Yalan danışmaq şeytanın xüsusiyyətidir

 
Yalan danışmaq şeytanın xüsusiyyətidir

Yalan danışmağa vərdiş edən insanların bir qismi yalanlarının üstü açılanda utanmazlar. Hətta başqa yalanlar danışaraq əvvəlki yalanlarını ört-basdır etməyə çalışarlar. Halbuki, mömin şeytana uyub səhvən yalan söyləsə, bundan utanar, üzü qızarar, dərhal tövbə edərək Allah`dan bağışlanma diləyər və doğrunu söyləyər
Din əxlaqını yaşamayan insanların böyük hissəsi isə bəzən yalan söyləyirlər. İnsanların niyə yalan söylədiklərinə baxsaq, görərik ki, buna bir-birinə bənzər hadisələr səbəb olur. Məsələn, bu insanlardan:

Bəziləri özlərini insanlara nümayiş etdirmək üçün,

Bəziləri təkəbbür və qürurundan,

Bəziləri insanlara şirin görünmək üçün,

Bəziləri mənfəət əldə etmək üçün,

Bəziləri kimdənsə və ya nədənsə xilas olmaq üçün,

Bəziləri isə kiməsə böhtan atmaq üçün yalan söyləyər.


Bu əxlaqa sahib olan insanların böyük hissəsi çox vaxt adi səbəblərdən və ya sırf vərdiş etdikləri üçün yalan söyləyirlər. Bu insanların əksəriyyəti yalanın ciddi şəxsiyyət pozuntusu olduğunu anlamır və yalan söyləyən adamın (Allah`ın izni ilə) yalan danışdığının məlum olduğunu bilmirlər.

Yalançı insanın bəzi xüsusiyyətləri

Daim and içərək inandırmağa çalışır


Dediklərində səmimi olmayan bir insan digərlərini inandırmaq üçün tez-tez and içir. Allah yalançıların bu xüsusiyyətini Quranda bir çox ayə ilə bildirir. Məsələn, bir ayədə Allah münafiqlərin hz. Muhəmmədin (s.ə.v) peyğəmbərliyini qəbul etdiklərinə dair and içdiklərini bildirir. Əslində isə münafiqlər hz. Muhəmmədin (s.ə.v) peyğəmbərliyini qəbul etməmişlər. Buna görə də Allah onların yalançı olduqlarını xəbər vermişdir:

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allah`ın elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! Bu, ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. (Munafiqun surəsi, 1-3)

Ayələrdə də bildirildiyi kimi, ikiüzlülər andlarını yalanlarına, saxtakarlıqlarına sipər edirlər. Allah bir başqa ayədə də münafiqlərin bu xüsusiyyətini belə bildirir:

(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allah`a and içərlər. Lakin onlar qorxaq bir zümrədir. (Tövbə surəsi, 56)

Allah bir başqa ayədə isə daim and içən şəxslərlə əlaqədar belə buyurur:

İtaət etmə hər tez-tez and içənə, alçağa (Qələm surəsi, 10)

Allah`ı şahid gətirərək özünü təmizə çıxarmağa çalışır


Yalançıların and içməkdən başqa üslubları da var. Onlar danışıqlarında tez-tez dindar olduqlarını vurğulayırlar. Məsələn, yalanına inanılmadığı və ya şübhə edildiyi zaman: “Allah mənim qəlbimdəkini bilir”, “Allah şahiddir”, “Əgər doğru deyilsə, Allah buradan çıxmağımı nəsib etməsin”, – deyərlər. Halbuki, bu cür ifadələr belə insanların səmimiyyətsizliklərini gizlətmək üçün istifadə etdikləri üsuldur.

Allah qəlblərində səmimiyyətsizlik olmasına baxmayaraq, Onu şahid göstərən şəxslər haqqında Quranda belə bildirir:

İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allah`ı şahid göstərər. Əslində, o, ən qatı mübahisəçidir. (Bəqərə surəsi, 204)

Səmimi insanın halı və rəftarı isə onun səmimi və dürüst olduğunu göstərir. Həyatının hər anında daim səmimi davranan bir insanın səmimi və dürüst olduğunu sübut etməsinə ehtiyac olmaz, çünki onun səmimi olduğu ətrafındakı insanlar tərəfindən asanlıqla görünür. Ancaq səmimi olmayan insanlar bunu daim sözlə sübut etməyə çalışırlar və qarşılarındakı insanları inandırmağa çalışırlar.

