzilət (üstünlük) adını qazanar və insana ucalıq bəxş edər. Ağıl qüvvəsinin fəziləti hikmətdir. Qəzəb qüvvəsinin fəziləti şücaət, şəhvət qüvvəsininki isə iffətdir. Bu qüvvələr fəzilət nöqtəsindən aza və ya çoxa doğru uzaqlaşdıqca müxtəlif nöqsanlar (rəzilətlər) meydana gəlir. Məsələn, ağıl qüvvəsinin həddən çoxluğu – vəsvəsəyə və hiyləgərliyə, azlığı – səfehliyə gətirib-çıxarar. Qəzəb qüvvəsinin ifrat həddi – zalımlığa və kobudluğa, təfrit nöqtəsi – qorxaqlığa səbəb olar. Şəhvət qüvvəsinə gəlincə, onun həddən çox olması – insani xüsusiyyətləri itirib heyvan səviyyəsinə düşməklə, həddən az olması isə yemək, ailə qurmaq kimi təbii ehtiyacların ödənməməsi ilə nəticələnər.

Əxlaq kitablarında insan ruhunun qüvvələrini alleqorik obrazlara bənzədiblər. Bu alleqoriyada insan ruhu atın belinə minib ov tulası ilə səfərə çıxmış ovçu şəklində təsvir edilir. Ovçu – ağıl qüvvəsinin, it – qəzəb qüvvəsinin, at isə şəhvət qüvvəsinin rəmzidir.

Əgər bunların hər biri ovda öz vəzifəsini layiqincə yerinə yetirsə, şübhəsiz, ov uğurla nəticələnər. Amma onların hər hansı biri həddi aşsa, nəticəsi mənfi olar.

Təsəvvür edək ki, ov əsnasında at süvarinin tapşırıqlarına tabe olmur, öz istədiyi səmtə doğru yüyürür. Bu halda süvari atı ram etmək üçün əziyyət çəkib yorulacaq və heç bir nəticə əldə etməyəcək. Beləcə, şəhvət qüvvəsi insanın ruhuna qalib gəlsə, onu öz məqsədindən uzaqlaşdırar.

Əgər ov iti özbaşınalıq etsə, ovu tutmaq əvəzinə mənasız yerə ora-bura qaçsa, özündən güclü olan hədəflərə sarı cumsa, nəinki yalnız özünü, həm də ovçunu təhlükəyə salar. İnsanın qəzəb qüvvəsi də nəzarətdən çıxsa, fəlakət törəyər.

Nəhayət, əgər ovçu öz işində səhvə yol versə, atı və iti idarə edib istiqamətləndirə bilməsə, ovu uğursuzluqla başa vurmalı olacaq. Ağıl qüvvəsi də qəzəblə şəhvəti cilovlamağı bacarmasa, rəzalət girdabına yuvarlanar.


Geri dön

BaNTiKLi_CiCiWKa:)

  • 4 fevral 2014 23:02
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
Meqaleye gore Thanks♥ ♥ ♥

--------------------

so_sad

  • 4 fevral 2014 11:01
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Ruh – insanın mahiyyəti, şəxsiyyəti deməkdir.

melek_19

  • 4 fevral 2014 02:25
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun..............

--------------------

B_L_A_T_N_O_Y

  • 4 fevral 2014 01:30
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
Təşəkkürlər

aska rico

  • 3 fevral 2014 23:28
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
coooox sagolun

--------------------

Roya_____

  • 3 fevral 2014 20:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun canım

^_^

  • 3 fevral 2014 19:45
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
♔ TəşəkkürLər ♔

Allahi_Unutma

  • 3 fevral 2014 19:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
İnsanın vücudu iki tərkib hissəsindən – ruhdan və cismdən ibarətdir. Cansız cismə (bədənə) həyat verən, onun bütün hərəkətlərini istiqamətləndirən və nizamlayan ruhdur. Ruh – insanın mahiyyəti, şəxsiyyəti deməkdir.

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 fevral 2014 18:37
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqise gore twkler.....

GuNaY_83

  • 3 fevral 2014 18:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Ruh barədə dəqiq məlumatı bəşəriyyət hələ əldə etməyib. Çünki Allah-təala özü ruh haqqında ətraflı məlumat verməyi məsləhət görməyib.

--------------------

Qaska_Quli

  • 3 fevral 2014 17:37
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkur ALLAH razi olsunnn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}