Azərbaycan toy adətləri - 2

 
Azərbaycan toy adətləri - 2


Üzük xonçası
Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir. Lənkəranda isə nişan üzüyünü həmin xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nigah , uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.

Bayramlıq
Toya qədər bütün bayramlarda qız evinə bayramlıq gətirərlər. Bunlardan ən maraqlısı Novruz bayramında gəlir. Bu bayrama oğlan evi həvəslə hazırlaşır. Ya axır çərşənbədə, ya da bayram axşamında gəlinə bayramlıq gətirərlər. Gətirilən hədiyələrdə qıza qırmızı rəngli paltar, yaylıq və bir zinət əşyası da olar. Əlavə olaraq qız evinə başına xına qoyulmuş buynuzlu qoç da gətirilir.
Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirilir. Burada müxtəlif bölgələrin adətlərinə əsasən müəyyən fərqlər də vardır. Misal üçün, cənub bölgəsində bayram xonçasında gəlin üçün mütləq balıq aparılır. Balığın burnuna qızıl üzük taxılır. Gəlinin başına, əlinə, ayağına bayram gecəsi xına yaxılır.

Cehiz
Ərə verilən qıza ata evindən gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan əşyalar verilir. Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması və alınma mənbəyi dəyişikliyə məruz qalıb.
Vaxtilə kasıb ailələrdə cehiz anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edilir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayır, xalı, corab toxuyur, saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.
Tədarük işləri böyük nişantaxdı mərasimindən sonra toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.
El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr ( bunlar qazan, tas, ləyən, sürahi, və s. olurdu ) də cehizə qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı mərasimində onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.
Keçən əsrin əvvəllərində qeydə alınmış və cehizə daxil olan ənənəvi əşyalar bunlardır: hər ailə üçün vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir danəli təsbeh. Daha sonra iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşək. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki və pul kisəsi, 20-30 cüt çarıqbağı, at üçün zinpuş, qələmdanqabı və s. Yenə məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.
Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, tabaq, oxlov, çanaq, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar.

Kəlləqənd
Toy-nişan mərasimlərində oğlan evinin xonçalarına biçimcə keçmişdə başa qoyulan "şişpapağa" oxşayan konus formalı qənd – kəlləqənd yerləşdirilir.
Qız evinə yollanan zaman kəlləqəndin yerləşdiyi xonçanı o biri xonçalardan irəlidə, adət üzrə, dəstə önündə oğlanın kiçik qardaşı və ya kişik oğlan qohumu aparır. Qızgildə oğlan evi adamları bu qəndləri parça-parça doğrayıb nəlbəkilərə yığır və şirni tək qonaqlara paylayırlar.
Toy günü oğlan evində gəlin qız gərdək pərdəsi arxasında oturduğu zaman sağdış-soldış qızın başı üzərində kəlləqənd tuturlar. Qənd şirinliyi ilə yanaşı, özünün duru ağ rəngilə saf işığı, ağ günü təmsil edir. İnama görə, evlənənlər bu qəndi yalnız ilk övladları olandan sonra parçalayıb süfrəyə qoya bilərlər.

Xınayaxdı
Qızlar otağın birinə yığışır və qız yengəsi islanmış xınanı götürüb ortada oynamağa başlayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O isə boş kasaya pul atıb xınanı götürür. Oynaya-oynaya qızın yanına gəlir, onun əllərinə, ayaqlarına xına qoyulur. Sonra da məclisdəkilərin qabağına gətirilir. Hamı xına qoyub, nəmər salır. Gəlinə xına yaxıldıqdan sonra bəzi bölgələrdə oğlan evinin yaxınları, qohumları gəlinə ayrıca hədiyyə verirlər.
Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Qızın yengəsi, ya da qızın qardaşı arvadı xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyaları gəlinə təqdim olunmağa başlanır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumlarının da payı olur. Gəlinin qayınanasının gətirdiyi qızıllar hamının gözü qarşısında göstərilərək gəlinin üstünə taxılır.
Lənkəran toylarında qız toyu ərəfəsində keçirilən "Xınayaxdı" mərasimində bir sıra mahnılar ifa olunur; gəlinin ətrafına toplanmış qız-gəlinlər "Xınayaxdı", "Əllərə xına yaxanlar", "Aman nənə" kimi mahnıları oxuyardılar.
"Xınayaxdı"da da, qız toyunda da mahnılar çox vaxt "Tək qaval" adlanan prinsiplə oxunardı. Qızlar, qadınlar dövrə vurub əyləşər, onlardan biri ("solist") əlində qaval ortada oturarmış. Oxunan mahnıların nəqarətini dövrə vuranlar xor şəklində oxuyar, "solist" isə qaval çala-çala mahnıların bəndini misra-misra ifa edərdi (hər misradan sonra xor ona nəqarətlə cavab verərmiş)

