Quba 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildi
Fevralın 5-də “Buta Palace”da 2 fevral – “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” da elan olunub.
www.genclerpaytaxti.az saytında keçirilmiş səsvermənin nəticəsinə əsasən, Quba 2014-cü ilin “Gənclər paytaxtı” seçilib.
Şəhərin rəmzi açarını gənclər və idman nazirinin müavini İntiqam Babayev Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə təqdim edib.
2012-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” Gəncə, bir il sonra isə Biləsuvar şəhəri seçilmişdi.