Qızlar arasında qısqanclıq

 
Qızlar arasında qısqanclıq

[center]Həyatda bizim sevdiyimiz insanlar yalnız valideynlərimiz, ailə üzvlərimiz deyil. Sevdiyimiz insanlar sırasına məktəbdə, universitetdə bizlə birgə oxuyan həmyaşıdlarımızı, iş yoldaşlarımızı və s. aid edə bilərik. Onların hər birinin həyatımızda tutduqları yer bizim onlara verdiyimiz statusdan asılıdır. Kimisinə adi bir tanış, kimisinə yoldaş, kimisinə yaxın insan və s. adını verərik. Lakin vaxtımızı birgə keçirdiyimiz, sirlərimizi paylaşdığımız və ya yanımızda olmasa belə emosional bağlılığımız olan insanlar olur ki, biz onu "rəfiqə” adlandırırıq. Bəs rəfiqəmizlə konflikt yaşayırıqmı? Müşahidələr rəfiqələr arasında yaranan konfliktlərin əsas səbəbinin qısqanclıq olduğunu göstərir. Rəfiqə sözünün məhz qadınlara aid olduğunu, qadınların isə emosional, hislərə önəm verən biri olduğunu bilirik. Bu səbəbdən qadınların rəfiqəlik münasibəti qısqanclıq hissi olmadan ötüşmür. Bəs rəfiqələr arasında olan qısqanclıq hissi nədən yaranar? Ümumiyyətlə rəfiqələr arasında olan qısqanclıq normal hal hesab olunurmu?
İtirmək qorxusu. Çox zaman qısqanclığın yaranma səbəbi kimi məhz itirmək qorxusu ön planda durur. Bəs həqiqətənmi qısqanclıq itirmək qorxusundan yaranır? Bu sualın cavabı qısqanclıq hissi keçirən insanın keçmişindən, yaşadıqlarından və bizə qədər olan rəfiqəlik münasibətlərindən də asılıdır. Əgər rəfiqəlik etdiyimiz şəxsin keçmiş rəfiqəsi ilə münasibətində itirmək qorxusu ilə bağlı travma yaranıbsa onun bizi aşırı dərəcədə qısqanması mümkün haldır. Bu mövzunu onunla müzakirə etməklə bu halı aradan qaldırmaq olar.
Qısqanclıq, yoxsa paxıllıq? Qısqanclığın bir növü də məhz paxıllıq hissindən doğar. Rəfiqəmizin həyat tərzinə, onun əldə etdiklərinə və bir çox uğurlarına paxıllıq hissi ilə yanaşmaq bizim öz daxili dünyamızı məhv edər. İçimizdə rəfiqəmizə qarşı paxıllıq hissi varsa münasibətlərə göz gəzdirmək vaxtıdır. Onun bizim üçün əsl rəfiqə olması şübhə altındadır.
Ona paxıllıq edəcəyimiz zamanı özümüzə sərf edib daha böyük uğurlara imza
ata bilərik.
Qibtə hissi. Əslində paxıllıq hissi heç də bütün hallarda neqativ mənalı olmur. Paxıllığın qarşımızdakı insana olan qibtə hissindən yaranması onu qısqanclıq formasında təzahür etdirər. Rəfiqəmizin ona olan qibtə hissimizi paxıllıq, yaxud qısqanclıq kimi anlamasından ehtiyat edərək onun uğurlarına və sevincinə şərik olduğumuzu ona hiss etdirək.
Qısqanclıq sevginin ölçüsüdürmü? Rəfiqəmizi başqası ilə bölüşmək qorxusu, yaxud da bizə olan sevgisinin azalacağından narahat olmamız bizdə normal sayılan qısqanclıq yarada bilər. Lakin bu qorxu qarşımızdakı insanı bizdən bezdirməyə xidmət edərsə və insani münasibətləri öldürəcək həddə gəlib çatarsa burada sevginin ölçüsündən söhbət belə gedə bilməz.
Qısqanclıq zəiflikdirmi? Bəli, əslində qısqanclıq bizim özümüzün özümüzə qarşı ən böyük zəifliyimizdir. Rəfiqəmizi başqasına qısqanmağa sərf etdiyimiz vaxtı onun həyatındakı yerimizi böyütməyə sərf etsək həm özümüzə güvənimiz artar, həm də onun üçün ən dəyərli insanlardan biri olarıq.
Qısqanclığımızı nifrətə çevirməyək. İnsanın həyatımızdakı rolundan asılı olaraq ona duyduğumuz qısqanclığın bizdə yaratdığı əlavə hislər və həmin insana qarşı duyduğumuz münasibət fərqli olur. Məhz rəfiqəmizin bizlə eyni cinsdən olması qısqanclığımızın ona qarşı nifrət yaratmasına səbəb olar. Bu halda rəfiqəliyimizin pozitiv münasibətlər üzərində qurulmadığı aşkarlanar.
Qısqandığımız insan həqiqətən rəfiqəmizdirmi? Əslində "rəfiqə” sözü nisbidir və hər kəs üçün müxtəlif mənalar kəsb edir. Qısqandığımız şəxsin bizim üçün hansı mənanı ifadə etdiyinə diqqət yetirək. Bəlkə rəfiqə dediyimiz insanla məcburiyyətdən, yaxud da vaxt keçirmək istəyindən münasibət qurmuşuq? Rəfiqəmizlə məhz nə üçün rəfiqə olduğumuzu düşünək, ilk tanışlığımızı xatırlamağa çalışaq. Əgər ona qarşı bəslədiyimiz hislər neqativdirsə və qısqanclıq bizə rahatlıq vermirsə, o zaman ondan uzaqlaşmağın vaxtıdır. Bunu tək onun üçün deyil, özümüz üçün də edək: həyatımızı sağlam münasibətlər üzərində qurmaq bizi daha xoşbəxt edər.
[/center]