Yalana zəmin hazırlayan giriş cümlələrindən istifadə

And içmək və dini məna verən cümlələrdən istifadə etməklə yanaşı, yalançının yalanlarına zəmin hazırlayan, yalanına əvvəldən inandırmağa çalışan ifadələri olur. “Çox səmimi deyirəm”, “mənə inana bilərsən”, “bütün səmimiyyətimlə söyləyirəm”, “həqiqətən, doğru söyləyirəm” kimi sözlər də bu məqsədlə deyilər.

Yuxarıda qeyd etdiyimiz kimi, münafiqlər Peyğəmbərimizə (s.ə.v) Allah’ın elçisi olduğunu dediklərində sözlərinə: “Şahidlik edirik ki”, – deyə başlayırlar. Sözlərində səmimi olmadıqları üçün giriş cümlələri ilə insanları inandırmağa çalışırlar. Halbuki, Peyğəmbərimizin (s.ə.v) Allah’ın elçisi olduğu məlumdur və bunun üçün birisinin şahidlik etdiyini, səmimi söylədiyini deməyə ehtiyac yoxdur. Səmimi olaraq iman gətirən insan bu cür ifadələrə ehtiyac duymaz. Bir müsəlman “bunu bütün səmimiyyətimlə deyirəm, inana bilərsən” kimi bir cümləni lüzum bilməz, çünki müsəlman hər zaman səmimidir, Allah`ın onu hər an gördüyünü və eşitdiyini bildiyi üçün səmimiyyətsizlik, ikiüzlülük etməz.

Ancaq bu, o demək deyil ki, bu cümlələri deyən hər adam yalan söyləyir. Səmimi insan da lazım olanda bu ifadələrdən istifadə edə bilər. Ancaq yalan söyləyən insanlar bu cür giriş cümlələri və ya yalanlarını dəstəkləyən cümlələrdən tez-tez istifadə edirlər.

Yalançının fiziki görünüşü və bəzi davranışları

Yalançı, ikiüzlü və səmimiyyətsiz insanın davranışları, üzü, səsi və üslubu dürüst və səmimi insandan fərqlənir və o, bu xüsusiyyətləri ilə də özünü ələ verir. Allah Quranda ikiüzlü insanların danışıq tərzlərindən və üzlərindən tanınacaqlarını belə bildirir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Muhəmməd surəsi, 30)

Əgər insan yalan söyləyirsə, deməli, o, ətrafındakılara güvənmir, onları dostları və yaxınları kimi görmür. Həm yaxınlıq duymadığı insanlarla birlikdə olmaqdan, həm də yalanının üstünün açılmasından qorxduğu üçün onun rəftarları da təbii olmaz. Səsi zəif çıxar, gözləri kiçilər. Qarşısındakı insanlara qorxaraq və ya çəkinərək baxar. Səmimiyyətsizliyi, etibarsızlığı və narahatlığı gözlərindən bəlli olar.

Yalan danışmağa adət etmiş şəxslər bəzən yalan danışanda həddindən artıq sakit olur, bir çox insan isə yalan danışanda həyəcanlanır, əlləri tərləyir və narahat olur. Onlarda sakit, dinc ruhlu bir insanın halı olmaz. Yalan söyləyərkən daim gözlərini qaçırar, qarşısındakı insanın gözlərinə baxa bilməzlər. Ancaq ani baxar və ya izdihamlı yerdə özünü başqalarının arxasında gizlətməyə çalışarlar. Yalanın ortaya çıxmasından, gözlərinin onları ələ verməsindən çəkinərlər.

