Elə xəyal edirəm!

 
Elə xəyal edirəm!


Müəllif: Ruslan Novres

Elə xəyal edirəm!
Səni, gözəlim, səni,
Sənin xəyalın belə dəli eləyir məni.
Bu qüssə yeyir məni.
Düşüncələr daralır, başım hərlənir o an,
Mənim gözüm qaralır o qara gözlərini xəyal eylədikcə mən.
Elə gözəlsən ki sən, gül kimi al yanağın,

Qönçə kimi dodağın,
Qara saçın hörüyün,
Gül kimi ətrin, iyin, hey məni məndən alır.
Bir tək şeyi bilirəm, qucaqlayarkən səni
Sanki o an ölürəm,
Əcəl aparır məni,
Ruhu bədəndən alır,
Sanki dünya daralır,

O qara gözün kimi bəxtim sönür, qaralır.
Hər gecə mən ölürəm,
Hər səhər dirilirəm, sənə sarı gəlirəm,
Xəyalən olsa da bu yenə gerçək bilirəm.
Təkcə bunu bilirəm, deyim sözün düzünü,
Sənin parlaq üzünü mən aya bənzədirəm.
Aya baxıb gecələr səni xəyal edirəm!

Belə xəyal edirəm!
Gözlərimi yumaraq,
Xəyallara cumaraq səni dəlilər kimi ağlayaraq, qaçaraq,
Gəzirəm soraq-soraq.

Demə nahaq gəzirəm, demə ki bu nə haldır?!
Bilirəm bu xəyaldır!
Səni gercək sanaraq, anbaan axtarıram,
Allaha yalvarıram səni tapım bir anlıq,
Aydınlaşa qaranlıq bu taleyimdə mənim.
Bəxt günəşim ucalsın,
Allah canımı alsın, qoy mənə olsun qənim,
Əgər ki mən bir daha,
Əl açaraq Allaha,
Başqa nəsə istəsəm,
Ya ki ömür ver, desəm!

Yana ağzımda dilim!
Ömrü neyləyirəm mən,
Təkcə səni, sevgilim,
Səni istəyirəm mən!
Sənsiz candan bezirəm,
Mən səni bu ümüdlə xəyalımda gəzirəm.
Səni bir tapmaq üçün ölməyə müntəzirəm!

Mənim sevgim uludur!
Bu yol sevgi yoludur!
Xəyal da olsa belə bu yolu mən gedirəm!
Bu yolda mənimləsən – belə xəyal edirəm!

Səni xəyal edirəm!
Sürünürəm yenə də,
Düşünürəm yenə də,
Mənimləsən bu gecə.
Göyə baxıb sadəcə
Nağıllarda gəzirik,
Ulduz kimi süzürük.

Yelkənli gəmi kimi sevgi dənizində biz yarışaraq üzürük.
Sevgidən danışaraq əyləşərək üz-üzə,
Baxışaraq göz-gözə duyuruq qəlbimizi,
Paylaşırıq pak olan bu zərif sevgimizi.
Nə gözəl mənzərədir!
Bu gözəl mənzərədə yatmış olan duygumu,
Vaxtsız solan arzumu qırparaq gözlərimi biranlıq tərpədirəm!
İçimdə dağ tərpənir mən elə fərz edirəm!




Yenə xəyal edirəm!
Kimsə yoxdur sən və mən,
Ağac altı göy çəmən,
Lalə süsən yasəmən bihuş edib bizləri
Oturmuşuq, sevgilim,

Qoymuşam baş dizinə,
Baxıram göy üzünə,
Ulduz kimi axıram,
Ulduz kimi parlayan gözlərinə baxıram!
O incə əllərinlə tumarlayıb başımı,
Silib bu göz yaşımı səbr elə, döz deyirsən!
Bir gün qovuşarıq biz!
Sanki körpə uşağa nağıl deyib diz üztə opüb əzizdiyirsən!
Bu nağıldan əlin üz!
Yüz il çalışarıq biz,
Çətin qovuşarıq biz!
Səhər açılan kimi bizim gecəmiz bitər,
Yetər, sevgilim, yetər!
Üzə çıxartma daha bu batan hisslərimi!
Bu yatan hisslərimi hər gecə oyadaraq özümü incidirəm!