Geri dön

ÞSÎxx мSÎxx

  • 13 mart 2014 21:11
  • Məqalə: 51
  • Şərh: 1989
  • Bal:
мəqaւəyə görə тəşəккürւər^^


sadasd

--------------------
asd

BaNTiKLi_CiCiWKa

  • 2 mart 2014 10:45
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
tesekkurler meqaleye gore

--------------------

PércyDarkMoon

  • 1 mart 2014 21:06
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
tewekkurler ureyim ellerine saglig

--------------------

Y.R(M)

  • 1 mart 2014 17:13
  • Məqalə: 0
  • Şərh: 281
  • Bal:
{awards}
tewekkurler melumata gore

--------------------
MəN AtamıN Şəhzadəsİ OlaraQ BöyümüşəM.. KiminsƏ OğlU GəliB Mənİ AğladA BilməZ..!!!!!

__MB__

  • 21 fevral 2014 19:35
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərr

Damlam

  • 19 fevral 2014 19:26
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
HEYATIMIN MENASI OMRUMUN ANTENASII

--------------------
http:///user/İmza/

askim P

  • 19 fevral 2014 16:09
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
hmmm twewkkurlerrrrrrrrr

--------------------
Men demiwdimki sene, birde bura girsem Allah meni sevdiklerimin yanina tez alsin baxxx geldim dedim belke tez getdim onlarin yanina...... belke onlarin yanindasa rahat oldum cunki bu dunyada yasamaq mumkun deyil..

_keleBek_)

  • 17 fevral 2014 12:48
  • Məqalə: 63
  • Şərh: 3013
  • Bal:
{awards}
tewekkurler
[hide][/hide]

--------------------

--------------------

Payız qoxulu

  • 16 fevral 2014 18:43
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
men qisqancaam ...ama baxur adamina fellow

--------------------

melek_19

  • 16 fevral 2014 16:59
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

so_sad

  • 16 fevral 2014 14:20
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
• Qısqanclığımızı nifrətə çevirməyək. İnsanın həyatımızdakı rolundan asılı olaraq ona duyduğumuz qısqanclığın bizdə yaratdığı əlavə hislər və həmin insana qarşı duyduğumuz münasibət fərqli olur. Məhz rəfiqəmizin bizlə eyni cinsdən olması qısqanclığımızın ona qarşı nifrət yaratmasına səbəb olar. Bu halda rəfiqəliyimizin pozitiv münasibətlər üzərində qurulmadığı aşkarlanar.

Roya_____

  • 16 fevral 2014 12:53
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurler

Banned456

  • 16 fevral 2014 12:27
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Çoooooox sağoLuuun =))

Qaska_Quli

  • 16 fevral 2014 11:55
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
sagol canimmmmmm

--------------------

Roya_____

  • 16 fevral 2014 11:51
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Men şexsen çox qısqancam

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 61

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}