Yaxşı dost sevgili olar?

 
  • 4.02.2011, 15:38
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
Yaxşı dost sevgili olar?


Həyatda ən böyük sirlərimizi paylaşdığımız, ən çox zaman keçirdiyimiz bəlkə də ən çox tanıma imkanı tapdığımız kəslərdir dostlarımız...Bir kişilə bir qadının dostluğu haqda hər kəsin bir fikri vardır mütləq... Kimisi kişilə qadın əsla dost ola bilməz deyərkən möhkəm dostluqlar quranlar təkzib edir bu vəziyyəti.

Və onlar üçün belə daha rahatdı.Sorğusuz sualsız yanımızda olarlar, böyük qısqanclıqlara, narahat edici mübahisələrə girməzlər. Küssək belə üz-üzə gəldiyimizdə qəhqəhələrlə dağılar incikliklərimiz.... Hal belə olanda bəzilərimizin ağılından keçər "bu qədər yaxşı razılaşırıqsa niyə sevgili deyilik?!" deyə. Bax bunun cavabı əslində problemin özündə gizlidir...

Sevgilili olmadığınız üçün yaxşı razılaşarsınız və yaxşı razılaşdığınız üçün sevgili olmaqdan qorxarsınız. Qəribə bir cümlə oldu eləmi? Amma vəziyyət cümlənin özündən daha da qəribədir. Sevgili sizi gün içində mütləq axtarmalı, həyatındakı əlaqələrə daha çox diqqət yetirməli, sizi xoşbəxt etməli, sizincun darıxmalı, sizə zaman ayırmalı daim sizi düşünməli… Bu siyahı beləcə uzanıb gedər...Gözləmələr artdıqca, xəyal qırıqlıqları artar... Anlaşılmazlıqlar, mübahisələr, mənfiliklər baş qaldırar. Uyğun olmadığımızı və razılaşa bilmədiyimizi düşünərik. Sonra gəlsin ayrılıqlar…

Dostlarımızdan tək gözlədiyimiz isə yanımızda olmalarıdır. Bu qədər!
Telefonu niyə eşitmədin deyə danlamarıq.)) Seçkilərini tənqid etmək yerinə çox vaxt dəstək olarıq, azad buraxarıq... Sevdikləri qədər sevərlər, çoxu üçün məcbur etmərik... Rahatıq və həqiqətən yanlarında olmaq istədiyimiz üçün ordayıq. Məcbur etmə yoxdur. Başqa sözlə anlaşılmazlıqlar böyük davalara çevrilməz, çünki dost, elədir onu elə qəbul edirik...

Həyatımızda olmasından kef aldığımız, məmnuniyyət duyduğumuz insanla olan dostluq əlaqəmizi də təhlükəyə atmaqdan qorxarıq. Sevgilili olma fikrini onunla paylaşsam hər şey pozular deyə düşünüb cəsarət edə bilmərik. Bəzilərimizsə bu fikri heç düşünməzlər belə , o gözlə baxmazlar. Əlaqələr gəlib keçicidir, dostluqlarsa qalıcıdır deye...

Yaxşı bu dostluq zamanla sevgiliyə necə dəyişir? Ya da əslində əvvəlindən bəri var olduğu halda, varlığını inkar edib maneə törətməyəmi çalışarıq? Bu nöqtədə bir az fərqli fikirlər yaranır. Kişilər bəyənmələrini qarşı cinsə ifadə etməkdə cəsarət tapa bilər amma qadının "hmm demeli bu qədər vaxtdır başqa gözlə baxırsanmış" cavabından qorxar, qadınlarsa cəsarət belə etməz ‘xeyr' cavabından qorxar...amma nəcürsə söhbət açılar. Dost olub sonradan evlənənlər "onu hamidan yaxsi tanıyıram,məni yaxşı anlayır" deyirlər.

Vəziyyət həqiqətən sirrlidir. Əslində dostluğun evliliklə bitməsi şərt deyil. Çox yaxşı dost olduqları halda başqa fikrə düşə bilməyən insanlar bunun səbəbini çox yaxşı dost olmalarına bağlayır. Çünki dost olmaq sonuna qədər açıq olmaqdır, halbuki əlaqələrdə sirrli bir tərəf qalmalıdır mütləq. Sirr bizi qarşımızdakı insana çəkən, onu kəşf etmə arzusu saxlayan bir faktordur. Evliliklərin zamanla monotonlaşması, həyəcan qalmadığı üçün edilən gileylər bu sirrin zamanla itməsindən qaynaqlana bilir...Ən yaxşı qadın və kişi dostlugu olanlar düşünür ki"Dostluqdan evliliyə 1 addım vardır deyənlər bəlkədə heçvaxt əsl dostluqla rastlaşmayıb"

Bes sizin fikrivizce oglanla qizin dostlugu ola ve sevgiye cevrile bilermi?


Geri dön

Yusif

  • 9 fevral 2011 17:21
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:

/?????????

ILuVia

  • 4 fevral 2011 19:00
  • Məqalə: 11
  • Şərh: 235
  • Bal:
{awards}
Dostluqdan evliliyə 1 addım vardır deyənlər bəlkədə heçvaxt əsl dostluqla rastlaşmayıb"
bu fikirle razilashiram!!!

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Ulya

  • 4 fevral 2011 16:16
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
mene gore yox

CandyGirl

  • 4 fevral 2011 16:03
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
yoxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 49
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}