Səni incidirəm mən belə xəyal edirəm!

Gülüm, xəyal edirəm!
Çarəsiz ağlayaraq,
Bu sevgi kitabını özümüz bağlayaraq,
Son dəfə baxışaraq,
Öpüb, qucaqlaşaraq ayrıldığımız anı ancaq fikirləşirəm!

Öz sevgimi ürəkdə dustaq fikirləşirəm!
Bizə yetər dərdimiz!
Xəyal deyil sevgimiz, demə olub yalandan,
Bizim ayrıldığımız zamandan xeyli ötüb.
Bizim sevgi bağında indi tikanlar bitib!
Yenə də unuda bilmirəm səni,
Sevgilim, nə olar bağışla məni.
Bağışla, hər şeyə görə bağışla,
Bu bəxtsiz taleyə görə bağışla!

Sevgilim, meylimi şe`rə salmışam,
Yazıram, sevgünlə yaradıram mən!
Hər dəfə bir şe`r yaradan zaman səni xəyalımda oyadıram mən!
Mən belə şairəm – Növrəsəm indi!
Hər zaman ürəyim səninlə dindi,
Sənlə kədərlənib, sənlə sevindi,
Sənindi, ürəyim sənindi ancaq.
Bu ürək, mələyim, sənindi ancaq.
Bütün sevənlərə, cavanlara mən,
İlahi verginin incəliklərin,
Bu zərif sevginin incəliklərin yazaraq sevgidən şe`r – öyrədirəm!
Yazarkən mən səni xəyal edirəm!
Səni, xəyalınla xəyal edirəm!


Geri dön

Roya_____

  • 12 fevral 2014 14:17
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
tewekkurler

Gun--ka

  • 8 fevral 2014 20:30
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
al bu üreyim senin olsun..onsuzda menim oldugu halda sadece seni düşünür)

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

мυsLiмαηκα

  • 8 fevral 2014 20:19
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
GözeL şeirdir beyendim . .

Qaska_Quli

  • 8 fevral 2014 20:17
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrrrrrrrrrrr

--------------------

Zehra_Aşiqi

  • 8 fevral 2014 19:59
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
Mən səni bu ümüdlə xəyalımda gəzirəm.

--------------------

GuNaY_83

  • 8 fevral 2014 19:53
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Belə xəyal edirəm!
Gözlərimi yumaraq,
Xəyallara cumaraq səni dəlilər kimi ağlayaraq, qaçaraq,
Gəzirəm soraq-soraq.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 fevral 2014 19:53
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ヅMeQaLeYe GoRe SaGoLuNヅ

so_sad

  • 8 fevral 2014 19:29
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Belə xəyal edirəm!
Gözlərimi yumaraq,
Xəyallara cumaraq səni dəlilər kimi ağlayaraq, qaçaraq,
Gəzirəm soraq-soraq.

PércyDarkMoon

  • 8 fevral 2014 19:28
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
тещеккурлер

--------------------

sessiz deniz

  • 8 fevral 2014 19:23
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Elə xəyal edirəm!
Səni, gözəlim, səni,
Sənin xəyalın belə dəli eləyir məni.
Bu qüssə yeyir məni.
Düşüncələr daralır, başım hərlənir o an,
Mənim gözüm qaralır o qara gözlərini xəyal eylədikcə mən.
Elə gözəlsən ki sən, gül kimi al yanağın,
Qönçə kimi dodağın,

ღNəmLi kiprikღ

  • 8 fevral 2014 18:44
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler bacican:)

Allahi_Unutma

  • 8 fevral 2014 18:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Səni xəyal edirəm!
Sürünürəm yenə də,
Düşünürəm yenə də,
Mənimləsən bu gecə.
Göyə baxıb sadəcə
Nağıllarda gəzirik,
Ulduz kimi süzürük.

Payız qoxulu

  • 8 fevral 2014 18:39
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

prosta barbi

  • 8 fevral 2014 17:56
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

BaNTiKLi_CiCiWKa:)

  • 8 fevral 2014 17:39
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

--------------------

✵Дорогой✵

  • 8 fevral 2014 17:39
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

Angry Boy

  • 8 fevral 2014 17:32
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
tesekkurler ilk comment menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}