Allahın ən çox sevdiyi və ən çox qəzəbləndiyi adamlar kimdir?

 
Allahın ən çox sevdiyi və ən çox qəzəbləndiyi adamlar kimdir?


Əbuzər Ğifari rəvayət edir: Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, Allah-təala üç nəfəri hamıdan çox sevər və üç nəfərə hamıdan artıq qəzəblənər. Allahın ən çox sevdiyi üç nəfər bunlardır:

Birincisi, bir nəfər bir qövmün (camaatın) yanına gəlib, aralarındakı yaxınlığa (qohumluğa) görə deyil, yalnız Allah rızasına öz ehtiyacını istəyər. Amma camaat ona istədiyini verməz. Bu zaman adamların arasından biri hamıdan gizli şəkildə o adamın ehtiyacını ödəyər. Bunu elə gizli şəkildə edər ki, Allahdan və yardım etdiyi şəxsdən başqa heç kim bilməz. Yardım edən bu xeyirxah adamı Allah hamıdan çox sevər.

İkincisi, o adam ki, bir karvanla səhrada uzun yol gedər. Gecə olcaq, dincəlmək üçün köç salarlar. Hamı yuxuya möhtac halda yorğun düşüb yatar. Amma aralarından biri yorğun və yuxusuz olmasına baxmayaraq, ona olan nemətləri yada salaır, Allahın ayətlərini ozuyub ibadət edər.

Üçüncüsü, o adam ki, hərbi yürüşə qatılar. Onun dəstəsi düşmənlə qarşılaşar və məğlub olar. Amma o, gücü tükənincəyə və şəhid oluncaya kimi təkbaşına düşmənlə savaşar.

Allahın ən çox qəzəbləndiyi və xoşlamadığı üç nəfər isə bunlardır:

Birincisi, zina edən ahıl adam.

İkincisi, təkəbbürlü fəqir (kasıb).

Üçüncüsü, zülm edən zəngin.


Allahın mərhəməti hədsizdir

Ömər ibn Xəttab rəvayət edir ki, bir dəfə döyüşdə ələ keçirilmiş əsirləri Peyğəmbərin hüzuruna gətirdilər. Əsirlərin arasında bir qadın vurnuxub nəsə axtarırdı. Nəhayət, sakit olanda gördük ki, körpəsini axtarırmış. Uşağı sinəsinə sıxıb əmizdirməyə başladı. Allahın Rəsulu o qadını bizə göstərib soruşdu: “Necə düşünürsünüz, bu qadın öz əlləri ilə körpəsini alovun içinə atarmı?” Biz təəccüblə cavab verdik: “Əlbəttə ki, yox! Əlində imkan olduğu qədər buna mane olar”. Peyğəmbər buyurdu: “Bilin ki, Allahın öz bəndələrinə mərhəməti, bu qadının öz körpəsinə mərhəmətindən daha çoxdur” (Yəni Allah da öz yaratdığı bəndələrini cəhənnəmə atmaq istəməz, amma insanlar Allahın rəhmətindən sui-istifadə edib günaha qərq olar və özlərini cəhənnəmlik edərlər).

Borcu qaytarmaq və qəm-qüssədən xilas olmaq üçün dua


Əbu Səid Xüdri rəvayət edir ki, bir dəfə Allahın Rəsulu məscidə girdi və Əbu Ümamə adlı səhabənin fikirli halda orada oturduğunu gördü. Yaxınlaşıb soruşdu: “Ey Əbu Ümamə! İndi namaz vaxtı deyil. Niyə burada qəmli-qəmli oturmusan?” Əbu Ümamə cavab verdi: “Ey Allahın Rəsulu! Xeyli borcum var, buna üzülürəm. Dərd əlindən məscidə pənah gətirmişəm”. Peyğəmbər soruşdu: “İstəyirsənmi, sənə elə bir dua öyrədim ki, onu oxusan, Allah qəlbindəki qəm-qüssəni yox edər, borcunu qaytarar?” Əbu Ümamə sevincək dedi: “İstəyirəm, ey Allahın Rəsulu!” Peyğəmbər buyurdu: “Hər səhər və axşam vaxtı bu duanı oxu: Allahümmə inni əuzu bikə minəl-hammi vəl-həzən. Və əuzu bikə minəl-aczi vəl-kəsəl. Və əuzu bikə minəl-cübni vəl-büxl. Və əuzu bikə min ğələbətid-deyni və qahrir-rical”.

Tərcüməsi: “Allahım, həqiqətən, qəm-qüssədən, hüzn-kədərdən, acizlikdən və tənbəllikdən, qorxudan və paxıllıqdan, borcun məni üstələməsindən və camaatın əziyyətindən Sənə sığınıram”.

Əbu Ümamə deyir ki, bu duanı bir müddət oxudum. Həm ürəyim açılıb qəm-qüssəm aradan getdi, həm də borcumu qaytardım.



(Hədislər “Səhihül-Buxari”, “Səhihü Müslim”, “Sünənü Əbu Davud”, “Sünənüt-Tirmizi”“Sünənün-Nəsai” kitablarındandır).



islam.az


Geri dön

Qaska_Quli

  • 26 fevral 2014 18:21
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
teshekkurrrrrrrrrrr

--------------------

melek_19

  • 24 fevral 2014 21:02
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Payız qoxulu

  • 23 fevral 2014 22:22
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_keleBek_)

  • 22 fevral 2014 17:24
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
Əbuzər Ğifari rəvayət edir: Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, Allah-təala üç nəfəri hamıdan çox sevər və üç nəfərə hamıdan artıq qəzəblənər. Allahın ən çox sevdiyi üç nəfər bunlardır:

--------------------

PércyDarkMoon

  • 21 fevral 2014 19:27
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun cox sagolun love

--------------------

^^Nazli^^

  • 20 fevral 2014 16:16
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Banned549678

  • 20 fevral 2014 13:16
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagoL sirin ◕‿◕

Aydan95

  • 20 fevral 2014 12:46
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

Roya_____

  • 20 fevral 2014 11:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun wekerım

Damlam

  • 20 fevral 2014 11:09
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
MEQALEYE GORE TWKK...
COX EYENDIM
ALLAH RAZI OLSUNNNNNNNNNN

--------------------
http:///user/İmza/

Qaska_Quli

  • 20 fevral 2014 09:29
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrr ALLAH razi olsunn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 54
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}