Kəbin kəsdirmə

Kəbin kəsdirmə toy günündən bir neçə gün qabaq olur. XX əsrin əvvəllərinə qədər kəbini molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərlər.Kəbin kəsdirmədə təqdim olunan qızıl gəlinin halal malı sayılarmış. Bəzi bölgələrdə bu mərasimə biri oğlan, biri qız tərəfdən olmaqla iki molla dəvət edilərmiş.
Kişi məclisində çay içildikdən sonra qudalar qonaqlar arasından iki "vəkil" seçir və ya başqa otaqdakı nişanlı qızın yanına adam göndərərək, onun özündən kimi vəkil seçdiyini öyrənirlərmişlər. Ardınca vəkillər həmin otağın qapısı ağzında dayanaraq, üç dəfə qızdan "filankəsə" ərə getməyə razı olub-olmamasını soruşurlar.
Qız qapı arxasından "razıyam" deyir və hər iki vəkil yenə kişilərin məclisinə qayıdaraq, nişanlı qızın razı olduğunu bildirirlər.
Qız razı olmazsa, məcburi ərə verilərsə, kəbin pozulmuş sayılır.
Bəzi yerlərin adətinə görə, məclisə vəkil əvəzinə evlənən oğlanın özü gətirilir. Belə olduqda, molla üç dəfə qıza, yaxud onun vəkilinə verdiyi: "filankəs oğlu fılankəsi, ərliyə qəbul edirsənmi?" sualını adaxlı oğlana da verir (oğlandan qız haqda soruşur) və onun razılığını aldıqdan sonra nikahı qeyd edir.
Kəbin duası oxunan zaman o biri otaqda bir qadın taxtda əyləşmiş nişanlı qızın başı üstə iki kəlləqəndi bir-birinə sürtür ovuntuları qızın paltarına tökür. Bəzən bu vaxt oğlan adamlarından biri kağız vərəqini qayçı ilə kəsib doğrayır, bununla guya o, "havada uçub dolaşan bədxah ruhları" tikə-tikə parçalayır. Sonra bu kağız tikələrini yandıraraq, evlənənləri onun tüstüsünə tuturlar.
Adət-ənənəyə görə, nikah kəsilən zaman gəlin qız hökmən bəxt güzgüsünə baxmalı və bu vaxt onun paltarında bir dənə də olsa düyün olmamalıdır. Hətta onun belindəki kəməri belə açıq qalmalıdır. Bu da qızın gələcək həyatında heç bir işin düyünə düşməməsi arzusuna arxalanır.

Südpulu

Ana südünün halallığı, qızı böyüdüb ərsəyə çatdırmasınm haqqı kimi oğlan evinin qız anasına verdiyi pulun adlarından biri.
Onun məbləğini toy ərəfəsində oğlan tərəf özü müəyyən edir və o, heç bir halda geri qaytarılmır. Ötən çağlar kənd-mahal sahibi xan və ya bəyin ailəsində toy çaldırılan zaman gəlinlik cehizi üçün əhalidən yığılan pul da bu adı daşımışdır.
El içində bu pula "südhaqqı""halallıq" da deyirlər. Tovuzda ona "süd nəməri", Qubada "xerc", başqa yerlərdə "qızpulu", "yolpulıı", cənub bölgəsində isə "şirbəha" və s. deyirlər.

Gəlinlik paltarı
Oğlan evinin gəlin qız üçün xüsusi olaraq toy məclislərində geyilməkdən ötrü tikdirdiyi bütün üst-başın, həmçinin lap üstdən geyilən dəbdəbəli başpaltarı dəstinin adı.

