9 döyüşün hamısında nokautla qalib gələn peşəkar boksçu Azərbaycanı seçdi

 
9 döyüşün hamısında nokautla qalib gələn peşəkar boksçu Azərbaycanı seçdi

Azərbaycan bayrağı altında çıxış edən və keçirdiyi 9 görüşün hamısını nokautla başa vuran peşəkar boksçu Maqomed Abdusalamov bu günlərdə Dağıstanın Mahaçqala şəhərinə baş çəkib. Bundan istifadə edən Dağıstanın “Stadion” qəzetinin əməkdaşları 29 yaşlı boksçudan müsahibə alıblar. Müsahibəni kiçik ixtisarla nəzərinizə çatdırırıq.

- Mahaçqalada nə qədər qalacaqsınız?
-20 günə yaxın. Bu müddət ərzində iki qızım üçün Amerikaya viza alınmalıdır. Axırıncı dəfə onlarsız getməli oldum. Yoldaşıma viza verdilər, amma qızlara yox. Həm də Azərbaycan tərəfi ilə danışıqların yekunlaşmasını gözləyirəm. Mənə indi Azərbaycan tərəfi sponsorluq edir.

- Buna görə artıq Azərbaycanın bayrağı altında çıxış edirsiniz?
-Neynəyim ki, Rusiyada mənə sponsor tapılmadı. Azərbaycanlılar isə mənə dəstək oldular.

- Siz onlarla necə əlaqə yaratdınız?
-Mən onları tapmamışam. Menecerim Qamzat Ağayev Azərbaycan tərəfi ilə əlaqə saxladı. Q. Ağayev həm də Azərbaycan Boks Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır. O, mənim haqqımda federasiyanın prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərova danışıb. Kəmaləddin Heydərov Azərbaycanda böyük nüfuza malik insandır. O, mənə kömək göstərilməsi barədə göstəriş verdi. Əvvəlcə şifahi razılığa gəlmişdik. İndi isə yazılı müqavilə imzalamaq lazımdır. Müqavilənin bəzi şərtlərinə isə yenidən baxmalıyıq.

- Söhbət sponsorlar qarşısında yeni maliyyə şərtlərinin irəli sürülməsindən gedir?
-İndi mən daha yüksək səviyyədə çıxış etməyə başlamışam. Bu səbəbdən də karyeramı davam etdirmək üçün bir qədər fərqli maliyyə vəsaiti lazımdır. Hər dəfə daha səviyyəli idmançılarla döyüşməli oluram. Təbii ki, onlar da daha çox qonorar tələb edirlər. Peşəkar boksda sistem belədir: əgər sən kimisə döyüşə çağırırsansa, pulu da sən ödəməlisən. Bundan başqa məşqçilərə verməyə, həmçinin mənim yaşayışım və qidalanmam üçün də pul lazımdır.

- Bəs məşqdəki rəqiblərə pul ödəmirsiniz?
-İndi artıq onlara da pul vermək lazım gələcək. Buna qədər məşq etdiyim adamlarla döyüşürdüm. Son vaxtlar mən çox məhşur boksçularla – Oliver Makkolom və Fres Okendo ilə sparinq görüşləri keçirmişəm. Onlar peşəkar rinqdə onlarla döyüşə çıxıblar, özü də ən tanınmış idmançılarla, dünya çempionları ilə. Bu günlərdə Evander Holifildlə döyüşmüş Şerman Uilyamsla da məşq etmişəm.

- Reytinq cədvəlində ön sıralarda olan boksçularla qarşılaşmaq üçün nə dərəcədə hazırsan? Daha təcrübəli sparinq-tərəfdaşlarının yanında necə təsir bağışlayırsan?

-Hiss edirəm ki, onlardan güclüyəm. Əlbəttə, biz məşqdə tam gücümüzü qoymuruq. Amma bəzən kifayət qədər sərt formada məşq edirik. Mənə elə gəlir ki, onlar hətta bir az çəkinirlər. Axı mənim zərbələrim qüvvətlidir. Bu da əsas üstünlüyümdür. Hiss edirəm ki, mənimlə məşq etməkdə o qədər də maraqlı deyillər.

- Rəqiblərin seçimi ilə kim məşğul olur?
-Komandamıza məşqçilərlə birgə 6-7 nəfər daxildir. Onlardan ikisi – Qamzat Ağayev və Boris Qrinberq Sultan İbrahimovla işləyiblər. Promouter şirkətlərindən yaxşı təkliflər alsaq da, hələ ki işin öhdəsindən özümüz gəlirik. Bu işdə tələsməmək lazımdır. Menecerlərim məni Amerika məsəlinə - “step bay step”ə - adım-addım irəliləməyə çağırırlar. Karyeramda 14-15 döyüş olduqdan sonra promouter şirkətləri ilə danışıb daha sərfəli şərtlərlə müqavilə bağlamaq olar.

- Sən ilk onluqda olan boksçularla döyüşmək üçün hələ nə qədər gözləməlisən?

-Günü bu gün ilk onluqda olan boksçuları döyüşə çağıra bilərəm. Hiss edirəm ki, buna hazıram. Amma məşqçilər tələsməməyi və daha bir neçə görüş keçirməyi təklif edirlər. Belə də edəcəm, məqsədimə addım-addım yaxınlaşacam. Əgər hər şey planlaşdırdığımız kimi getsə, bu il titul uğrunda ilk döyüşə çıxacam. Təklif var ki, İnterkontinental kəmər uğrunda döyüşü Bakıda Dünya çempionatı gedən ərəfədə təşkil edək. Əminəm ki, bu ideya təşkilatçılarında xoşuna gələcək.


Geri dön

_RONALDO_

  • 14 may 2011 12:10
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
yene bizler sahib cixdi

--------------------

Yusif

  • 9 fevral 2011 12:39
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
wink wink smile

sevgim

  • 5 fevral 2011 16:14
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
wink yene bizler sahib cixdi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Ulya

  • 5 fevral 2011 15:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
hm winked

Ucube_cocuk

  • 5 fevral 2011 15:47
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
peşəkardı ki
bully

bully tongue

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

gul_93

  • 5 fevral 2011 15:29
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
bully lol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}