Eşqim başıma bəla..
Ürəyin olub qala-
Bayırda qalmışam mən,
Buludtək dolmuşam mən...
Qapıları bağlayıb -
Yazıq ruhum ağlayıb.
İtirib sənli yazı,
Görəsən,necə güldüm...
Acılıq verən duzu,
Özümə şəkər bildim...
Goşdum-çağlayan yerdə,
yenə də bir qəmdin sən...
Yazılan şeirlərdə,
şıltaqlanıb çimdin sən...
Kor olaydı gözlərim,
Qırılaydı qələmim...
Gözlərim dolmayaydı,
O gün...heç olmayaydı...
Mən səni görməyəydim,
Ölüm nə... bilməyəydim.
Başa vurmaq çox çətin,
Uzun gecəni...hicran-
ağrıdan başqa vermir,
Heç nə ruhuma - inan!...
Dərdimi sözlə yazım,
Nitqi kəsilmiş quşam,
Sənsizliyə yol uzun-
Bu sevgidən bihuşam,
Tək - təhhayam, ay gülüm,
çağır-yanına gəlim!...

Ürəyin olub qala-
Bayırda qalmışam mən,
Buludtək dolmuşam mən...
Qapıları bağlayıb -
Yazıq ruhum ağlayıb.
İtirib sənli yazı,
Görəsən,necə güldüm...
Acılıq verən duzu,
Özümə şəkər bildim...
Goşdum-çağlayan yerdə,
yenə də bir qəmdin sən...
Yazılan şeirlərdə,
şıltaqlanıb çimdin sən...
Kor olaydı gözlərim,
Qırılaydı qələmim...
Gözlərim dolmayaydı,
O gün...heç olmayaydı...
Mən səni görməyəydim,
Ölüm nə... bilməyəydim.
Başa vurmaq çox çətin,
Uzun gecəni...hicran-
ağrıdan başqa vermir,
Heç nə ruhuma - inan!...
Dərdimi sözlə yazım,
Nitqi kəsilmiş quşam,
Sənsizliyə yol uzun-
Bu sevgidən bihuşam,
Tək - təhhayam, ay gülüm,
çağır-yanına gəlim!...
