Əhli - beyt kimlərdi?

 
Əhli - beyt kimlərdi?

Əhli-beyt kimlərdir?

Ərəb dilində Əhli-beyt sözü evin əhli deməkdir. Kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara deyilir. Həmçinin bu, sənətləri eyni olan, bir evdə və ya ölkədə yaşayan insanlara da aiddir. Əslində isə kişinin əhli onunla bir yerdə yaşayan şəxslərdir. Sonralar bu məna daha da genişlənərək aralarında qohumluq əlaqəsi olan insanlara da şamil edilmişdir. Quranın əl-Əhzab surəsinin 33-cu ayəsinə görə Əhli-beyt deyildikdə peyğəmbərin ailəsi nəzərdə tutulur. Həmin ayədə deyilir:
"…Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33).
Beləliklə, kişinin əhli dedikdə onun ailəsi, islam əhli dedikdə isə onun qayda-qanunlarına əməl edən insanlar nəzərdə tutulur. Muhəmməd peyğəmbərin əhli dedikdə də onun zövcələri, qızları və kürəkəni Əli (Allah ondan razı olsun!) nəzərdə tutulur. Həmçinin onun əhlinin ona yaxın kişi qohumlarını, nəvələrini əhatə etdiyi də qeyd olunmuşdur. Aşağıdakı ayələrdə də yuxarıda qeyd etdiyimiz məna nəzərdə tutulur. Allah-təala mələklərin İbrahim peyğəmbərin yanına müjdə ilə gəlməsi haqda danışarkən belə buyurur:
“Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik. O dedi: "Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir". Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir" (Hud, 71-73).
Burada Əhli-beyt deyildikdə İbrahim peyğəmbərin zövcəsi nəzərdə tutulur. Beləliklə, Peyğəmbərin Əhli-beytinə onun zövcələri, sonra uşaqları və qohumlar daxildir. Bundan əlavə Quranda Muhəmməd peyğəmbərin zövcələrinə xitabən Əhli-beyt ifadəsi işlədilir. Allah-təala Quranda buyurur:
“Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli (yə Əhləl-beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir”(əl-Əhzab, 33-34).
Quran elmləri haqqında azacıq məlumata malik olan insan ayədə qeyd olunan Əhli-beyt ifadəsinin peyğəmbərin zövcələrinə aid olduğunu başa düşər. Çünki ayənin əvvəlindəki "evlərinizdə qərar tutun" sözü, ondan əvvəl və sonra gələn ayələrin Peyğəmbərin zövcələrinə xitabən deyildiyinə dəlalət edir.
Təfsir alimi əl-Qurtubi öz kitabında bu ayənin mənasını belə şərh edir: «Ayədən aydın olur ki, Əhli-beyt anlamı peyğəmbərin zövcələrini və ona yaxın digər insanları əhatə edir. Ayədə "Yutahhirakum" (sizi tərtəmiz etmək) felinin kişi cinsində işlədilməsi Peyğəmbərin, Əli, Həsən və Hüseynin Əhli-beytdən olmasından irəli gəlir. Çünki, ərəb dilində kişi və qadına birlikdə müraciət edildiyi zaman fel kişi cinsində işlədilir. Ayənin mənasından aydın olur ki, Peyğəmbərin zövcələri onun Əhli-beytindən sayılırlar. Ona görə ki, bu ayə onlar haqqında nazil olmuşdur. Deməli, Peyğəmbərin arvadları əhli-beytə daxildirlər. Bu barədə yalnız islam ümmətinin ən fəzilətli şəxsiyyətlərindən sayılan peyğəmbərin səhabələrinə (Allah onlardan razı olsun!) qarşı ürəyi kinlə dolu olan şəxs mübahisə edə bilər.
İslam alimlərinə görə Peyğəmbərin Əli-beyti sədəqə qəbul etmələri haram buyurulan şəxslərdir. Əli-beyt Peyğəmbərin ailəsi, onun övladları və zövcələridir. Həmçinin, Əhli-beyt Həşimin oğullarından başlayaraq Qalib oğullarına qədər olan bir nəsli əhatə edir. Beləliklə, Müttalibin, Ümeyyənin və Nofəlin oğulları da Əli-beytdən sayılırlar. Həmçinin, İslam alimi Muhəmməd Abd ər-Rəhman əl-Mübarəkfuri şeyx Abd əl-Haqqın «əl-Ləməat» kitabında belə dediyini rəvayət edir: "Bilmək lazımdır ki, Peyğəmbərin Əhli-beyti sədəqə qəbul etmələri haram buyurulan şəxslərdir. Onlar Həşim oğullarıdır. Buraya Abbasın, Əlinin, Cəfərin, Aqilin və Harisin də ailələri daxildir. Bu ailələrin üzvlərinə sədəqə almaq haramdır. Həmçinin Peyğəmbərin zövcələri də onun Əhli-beytindəndirlər. Burada müraciət onlara edilib. Bu ayədə onları istisna etmək cümlələr arasında uyğunluğu pozur".
Əhli-beytin yalnız dörd nəfərdən – Əli, Fatimə, Həsən və Hüseyndən (Allah onlardan razı olsun!) ibarət olduğunu söyləmək İslam alimlərinin söylədikləri fikirlərə, eləcə də Quran və səhih hədislərə ziddir. Beləliklə yuxarıda qeyd etdiklərimiz fikirlərdən belə nəticəyə gəlmək olar ki, Peyğəmbərin Əhli-beyti onun zövcələri, övladları, əmiləri və onların oğullarıdır. Bu, Qurana və səhih hədislərə əsaslanan İslam əqidəsidir və hər bir müsəlmanın əqidəsi belə olmalıdır.


Geri dön

zehra1995

  • 9 fevral 2014 17:07
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
ALLAH RAZI OLSUN

meqale ucun twkler

Aydan95

  • 9 fevral 2014 13:48
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler.............

Qaska_Quli

  • 8 fevral 2014 20:58
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrrrrrrrrrrr

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 fevral 2014 20:30
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
ヅMeQaLeYe GoRe SaGoLuNヅ

Angry Boy

  • 8 fevral 2014 15:32
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah razi olsun

ღNəmLi kiprikღ

  • 8 fevral 2014 14:53
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razı olsun

BaNTiKLi_CiCiWKa:)

  • 8 fevral 2014 13:44
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Meqale ucun tewekkurler

--------------------

prosta barbi

  • 8 fevral 2014 13:17
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
TEWEKKUR...

Roya_____

  • 8 fevral 2014 13:17
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Payız qoxulu

  • 8 fevral 2014 13:06
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
maeaglidi twekkurler

--------------------

Zayn_Malik_fan

  • 8 fevral 2014 12:43
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...Allah razi olsun...

Allahi_Unutma

  • 8 fevral 2014 12:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bu, Qurana və səhih hədislərə əsaslanan İslam əqidəsidir və hər bir müsəlmanın əqidəsi belə olmalıdır.

sessiz deniz

  • 8 fevral 2014 12:31
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrr

PércyDarkMoon

  • 8 fevral 2014 12:29
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TEWEKURLER

--------------------

✵Дорогой✵

  • 8 fevral 2014 12:20
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Ilk Werh Menden. ALLAh Razi Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}