"Mona Liza" kişi olub?

 
"Mona Liza" kişi olub?


Leonardo Da Vinçiyə əsəri çəkərkən öz köməkçisi olan gənc oğlan modellik edib

Dünyanın ən məşhur rəsm əsərlərindən olan "Mona Liza" ilə bağlı yeni iddia ortaya atılıb. İddialara görə, italiyalı rəssam Leonardo Da Vinçiyə əsəri çəkərkən köməkçisi modellik edib. Bunu İtaliyanın Mədəni Miras Komitəsinin rəhbəri Silvano Vincenti Romada mətbuat nümayəndələrinə verdiyi açıqlamasında deyib. O, bu modelin Salai adlı gənc olduğunu qeyd edib.

Əsl adı Gian Giacomo Kaprotti olan gəncin 16 yaşından rəssama kömək etməyə başladığı və 25 yaşına qədər bu vəzifədə qaldığı bildirilir. Silvano Vincentinin sözlərinə görə, Kaprotti sənətçinin ilham pərisi olub, və onun bir çox əsərləri üçün modellik edib.

Mədəni Miras Komitəsinin rəhbəri onu da bildirib ki, "Mona Liza"nın gözlərində Lenonardoya işarə edən "1" rəqəminin və Salaiyə işarə edən "s" hərfi gizlənib. Komitə rəhbəri məşhur rəssamla köməkçisi arasında məhəbbət ola biləcəyini də iddia edib.

Əsərin 1804-cü ildən bu yana nümayiş edildiyi Parisin Luvr muzeyinin rəsmiləri isə Vincettenin bu iddialarını rədd ediblər. Muzeydən verilən açıqlamada tablonun 2004-2009-cu illərdə laboratoriyada tədqiq edildiyi və bu zaman heç bir hərf və ya rəqəmə rast gəlinmədiyi vurğulanıb.


Geri dön

hellgirl

  • 20 may 2011 19:11
  • Məqalə: 2
  • Şərh: 61
  • Bal:
uyhgıçləş,iojkıə\

Ulya

  • 4 fevral 2011 12:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

Zülfiyye

  • 4 fevral 2011 06:37
  • Məqalə: 4
  • Şərh: 34
  • Bal:
{awards}
Duzdur bu qadinda bir az kobudlug var.Amma inanmagim gelmir.
tewekkurler.

--------------------

Lexikon

  • 4 fevral 2011 02:35
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
eziyete gore twk

Made_In_Bakinka

  • 4 fevral 2011 01:30
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

BeAuTy_LaDy

  • 4 fevral 2011 00:48
  • Məqalə: 9
  • Şərh: 621
  • Bal:
{awards}
Biy ele oxwayirdi.... tewekkurler melumata gore wink

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

YazYamuru

  • 4 fevral 2011 00:42
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏ BELƏ DEEEEEE recourse TŞK MÜƏLLİİİİİİİFFF feel

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}