Əsil tövbəkar kimdir?

 
Əsil tövbəkar kimdir?


Əsil tövbəkar kimdir?

Dini kitablarda Allah tərəfindən qəbul edilən və yüksək dəyərləndirilən tövbənin xüsusiyyətləri barədə çoxlu hədis və rəvayətlərə rast gəlirik. Tövbənin ən yüksək və səmimi mərtəbəsinə “tövbeyi-nəsuh” deyirlər.

Bu həmin tövbədir ki, Qurani-kərimdə onun barəsində buyurulur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (nəsuh) tövbə edin!” (Təhrim, 8).

Bəzi alimlərin fikrincə, ən yaxşı tövbənin 4 şərti var: etdiyin günah üçün ürəkdən peşman olmaq, dillə tövbə-istiğfar etmək, həmin günahdan çəkinmək və bir da­ha o günaha sarı qayıtmamağı qəsd etmək. Səmimi tövbənin 3 xüsusiyyəti olduğunu deyənlər də var: Allah tərəfindən qəbul olunmama­sı üçün qorxmaq, qəbul olunacağına ümid etmək və Allaha itaəti davam etdirmək. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Tövbeyi-nəsuh elə bir tövbədir ki, onu edənin batini ilə zahiri eynidir, hətta batini zahirindən daha üstün­dür”.

Əsil tövbənin necəliyi haqqında aşağıdakı iki hədis xüsusi əhəmiyyət daşıyır.

Bir gün Həzrət Muhəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: “Bilirsinizmi, əsil tövbəkar kimdir?” Cavab verdilər: “Allaha and olsun ki, xeyr, bilmirik”. Peyğəmbər buyurdu:

“Bəndə tövbə edirsə, amma ondan şikayəti olanları (yəni, haqqını qəsb etdiyi adamları) razı salmırsa (onlardan halallıq almırsa), tövbəkar sayılmaz. Hər kim tövbə etsə, amma oturub-durduğu məclisləri və yediyi (haram) yeməkləri dəyişdirməsə, tövbəkar deyil. Hər kim tövbə etsə, amma (günahda ona şəriklik edən) dostlarını dəyişdirməsə, əsil tövbəkar deyil. Hər kim tövbə etsə, amma ibadətini çoxaltmasa (yəni ibadətinin sayını və keyfiyyətini artırmasa), tövbə etmiş sayılmaz. Hər kim tövbə etsə, amma (ona fəxr gətirən) libasını dəyişdirməsə, tövbəkar deyil. Hər kim tövbə etsə, amma yatağını dəyişdirməsə (yəni, naz-nemətli, rahat yataqdan uzaq olmasa və ya əxlaqsızlığa son qoymasa), əsil tövbə edənlərdən deyil. Hər kim tövbə etsə, amma qəlbi (imana, təqvaya və ibadətə sarı) açılmasa, səxavəti artmasa, əsil tövbəkar olmaz. Hər kim tövbə etsə, amma (bu dünyaya aid olan) arzu-xəyallarını azaltmasa və dilini (yalan, qeybət və söyüşdən) qorumasa, əsil tövbəkarlardan sayılmaz. Hər kim tövbə etsə, amma yeməyindən qalanı başqasına verməsə, tövbə etmiş olmaz. Hər kim bu xüsusiyyətlər üzrə istiqamət götürsə (bunlara nail olsa), əsil tövbəkar odur”.

Başqa bir rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Tövbə edən hansı şəxsdə bu təsirlər duyulmasa, əsil tövbəkarlardan sayılmaz: ondan narazı və şikayətçi olanları razı salsın, namazlarını artırsın, xalq içində təvazö ilə davransın, nəfsini şəhvətlərdən uzaq tutsun, gündüzlər oruc tutmaqdan boynu incəlsin, gecələr namaz qılmaqdan rəngi saralsın, yeməyin azlığından qarnı arıqlasın, cəhənnəmin xovfundan beli əyilsin, cənnətin şövqündən sümükləri ərisin, ölüm mələyinin qorxusundan qəlbi yumşalsın, əcəl barədə düşünməkdən bədəndə dərisi qurusun. Bunlar tövbənin təsirləridir. Əgər bu nişanələrə malik olan bir bəndə görsəniz, bilin ki, tövbeyi-nəsuh edən əsil tövbəkar odur”.(Biharül-ənvar, VI, 35-36)


İslam.az


Geri dön

B_L_A_T_N_O_Y

  • 4 fevral 2014 02:59
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
tesekkurler

Roya_____

  • 3 fevral 2014 14:43
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsın

Qaranliqda_tek

  • 3 fevral 2014 10:51
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

Milyonerka

  • 2 fevral 2014 18:53
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Melek Aliyeva

  • 2 fevral 2014 16:25
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
меqale ucun tesekkurler

Qaska_Quli

  • 2 fevral 2014 16:21
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
sagolunn ALLAH razi olsunn

--------------------

prosta barbi

  • 2 fevral 2014 16:20
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN Twk................

aska rico

  • 2 fevral 2014 16:07
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

Allahi_Unutma

  • 2 fevral 2014 15:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Dini kitablarda Allah tərəfindən qəbul edilən və yüksək dəyərləndirilən tövbənin xüsusiyyətləri barədə çoxlu hədis və rəvayətlərə rast gəlirik. Tövbənin ən yüksək və səmimi mərtəbəsinə “tövbeyi-nəsuh” deyirlər.

Aydan95

  • 2 fevral 2014 15:21
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler..................

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 fevral 2014 14:26
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqaleye gore cox sagol=)

melek_19

  • 2 fevral 2014 13:50
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------

Roya_____

  • 2 fevral 2014 13:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun wırınım

GuNaY_83

  • 2 fevral 2014 13:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Bəndə tövbə edirsə, amma ondan şikayəti olanları (yəni, haqqını qəsb etdiyi adamları) razı salmırsa (onlardan halallıq almırsa), tövbəkar sayılmaz.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}