Çayla bağlı qadağalar

 
Çayla bağlı qadağalar


Çayın insan orqanizminə xeyirli tərəfləri haqqında yəqin ki, çox eşitmişiniz, amma onun insan orqanizmi üçün zərərli cəhətləri də vardır və məhz hansı hallarda çay içməyin fayda deyil, ziyan verdiyini bilmək gərək ki, maraqlı olar. Ona görə də bu içkinin qəbuluna düzgün yanaşma tətbiq etmək lazımdır. Çin çay mədəniyyətində çayın zərər yetirə biləcəyi hallar ilə bağlı xüsusi mühakimələr formalaşıb və onlar “On çay qadağasında” toplanmışdır.

1. Ac qarına çay

Ac mədəyə tünd çay içdikdə, çayın sərinləşdirici təbiəti insan orqanizminə daxil olur və bu zaman o, mədə və dalağı soyuda bilər, bu isə “ac canavarın evə girməsinə” bərabərdir. Hələ qədim dövrlərdə Çində ac qarına çay içməməyi tövsiyə edirdilər

2. Qaynar çay

Həddindən artıq isti çay boğazın, qida borusunun və mədənin qıcıqlanmasına səbəb olur. Qaynar çaydan uzunmüddətli və davamlı istifadə bu orqanların ciddi xəsarət almasına və şəkil dəyişməsinə səbəb ola bilər. Əcnəbi alimlərin araşdırmasına əsasən 62 dərəcədən yüksək temperatura malik çay içdikdə, bu mədə divarlarının həssaslığını və zədələnmə meylini artırır və müxtəlif mədə xəstəliklərinin əlamətləri ilə müşayiət olunur. Çayın temperaturu 56 dərəcəni aşmalı deyil.

3. Soyuq çay

Eyni zamanda isti və qaynar çay insana gümrahlıq gətirdiyi və insanın şüur və nəzərlərini daha açıq və oyaq etdiyi halda, soyuq çat əks effektlər verir: soyuqdan durğunluq yaranır və rütubətlik artır.

4. Olduqca tünd çay

Çayın tərkibindəki yüksək kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa gətirib çıxara bilər.

5. Çox dəm almış çay

Əgər çayı həddindən artıq uzun müddət ərzində dəmləsən, çay polifenolları və efir yağları öz-özünə turşulaşmağa başlayır. bu çayı təkcə şəffaflıqdan, ləziz daddan, keyfiyyət və gözəl ətirdən məhrum etmir, həm də çayın yarpaqlarındakı C və P vitaminlərinin, amin turşularının və digər dəyərli maddələrin turşulaşması nəticəsində çayın qidalandırıcı xüsusiyyətini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə dəmdə olarkən çay ətraf aləmin təsirinə məruz qalır, əgər çay istidə həddindən artıq əldən düşərsə, onda onun tərkibindəki mikro orqanizmlərin (bakteriya və göbələklər) artmasına səbəb olur.

6. Təkrar və dəfələrlə dəmlənmiş çay

Adətən üçüncü və ya dördüncü dəmdən sonra çay yarpaqlarında demək olar ki, heç nə qalmır. Eksperimentlər göstərir ki, birinci dəmləmə çay yarpaqlarındakı xeyirli maddələrin demək olar ki 50%-nı çıxarır, ikincisi isə 30%, üçüncü dəmdə bu cəmi 10% edir. Dördüncü dəmdə də 1-3% əldə etmək mümkün ola bilər.

Əgər çayı dəmləməyə davam etsəniz, onda içkinin tərkibində zərərli maddələr də peyda olacaq, bu maddələr çay yarpaqlarının çox cüzi hissəsinin tərkibində olur. Çay dəmləndikdə onlar ən axırda cövhərin tərkibinə daxil olur.

7. Yeməkdən öncə çay

Yeməkdən öncə içilmiş böyük miqdarda çay selikli qişanın yuyulmasına səbəb olur ki, bu zaman yemək sizə dadsız görünür, həmçinin həzm orqanları tərəfindən proteinin mənimsənməsində ləngimə baş verə bilər. Beləliklə, çayı ən azı yeməkdən 20-30 dəqiqə əvvəl içsəniz daha yaxşıdır

8. Yeməkdən dərhal sonra çay


Yeməkdən dərhal sonra istənilən zəngin içki mədə şirəsinin konsentrasiyasının nəzərə çarpacaq qədər azalmasına gətirib çıxarır, bu isə həzmi zəiflədir və bütün həzm orqanlarının fəaliyyətini pozur. Əgər yeməkdən sonra çay içmək istəsəniz 20-30 dəqiqə gözləyin.

9. Çayla dərman içmək

Çayın tərkibində olan aşılayıcı maddələr parçalanaraq tanin əmələ gətirir, bu maddənin təsiri nəticəsində isə bir çox dərmanlar qalıq verir və yaxşı həll olunmur.

Buna görə də çinlilər deyir ki, çay dərmanı dağıdır.

10. Dünəndən qalmış (köhnə) çay

Bir sutkadan artıq ömrü olan çay nəinki tərkibindəki vitaminləri itirir, həm də bakteriyaların formalaşması üçün ideal ortama çevrilir. Əgər çay korlanmayıbsa onu müalicəvi məqsədlər üçün istifadə etmək olar, amma yalnız zahirdən istifadə olunan vasitə kimi. Belə ki, gün ərzində qalmış çayın tərkibi turşular və ftorla zəngindir, onlar isə kapillyarlardan qanaxmanın qarşısını alır. Ona görə dünəndən qalma çay ağız boşluğunda iltihablar, dildə ağrılar, ekzema, damaqların qanaması, dəri səthində zədələr zamanı kömək edir. Həmçinin göz qapaqlarında müəyyən qızartılar yarandıqda və ya ağladıqdan sonra gözləri çayla silmək xeyirlidir.


Geri dön

Banned549678

  • 18 fevral 2014 15:50
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
→вəγαz мəℓək

melek_19

  • 18 fevral 2014 14:57
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Maraqlidir.....

--------------------

Aydan95

  • 18 fevral 2014 14:50
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

prosta barbi

  • 18 fevral 2014 10:59
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

Roya_____

  • 18 fevral 2014 10:55
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

Qaska_Quli

  • 18 fevral 2014 10:42
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrrr

--------------------

Damlam

  • 17 fevral 2014 20:27
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
sufreye cay gelsin caaaaaaaaayyyyyyyy.......
lol

--------------------
http:///user/İmza/

Payız qoxulu

  • 17 fevral 2014 19:16
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler melumatcun

--------------------

ღNəmLi kiprikღ

  • 17 fevral 2014 19:15
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler melumat ucun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}