Həqiqi müsəlman necə olmalıdır?

 
  • 7.02.2014, 13:30
  • Bölmə: İslam
  • Müəllif: ceci
Həqiqi müsəlman necə olmalıdır?


İslam cəmiyyətində insanların Allah yanındakı məqamı onların din və iman ləyaqətinə görədir. Belə ki, Quran buyurur: “O kəslər ki, mömindirlər fasiq və üsyankar kəslər kimidirlərmi? Xeyr, onlar bərabər deyildir”.
Bütün müsəlmanların imanı bir səviyyədə deyildir, mərtəbələri vardır. Bir nəfər İmam Əliyə (ə) deyir ki, mənə qardaşlarımdan xəbər ver. İmam (ə) buyurur: “Qardaşlar iki dəstədir: etimad olunası qardaşlar və etimad olunmayan qardaşlar. Etimad olunan qardaşlar ailələrinin əl və qanadlarıdır. Bu cür qardaşlar yanar kibrit kimi nadirdirlər. Ancaq etimad olunmayan qardaşlar nə zaman onlardan bəhrələnsən, səninlə bağını kəsər və bundan artığını onun batinindən istəmə. Onlar səninlə xoş üzlülük və şirindillilik edərsə, sən də onların qarşısında xoşüzlü və şirindilli ol”.
Həzrət Peyğəmbər (s) buyurur: “İslam odur ki, qəlbini Haqqa tapşırasan və müsəlmanlar əlindən və dilindən amanda olsunlar”.
Rəsuli-Əkrəm (s) buyuru: “Bizdən deyildir o kəs ki, müsəlmana xəyanət edər və ya ona məkr edər”.
Peyğəmbəri-Əkrəm (s) buyuru: “Hər kim müsəlman qardaşının pisliyini istəyən halda yatarsa, yuxusu və ayıq vaxtı Allahın qəzəbinə səbəb olar, o zamana qədər ki, tövbə edər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim rəftarında insanlarla zülm etməz və danışan zaman onlara yalan deməzsə, vədəsinə xilaf çıxmazsa - o kəslərdəndir ki, qeybəti haram, ədaləti zahir, onunla qardaşlıq lazımdır”.
Həzrət Sadiq (ə) yenə buyurur: “Müsəlman - müsəlmanın qardaşıdır. Ona zülm etməyin. Onu aldatmayın və onun qeybətini etməyin, ona xəyanət etməyin və onu məhkum etməyin”.
Bir müsəlman özü üçün bəyəndiyini din qardaşı üçün də bəyənməlidir. Özü üçün bəyənmədiyini başqası üçün də bəyənməməlidir. Bu bir müsəlmanın ilk və mühüm haqqıdır ki, hər bir müsəlmanın boynunda olar.
İmam Sadiq (ə) Məala ibni Xənisə buyurur: “O şeyi ki, özün üçün istəyirsən, onun üçün də istə. O şeyi ki, özün üçün bəyənmirsən, onun üçün də bəyənmə”.
Əlbəttə, bunu demək asandır. Ancaq əməl etmək çox çətindir. Müsəlman gərək başqa müsəlmanı dili ilə incitməsin. Gözəl əxlaq bir müsəlmanın bariz sifəti olmalıdır. Peyğəmbər (s) buyurur: “Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun dilindən və əlindən rahat olsunlar”.
Müsəlman başqa müsəlman qarşısında təvazökar olmalıdır, təkəbbür etməməlidir. Müsəlman gərək kiminsə haqqında edilən qeybəti dinləməsin və qəbul etməsin. Onun eyblərini axtarmasın. Əgər kiminsə zəif cəhətini eşitsə, onu ifşa etməsin, abırını aparmasın. O kəs ki, müsəlmanların eybini axtarar, özü süqut edər və Allahın vilayətindən xaric olar. Şeytanın vilayətinə keçər.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! O kəslər ki, dildə müsəlman olmuşdur, ancaq qəlbi müsəlman olmamışdır! Müsəlmanların eyblərinin və büdrəmələrinin ardınca olmayın. Hər kim müsəlmanın eybinin ardınca olarsa, Allah da onun eybini axtarar. O kəsin ki, eybinin ardınca Allah olar, onu rüsvay edər”. (Tebyan)


Geri dön

asknur

  • 7 fevral 2014 23:30
  • Məqalə: 0
  • Şərh: 235
  • Bal:
ALLAH RAZI OLSUN

Payız qoxulu

  • 7 fevral 2014 21:35
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun chox sagolun

--------------------

melek_19

  • 7 fevral 2014 21:02
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------

GuNaY_83

  • 7 fevral 2014 16:47
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

✵Дорогой✵

  • 7 fevral 2014 16:13
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Peyğəmbəri-Əkrəm (s) buyuru: “Hər kim müsəlman qardaşının pisliyini istəyən halda yatarsa, yuxusu və ayıq vaxtı Allahın qəzəbinə səbəb olar, o zamana qədər ki, tövbə edər”.

XeYaLPeReSt men

  • 7 fevral 2014 16:12
  • Məqalə: 52
  • Şərh: 2093
  • Bal:
{awards}
Meqale ucun tewekkurler

--------------------

sonzeng2015

  • 7 fevral 2014 16:10
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
Həzrət Peyğəmbər (s) buyurur: “İslam odur ki, qəlbini Haqqa tapşırasan və müsəlmanlar əlindən və dilindən amanda olsunlar”.

PércyDarkMoon

  • 7 fevral 2014 15:35
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
twklerrrrrr smile

--------------------

Aydan95

  • 7 fevral 2014 15:18
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
“Ey insanlar! O kəslər ki, dildə müsəlman olmuşdur, ancaq qəlbi müsəlman olmamışdır! Müsəlmanların eyblərinin və büdrəmələrinin ardınca olmayın. Hər kim müsəlmanın eybinin ardınca olarsa, Allah da onun eybini axtarar. O kəsin ki, eybinin ardınca Allah olar, onu rüsvay edər”. (Tebyan)

Qaska_Quli

  • 7 fevral 2014 14:58
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrrrrrrrrrrrrrrr

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 7 fevral 2014 14:50
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
beyendım twkler

--------------------

Roya_____

  • 7 fevral 2014 14:18
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

prosta barbi

  • 7 fevral 2014 13:46
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Həzrət Sadiq (ə) yenə buyurur: “Müsəlman - müsəlmanın qardaşıdır. Ona zülm etməyin. Onu aldatmayın və onun qeybətini etməyin, ona xəyanət etməyin və onu məhkum etməyin”.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}