İnsanlar

 
İnsanlar

İnsanlar

Hər insan bir kitab kimidir... Tanımaq üçün sadəcə cildinə baxmaq yetmir... Gərək vərəqləyəsən ki, məlumatın olsun...
Bəlkə də çox qəribə bir bənzətmə sayılar... Amma dərindən düşünəndə həqiqətən də belədir...
İnsanlar da kitablar kimidir... Onlar kimi maraqlı, onlar kimi fərqli, onlar kimi sirli... Nə qədər çox vərəqləsən, o qədər çox məlumatın olar... Nə qədər çox oxuya bilsən, o qədər çox tanıyarsan...

İnsanlarİnsanlarİnsanlar
Düşünün ki, mağazada çox qəşəng cildli bir kitab görürsünüz... Yazıları da çox gözəldir... Amma hələ oxumamısınız... Evə gətirirsiniz və oxumağa başlayırsınız... Amma... Təəssüf... Sizin sadəcə gözəlliyinə vurulub aldığınız o kitab sizə heç maraqlı gəlmir... Hər vərəqi açdıqca sanki bir az daha çox xəyal qırıqlığına uğrayırsınız... Hər vərəqi açdıqca sanki sizi ovsunlayan o sehir bir andaca itib gedir...
Bir də bunun əksi var... Çox bəsit görünüşlü bir kitabı oxuduğunuzda ondan aldığınız zövq, yaşadığınız həyəcan kimi... Bəlkə də cildi çox sadədir, möhtəşəm deyil, amma içi çox zəngindir... Onun hər vərəqini açdıqca ruhunuz siz bir başqa diyarlara aparır... Hər sətrində, hər səhifəsində çox möhtəşəm fikirlər ortaya çıxır... Oxuduqca onun dəyəri gözünüzdə qalxır... Oxuduqca ondan ayrılmaq istəmirsiniz...

İnsanlarİnsanlar
İndi də bir insan düşünün... Yolda və ya hər hansısa bir məkanda rastlaşdığınız gözəl görünüşlü, gözəl geyimli bir insan... Hələ heç tanış olmamısınız, amma sizə o qədər cazibədar və o qədər sirli gəlir ki... Ağlınızda o insan haqqında elə gözəl fikirlər yaratmısınız ki... Tanımaq istəyirsiniz... Bir az danışdıqca, onu bir az yaxından tanıdıqca, əslində bu zəngin və gözəl görünüşün içində necə kasıb bir mənəviyyatın, necə böyük bir boşluğun olduğunu anlayırsınız... Demək ki, görünüş heç də hər zaman önəmli deyil... Sadəcə görkəminə görə özümüzdən uzaqlaşdırdığımız insanların necə böyük bir mənəvi zənginliyə, necə böyük bir ürəyə sahib olduğunu gördükcə bunun doğruluğunu daha yaxşı anlayırıq...
İnsanlar
Odur ki, insanları tanımadan, onların iç dünyalarını bir az da olsa öyrənmədən onlar haqqında səhv düşüncələrə qapılmayaq...
Şans verək, tanıyaq, öyrənək və daha çox sevək...


İnsanlar


Geri dön

KAYNAM

  • 3 sentyabr 2011 20:14
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
super əla

Lexikon

  • 4 fevral 2011 03:11
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Şans verək, tanıyaq, öyrənək və daha çox sevək... bu daha maraqlidi twk

фея

  • 4 fevral 2011 02:04
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Hər insan bir kitab kimidir... Tanımaq üçün sadəcə cildinə baxmaq yetmir... Gərək vərəqləyəsən ki, məlumatın olsun...
bezen vereqlesende bawa duwmek olmur

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

,,kepenek,,

  • 3 fevral 2011 19:06
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
cox sagol laughing

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}