İndi deyilsə sabah

 
  • 4.02.2011, 14:56
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
İndi deyilsə sabah


Sarıl mənə və heç bir şey söyləmə yalnız sarıl mənə..
Baxışın yetir gedəcəyini anlamama..
Sarıl mənə.. İlk dəfə sarılırmışsan kimi…
Sanki məni bu gün də dünənki qədər sevirmişsən kimi…
Əgər getsən; sənə olan sevgimi unudacaqsan.. Həyatımı sənə həsr etdiyimi unudacaqsan..
Əgər getsən apardığın heç bir şey artıq "bizim" olmayacaq.. Mənə qalan tək şey sonsuzluq olacaq…


Sarıl mənə və heç bir şey söyləmə yalnız sarıl mənə..
Getməyini istəmirəm amma çox yaxşı bilirəm ki gedəcəksən…
Sarıl mənə.. İlk dəfə sarılırmışsan kimi…
Sanki məni bu gün də dünənki qədər sevirmişsən kimi…
Əgər getsən geridə yalnız səssizlik qalacaq… "Təklik" yoldaşım olacaq…
Əgər getsən səninlə birlikdə zaman da gedəcək.. Hər gün daha çox sevərək dönməyini gözləyəcəyəm..

"Bir-birinə aid iki ürəyi nə qədər müddət ayrı tuta bilərsən?"
Kaş ki axan zamanı dayandıra bilsəydik.. Yalnız sənin və mənim olduğum bir anda dayansaydı həyat... Səni o anla xatırlasam həmişə.. O bənzərsiz gülüşün o sonsuzluğa açılan gözlərinlə yaşasam qalan ömürümü.. Yanındaykən hiss etdiklərim təkrar canlansa içimdə..

Ya da səni düşünərək yuxuya getdiyim gecələrdən birinin səhərində oyansam.. Və sən deyə bir şey olmasa artıq... Səni o gecənin yuxusunda buraxmış olsam. Nə bir cümlənin içində sənlə mən olmuş olsaq; nə də hər hansı bir zaman dilimində səninlə qarşılaşmış olsaq. O yağışda sən çıxıb gəlməsən. O gəmidə başını çiyinimə qoymuş olmasan. Və hər zaman xəyal olaraq qalsan !!!


O zaman bəlkə yoluma həyatıma davam edə bilərəm.
Daha nə qədər hər gün azalan bir ümidlə daha nə qədər bir yerlərdə məni izləyirmisən kimi yaşanar.. Daha nə qədər bu CAN ağrısıyla bu qanayan yarayla davam edə bilərəm? Bədənimdən qaçmaq üçün çırpınan ürəyimi; daha nə qədər eşitməzlikdən gələ bilərəm..?


Bir-birinə aid iki ürəyi bir-birindən nə qədər uzağa da sürsən
Nə qədər uzaq zamanların içində də itirsən
Dönüb bir-birlərini tapmadan nəfəs ala bilməzlər.
İndi deyilsə sabah
Sabah deyilsə bir gün...


Geri dön

Ulya

  • 4 fevral 2011 16:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

Lexikon

  • 4 fevral 2011 15:06
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Indi deyilsen bes hacan?muelife tewekur..........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 22

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}