Nömrələrin daşınması haqda nə bilirik?

 
Nömrələrin daşınması haqda nə bilirik?

Bildiyimiz kimi, mobil operatorlar artıq nömrə daşınma xidmətini tətbiq etməyə başlayıblar. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, indi abonent istifadə etdiyi nömrəsini başqa şirkətin abunəçisi kimi də istifadə edə bilər.

Nə zaman nömrə daşınması mümkün deyil?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hələ ötən ildən təsdiq etdiyi qaydalara əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər şəbəkəyə daşınması abunəçinin müraciəti əsasında 6 gün müddətində həyata keçirilir. Abunəçinin hesabında borc varsa, nömrənin daşınması ilə bağlı şəxsi məlumatlar natamamdırsa, daşınması tələb olunan nömrənin abunəçiyə aidliyi sübut edilmirsə, nömrənin bir şəbəkədən digər şəbəkəyə daşınması mümkün olmaya bilər.

Şərtlər

Daşınması tələb olunan nömrə mövcud olduqda və nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu halda abunəçi istifadə etdiyi şəbəkə operatoru ilə müqaviləni dayandırır və şəbəkəsinə keçmək istədiyi operatorla müqavilə bağlayır. Abunəçinin müqaviləsi, başqa sənədləri mərkəzi baza sisteminə daxil edilir. Daşınmış nömrənin digər şəbəkəyə yenidən daşınması, sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər. Buna görə də abunəçilərin şirkətləri dəyişərkən hərtərəfli düşünməsi, mobil operatora qarşı olan tələblərini, almaq istədiyi xidmət səviyyəsini, tarifləri, servis çeşidini özü üçün müəyyən etdikdən sonra qərar verməsi tövsiyə olunur.

Hər şeyin təzəsi, nömrənin köhnəsi...

Mobil Nömrələrin daşıma sistemi abunəçilər üçün çox müsbət şərait yaradır.

Yuxarıda sadalanan bütün məsələlər aydındır. Amma eyni zamanda abunəçilərə qaranlıq qalan bir neçə məqam da var. “Qafqazinfo” da oxucular və ictimaiyyət üçün aydın olmayan bir neçə məqamı araşdırıb.

Birincisi, nömrə daşınma xidməti o demək deyil ki, sən nömrəni dəyişirsən. Belə ki, sizin nömrəniz 051-lə (070,055,071) başlayırsa, siz bu xidmətdən istifadə edib başqa operatora keçirsiniz. Bu zaman siz yenə də əvvəl istifadə etdiyiniz nömrədə qalırsınız, yəni tutaq ki, Bakcell-dən Azercell-ə, və ya Azercell-dən Bakcell-ə keçirsizsə, nömrənizin əvvəlindəki kod dəyişmir.

İkincisi, nömrə daşınması həyata keçirildikdən sonra prefikslərlə nömrənin hansı operatora aid olmasını təyin etmək mümkün deyil. (077, 070, 055, 051, 050 ilə başlayan Azercell, Narmobile, Bakcell operatorları ola bilər). Operatorların qarşı tərəfin bunu necə müəyyənləşdirəcəyi ilə bağlı məsələ isə ictimaiyyətə açıqlanmayıb.

Azercell şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Qafqazinfo-ya bildiriblər ki, nömrə daşınması xidmətindən istifadə edən şəxs müvafiq qaydalara əməl edir. Yəni kim nömrəsini məsələn, Azercell ola-ola başqa tarifə daşıyıbsa, qaydalar yalnız ona aiddir.

Tutaq ki, nömrəniz 070-lə başlayırsa, yeni xidmətdən istifadə edib Azercell-ə keçmisinizsə, sizə zəng vuran şəxslərin narahatlığına heç bir səbəb yoxdur. Çünki bu, yalnız nömrə daşıyan tərəfə aiddir, zəng edən tərəf isə hansı operatora məxsus olan abonentə zəng vurubsa, o miqdarda kontur xərcləyəcək.

Əgər hər iki abunəçinin nömrəsi daşınmış olarsa, bu zaman siqnal səsi eşidiləcək. Abunəçiyə aydın olacaq ki, qarşı tərəf də nömrə daşınma xidmətindən istifadə edib”
.


Geri dön

Payız qoxulu

  • 17 fevral 2014 19:59
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
tewekkurler

--------------------

Damlam

  • 17 fevral 2014 18:42
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
hhhhhhhhhhhmmmmmmmmm sag olun feel

--------------------
http:///user/İmza/

^^YeRaZKa MeLeK^^

  • 17 fevral 2014 17:40
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Xebiwe gore twk

--------------------

Banned549678

  • 17 fevral 2014 15:52
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çoooooox sağoLuuun ◕‿◕


Çoooooox sağoLuuun ◕‿◕

melek_19

  • 17 fevral 2014 15:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun......

--------------------

PSIXOPATKA

  • 17 fevral 2014 14:43
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GORE TWK

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 17 fevral 2014 14:17
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
cox sagol:)

Nermin_92

  • 17 fevral 2014 11:26
  • Məqalə: 0
  • Şərh: 174
  • Bal:
{awards}
tewekkurler

--------------------
"Tək ehtiyacım, birazcıq sən..."

Qaska_Quli

  • 17 fevral 2014 10:34
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
sagolunnnnnnnnnn

--------------------

Roya_____

  • 17 fevral 2014 10:32
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

ღKiRaZ MeVsİmCiღ

  • 17 fevral 2014 08:43
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 56
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}