Bəylik paltarı
Ötən çağlarda toy günləri oğlana, bir qayda olaraq, həqiqi bəy, xan və padşahların libas və tacını yamsılayan bir "kisvət" geydirilirdi. Oğuz türklərində bu yun və ya ipək parçadan tikilmiş qırmızı "qoftan" ("qaftan"), əslində isə arxalıq olmuşdur və bəy oğlan bu libasda gərdəyə girərmiş. Qaydaya görə, bu "qoftan", (ona "ərgənlik" də deyilir) toydan qırx gün sonra təzəbəyin əynindən çıxarılıb bir fəqir və ya gəzərgi dərvişə pay verilirdi. Qədim zamanlar təzə qohumlaşan ailələrin varlı və ya kasıb olmalarına baxmayaraq, libasın biçimi eyni olmuş, onlar yalnız tikildiyi parça növü ilə fərqlənmişlər.
Sonrakı dövrlərin adətinə görə, qız tərəf oğlan üçün ən azı iki dəst paltar tikdirməli idi. Qızgildən hamam boğçasında göndərilən təsək, arxalıq və toy çuxasından başqa, oğlan anasının doğma oğlu üçün hazırladığı paltarları da bəy oğlan, bir qayda kimi, bəylik hamamında, yaxud toy günü oturduğu bəylik otağında geyinirdi.

Yolkəsdi
Kənd toylarında gəlin aparılan zaman, bir adət-ənənə kimi, məhəllə cavanlarının kəndir-sicim ilə toy alayının qarşısını kəsmək adəti vardır. Burada yolu kəsmiş cavanlara oğlan evi adamları tərəfindən verilən nəmər verilməlidir. Ona daha çox "yolkəsdi nəməri" deyirlər.

Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan Vağzalının sədaları altında oğlan evi qız evinə gəlir. Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymaz. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini 3 dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atarlar ki, aydınlıq olsun. Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Bu evin xanımı olmağına işarədir. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurbanı kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanli olsun, oğlan evinə tez qaynayıb-qarışsın.
Gəlinin qayınanası başına sığal çəkər ki, mehribançılıq olsun. Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun. Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdışla, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı bir ağızdan "xoşbəxt olsun", "oğullu-uşaqlı olsunlar" deyir. Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlirlər.

Qurşaq bağlama, Qurşaqlama
Ərə veriləcək qız üzərində gəlinbəzəmə zamanı, evlənən adaxlı oğlan üzərində isə bəydurma mərasimində icra olunan kəmərtaxdı ayininin başqa adı. Bəzi bölgələrdə təzəgəlinin ər evinə köçüb gəlməsi münasibətilə bəyin yaxın qohumlarınm onun şərəfinə verdiyi qonaqlıq da belə adlanır. Çox vaxt belbağlama ayini də bu adlaçağırılır. Onun "qurşaqvurma / qurşanma" deyiliş şəkli də var.

Kəmər
Xalqımızın əqidəsincə, bu xüsusi məna kəsb edən belbağı qeyri-adi gizli qüvvə, sehr-ovsunla bağlı olub hər qadının ana bətnini bədxah qüvvələrdən hifz edən rəmzi bir vasitə, etibarlı bir sipər olmuşdur.

Üzəçıxdı
Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan üç gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırırlar. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.

Üçgünlük
Masallı, Lənkəran və Sabirabad bölgələrində gəlingətirdi toyundan üç gün sonra çağırılan üzəçıxdı toyuna verilən ad.
Bu gün təzəgəlinin doğma bacıları və bacılığı onun yanına gəlib üçüncü günün anapayısını və dədəsi evində ayaqqabıdan başqa nə qalıbsa, hamısını yığıb ona gətirirlər. Təzəgəlinlə hal-əhval tutub onun anasına xəbər aparırlar.
Qubada bunu "üzə çıxdı", Ağdamda isə "üçgünlük" və ya "duvaq alma" adlandırırlar.

Ayaqaçdı
Gəlini gördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qurulur. Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra əri gəlib aparır. "Ayaqaçdı"dan sonra bəylə gəlin istədikləri vaxt ora gedib gəlirlər.

Nəvəgörmə
Gənc ailədə ilk övladın dünyaya gəlməsi toy-bayrama çevrilir. İlk nəvənin yorğan-döşəyini qız anası salır. Ən gözəl ipəkdən ona yorğan-döşək salınır, beşik alınır. Nəvəni görməyə "qırx" çıxdıqdan sonra gedirlər. Övlad gördüsünə gəlinin ata-anası, bacısı-qardaşı, gəlinləri yığılıb gəlirlər. Bu zaman gəlin üçün nişanda gətirilən kəllə qənd bölünərək gələn qohum əqrabaya paylanar. Körpəyə paltar alırlar. Bu şeylərin hamısını qırmızı lentlə bağlayırlar. Körpəni görəndə isə hamı qundağına nəmər qoyur.


Geri dön

_keleBek_)

  • 10 fevral 2014 17:52
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
tewekkurler............

--------------------

Aydan95

  • 9 fevral 2014 13:50
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler............