Allah “Hud” surəsindəki bir ayəsində səmimiyyətsiz insanların bu şəkildə özlərini gizlətməyə çalışdıqlarını belə bildirir:

Baxın, onlar ürəklərini qısırlar ki, Allah`dan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, (Allah) onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir. (Hud surəsi, 5)

Yalan söyləyən adam axirəti deyil, yalnız həmin anı düşünür

İnsanın yalan söyləməsinə mane olan əhəmiyyətli həqiqət ölümündən sonrakı sonsuz həyatını, cənnəti və cəhənnəmi düşünməsidir. Bir insana yalan danışmaq və vəziyyətdən xilas olmaq o an üçün çox asan və faydalı çıxış yolu kimi görünür. Ancaq bir insan dünya həyatında nə qədər ağır vəziyyətdə olsa da, bu, axirətdə yaşayacağı əzabla müqayisə edilə bilməz. Elə isə ağıllı və vicdanlı bir insan belə bir vəziyyətlə qarşılaşdığında dərhal axirətdə ala biləcəyi qarşılığı düşünməlidir. Bir anlıq rahatlıq və ya mənfəət üçün həm dünyada, həm də axirətdə hörmətdən düşməyi və əzab içində yaşamağı qəbul etməməlidir. Allah bir ayəsində dünya həyatları üçün axirətlərini verən insanlar haqqında belə buyurur:

Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir. (Bəqərə surəsi, 86)

Dürüst insan isə bəzən çətinlikləri gözə almaq vəziyyətində qala bilər. Ancaq dürüst və səmimi olduğu üçün daim qazanar. Allah onun gözəl əxlaqına görə dünyada və axirətdə ona nemətini, rəhmətini, sevgisini, razılığını bildirər və onu cənnətlə mükafatlandırar. Uca Allah dürüst olan səmimi möminlərin qarşılaşacağı gözəl nəticəsini Quranda belə bildirmişdir:

Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. (Maidə surəsi, 119)


Geri dön

__MB__

  • 8 mart 2014 20:06
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
Allah razı olsun

_keleBek_)

  • 11 fevral 2014 14:50
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
Allah razi olsun..)))))))))))

--------------------

sessiz deniz

  • 11 fevral 2014 12:37
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Yalan danışmağa vərdiş edən insanların bir qismi yalanlarının üstü açılanda utanmazlar. Hətta başqa yalanlar danışaraq əvvəlki yalanlarını ört-basdır etməyə çalışarlar. Halbuki, mömin şeytana uyub səhvən yalan söyləsə, bundan utanar, üzü qızarar, dərhal tövbə edərək Allah`dan bağışlanma diləyər və doğrunu söyləyər
Din əxlaqını yaşamayan insanların böyük hissəsi isə bəzən yalan söyləyirlər. İnsanların niyə yalan söylədiklərinə baxsaq, görərik ki, buna bir-birinə bənzər hadisələr səbəb olur. Məsələn, bu insanlardan:

melek_19

  • 10 fevral 2014 21:28
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsunnn......

--------------------

Aydan95

  • 10 fevral 2014 21:26
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
Bəziləri özlərini insanlara nümayiş etdirmək üçün,

Bəziləri təkəbbür və qürurundan,

Bəziləri insanlara şirin görünmək üçün,

Bəziləri mənfəət əldə etmək üçün,

Bəziləri kimdənsə və ya nədənsə xilas olmaq üçün,

Bəziləri isə kiməsə böhtan atmaq üçün yalan söyləyər.

Angry Boy

  • 10 fevral 2014 21:09
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah razi olsun

^^Nazlı Şeytan^^

  • 10 fevral 2014 20:11
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun

GuNaY_83

  • 10 fevral 2014 19:06
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Bəziləri özlərini insanlara nümayiş etdirmək üçün,

Bəziləri təkəbbür və qürurundan,

Bəziləri insanlara şirin görünmək üçün,

Bəziləri mənfəət əldə etmək üçün,

Bəziləri kimdənsə və ya nədənsə xilas olmaq üçün,

Bəziləri isə kiməsə böhtan atmaq üçün yalan söyləyər.

--------------------

prosta barbi

  • 10 fevral 2014 19:00
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Allah razi olsun..

Payız qoxulu

  • 10 fevral 2014 18:48
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
chox sagolun

--------------------

ÞSÎxx мSÎxx

  • 10 fevral 2014 18:47
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. (Maidə surəsi, 119)

--------------------
asd

so_sad

  • 10 fevral 2014 18:37
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Yalançı insanın bəzi xüsusiyyətləri

Daim and içərək inandırmağa çalışır

Qaska_Quli

  • 10 fevral 2014 17:58
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

PSIXOPATKA

  • 10 fevral 2014 17:49
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN
A

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 fevral 2014 17:42
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun...

Roya_____

  • 10 fevral 2014 17:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}