ღNəmLi kiprikღ

  • 9 fevral 2014 13:28
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Azeri adetleri cox beyenirem supppa


Üzük xonçası
winked

Qaska_Quli

  • 8 fevral 2014 20:40
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrrrrrrrrrrrr

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 fevral 2014 20:38
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ヅMeQaLeYe GoRe SaGoLuNヅ

KaVkaZ_LoVe

  • 8 fevral 2014 18:34
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
tewekkurler melumata gore.maraqli idi.

--------------------
Iki söz bəs edər sevən ürəyi qırmağa, sonra roman yazsanda nə fayda?...

sonzeng2015

  • 8 fevral 2014 16:13
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
maraqli adetlerimiz var tesekkurler

BaNTiKLi_CiCiWKa:)

  • 8 fevral 2014 13:52
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler maraqli idi

--------------------

Payız qoxulu

  • 8 fevral 2014 13:37
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

Roya_____

  • 8 fevral 2014 13:33
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

prosta barbi

  • 8 fevral 2014 13:28
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
SUPER BEYENDIMMMM TEWEKKUR.............

my angel__

  • 8 fevral 2014 13:16
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Ay ne gozel meqalediii love Allah hamiua qismet elesin..cox sagolun :))

--------------------
Помни, что ты - мое все ❤

Awk bir hayal

  • 8 fevral 2014 13:14
  • Məqalə: 137
  • Şərh: 2783
  • Bal:
{awards}
Tewekkurler Meqaleye gore Legend.az qizlarina hamsina qismet olsun ici mende Amin

Zayn_Malik_fan

  • 8 fevral 2014 12:48
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...Allah hamiya ureyince aile nesib etsin. Amin...

PércyDarkMoon

  • 8 fevral 2014 12:41
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
twk hamiya qismet olsun

--------------------

✵Дорогой✵

  • 8 fevral 2014 12:34
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Meqale ucun tewekkurler

sessiz deniz

  • 8 fevral 2014 12:33
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twk hamiya qismet olsun

1ce2miz3uncanim

  • 8 fevral 2014 12:22
  • Məqalə: 3
  • Şərh: 332
  • Bal:
{awards}
Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan Vağzalının sədaları altında oğlan evi qız evinə gəlir. Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymaz. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini 3 dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atarlar ki, aydınlıq olsun. Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Bu evin xanımı olmağına işarədir. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurbanı kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanli olsun, oğlan evinə tez qaynayıb-qarışsın.
Gəlinin qayınanası başına sığal çəkər ki, mehribançılıq olsun. Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun. Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdışla, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı bir ağızdan "xoşbəxt olsun", "oğullu-uşaqlı olsunlar" deyir. Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlirlər.

Qurşaq bağlama, Qurşaqlama
Ərə veriləcək qız üzərində gəlinbəzəmə zamanı, evlənən adaxlı oğlan üzərində isə bəydurma mərasimində icra olunan kəmərtaxdı ayininin başqa adı. Bəzi bölgələrdə təzəgəlinin ər evinə köçüb gəlməsi münasibətilə bəyin yaxın qohumlarınm onun şərəfinə verdiyi qonaqlıq da belə adlanır. Çox vaxt belbağlama ayini də bu adlaçağırılır. Onun "qurşaqvurma / qurşanma" deyiliş şəkli də var.

Kəmər
Xalqımızın əqidəsincə, bu xüsusi məna kəsb edən belbağı qeyri-adi gizli qüvvə, sehr-ovsunla bağlı olub hər qadının ana bətnini bədxah qüvvələrdən hifz edən rəmzi bir vasitə, etibarlı bir sipər olmuşdur.

Üzəçıxdı
Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan üç gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırırlar. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.

Üçgünlük
Masallı, Lənkəran və Sabirabad bölgələrində gəlingətirdi toyundan üç gün sonra çağırılan üzəçıxdı toyuna verilən ad.
Bu gün təzəgəlinin doğma bacıları və bacılığı onun yanına gəlib üçüncü günün anapayısını və dədəsi evində ayaqqabıdan başqa nə qalıbsa, hamısını yığıb ona gətirirlər. Təzəgəlinlə hal-əhval tutub onun anasına xəbər aparırlar.
Qubada bunu "üzə çıxdı", Ağdamda isə "üçgünlük" və ya "duvaq alma" adlandırırlar.

Ayaqaçdı
Nəvəgörmə

--------------------
insan oz elindekinin deyerini itirdikden sonra bawa duwer amma herwey gec olarrr...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}